«Heydər Əliyev. Müstəqilliyimiz əbədidir» çoxcildliyinin 36-cı cildi çapdan çıxmışdır
"Azərbaycan xalqı böyük, qədim tarixə malikdir. Çoxəsrlik tariximizdə xalqımız bir çox sınaqlardan çıxmış, yaşamış, öz mənliyini itirməmiş, öz milliliyini itirməmiş, dünya sivilizasiyasına dəyərli töhfələr vermiş, dünya sivilizasiyasını zənginləşdirmişdir. Ancaq tarixin müxtəlif mərhələlərində azərbaycanlılar bəzi məhrumiyyətlərə düçar olmuşlar. Ona görə də bütün dünyaya səpələnmiş azərbaycanlıların birliyi, həmrəyliyi indi həm bizim üçün, müstəqil Azərbaycan dövləti üçün, həm də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar üçün xüsusi əhəmiyyət kəsb edir".
AzərTAc xəbər verir ki, bu sətirlər "Heydər Əliyev. Müstəqilliyimiz əbədidir" çoxcildliyinin "Azərnəşr" tərəfindən yenicə çapdan buraxılmış 36-cı cildindən - Prezident Heydər Əliyevin 2001-ci il noyabrın 9-da "Dünya Azərbaycanlılarının I qurultayı"ndakı nitqindən götürülmüşdür.
Nəşrin buraxılışına məsul Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevdir.
Çoxcildliyin 36-cı cildində görkəmli dövlət xadimi Heydər Əliyevin ölkəmizin sürətli iqtisadi tərəqqisi və yüksəlişinə, xalqımızın rifahının yaxşılaşdırılması naminə aparılan islahatlara, görkəmli ədəbiyyat və incəsənət xadimləri, məşhur idmançılarla görüşləri, eləcə də ictimai-siyasi həyatın digər məsələlərinə aid materiallar yer almışdır.
Yeni cilddə ulu öndərin siyasi fəaliyyəti ilə bağlı tarixi baxımdan çox əhəmiyyətli məqamlar əks olunmuşdur. Bu sıradan ölkəmizə səfər etmiş Türkiyə, Fransa, Küveyt, Gürcüstan, Ukrayna, Hindistan, Rusiya dövlət və hökumət nümayəndələri ilə görüşləri zamanı aparılan danışıqların materialları diqqəti çəkir.
Ümummilli lider Azərbaycanı bir xalq, vətən, dövlət olaraq çox sevirdi. Azərbaycanlı olduğu ilə fəxr etməsi, Azərbaycan kəlməsini gözləri yaşara-yaşara deməsi ulu öndərin Vətənə olan sevgisinin sübutudur. Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul olunmasının 10-cu ildönümünə həsr olunmuş təntənəli mərasimdəki nitqində dilə gətirdiyi bir məqam onun Azərbaycan naminə böyük sevgi və fədakarcasına çalışmasının bariz nümunəsidir: "Biz çox əsrlər bu azadlığın, bu müstəqilliyin arzusunda olmuşuq. İndi buna nail olmuşuq. Ötən on ildə bu müstəqilliyimizi möhkəmləndirmişik, inkişaf etdirmişik, dönməz etmişik və gələcək nəsillərə bu müstəqilliyi töhfə edirik və inanıram ki, xalqımız bu müstəqilliyi heç vaxt bir daha əlindən verməyəcəkdir. Müstəqil Azərbaycan on ildir yaşayır və bundan sonra on illər də yaşayacaq, əbədiyyətə qədər yaşayacaqdır".
Azərbaycan elmi, təhsili daim dövlət xadimi Heydər Əliyevin diqqət mərkəzində olmuşdur. Yenicə çap olunmuş cilddə bir sıra yeni təhsil müəssisələrinin açılışı, yüksək balla ali məktəblərə qəbul olunmuş gənclərlə görüşlər və bir sıra tədbirlərdə dedikləri ulu öndərin Azərbaycan təhsilinin inkişafı istiqamətində həssaslıq göstərdiyini nümayiş etdirir.
Bütün cildlərdə olduğu kimi, bu kitabda da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı AŞ-nin, ATƏT-in Parlament Assambleyasının sədrləri, BMT nümayəndələri ilə görüşləri zamanı ümummilli lider Heydər Əliyevin münaqişə ilə bağlı prinsipial mövqeyi öz əksini tapmışdır.
Kitabda əks olunan rəsmi sənədlər, çıxışlar, müsahibələr, fərmanlar, müraciətlər, bəyanatlar 2001-ci ilin sentyabr-noyabr aylarını əhatə edir.
"Azərnəşr" nəşriyyatında çap olunan çoxcildliyin hazırlanmasında AzərTAc-ın materiallarından istifadə edilmişdir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
05 May
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əmə...
05 May
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilər...
05 May
“Elektrik gücü çatmadıqda, sistemin dayanıqlılığını təmin etmək üçün elektrik enerjisinin təminatına...
05 May
“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi haqqı...
05 May
`"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti balansında olan gəmilər üçün müxtəlif...
05 May
Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb
04 May
IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb...
04 May
İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb ...
04 May
“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!