09 Dekabr 2025 15:12
428
İQTİSADİYYAT
A- A+
Hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 8 şəhər, 18 kənd və qəsəbə rabitə xidmətləri ilə təmin olunub - Açıqlama  

Hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 8 şəhər, 18 kənd və qəsəbə rabitə xidmətləri ilə təmin olunub - Açıqlama  


Hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 8 şəhər, 18 kənd və qəsəbə rabitə xidmətləri ilə təmin olunub, 6843 abunəçi (ev, təsərrüfat və biznes subyektləri) sabit internetdən istifadə edir. Onlardan 1239-u telefon, 1445-i isə İPTV xidmətlərindən yararlanır.

Bu barədə AZCON Holdingin şirkətlərindən olan “Aztelekom” MMC-dən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, bölgələrdə quraşdırılmış 25OLT (Optik Xətt Terminalı) avadanlığı vasitəsilə GPON (Giqabit Tutumlu Passiv Optik Şəbəkə) texnologiyası üzərindən sabit və sürətli internet bağlantısı yaradılıb.

“Aztelekom” ölkənin rəqəmsal inkişaf strategiyasına uyğun olaraq həm azad edilmiş ərazilərdə, həm də ümumilikdə bütün regionlarda müasir telekommunikasiya infrastrukturunun qurulması istiqamətində ardıcıl fəaliyyət göstərir. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı infrastruktur layihələri icra olunur.

“Layihənin 2025-ci il mərhələsində 25 şəhər və rayonlararası magistral xəttin tikintisi nəzərdə tutulmuşdu, bu istiqamətdə işlərin böyük hissəsi artıq yekunlaşıb. Ümumi uzunluğu 1000 kilometrə yaxın olan fiber-optik magistral şəbəkə bölgənin davamlı və təhlükəsiz rabitə təminatını gücləndirəcək”, - deyə qurumun məlumatında bildirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nazir: Qarşıdakı onilliklər ərzində təbii qaz enerji təhlükəsizliyinin əsasını təşkil edəcək  

13:18
03 Mart

Sabah hava əsasən yağmursuz olacaq

13:08
03 Mart

İsrail Sankt-Peterburqdakı baş konsulluğunun fəaliyyətini dayandırıb

13:08
03 Mart

Azərbaycan və Türkiyə arasında müdafiə sənayesi sahəsi daha da genişləndiriləcək  

13:07
03 Mart

Şahdağdakı Avropa çempionatında iştirak edəcək ölkələr bəlli olub

13:05
03 Mart

Elektron siqaretlərlə bağlı inzibati məsuliyyət sərtləşdirilir

13:05
03 Mart

Cinayət və Cinayət-Prosessual məcəllələrində dəyişiklik edilir

13:04
03 Mart

“Uşaq hüquqları haqqında” yeni Qanun təsdiqləndi  

13:03
03 Mart

Yaxın Şərq münaqişəsi Avropada qaz qiymətlərinin artmasına səbəb olub

13:02
03 Mart

Azərbaycan və Pakistan XİN başçıları Yaxın Şərqdə artan gərginliyi müzakirə etdilər  

13:02
03 Mart

İlin ilk Ay tutulması başlayıb

12:47
03 Mart

Parlamentdə ombudsmanın ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsi dinlənilib  

12:34
03 Mart

Qazaxıstan vətəndaşlarının İrandan təxliyəsi üçün bir neçə marşrutdan istifadə edilir  

12:33
03 Mart

DSX: Fevral ayında dövlət sərhədini pоzduqlarına görə 16 nəfər saxlanılıb

12:32
03 Mart

Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında iştirak edib YENİLƏNİB 

12:32
03 Mart

Prezident İlham Əliyev Avropa Komissiyasının enerji və mənzil siyasəti üzrə komissarını qəbul edib  

12:29
03 Mart

Ombudsmanın müraciətləri əsasında ötən il 21 məhkum əfv edilib

12:27
03 Mart

Hərbçilərin uşaqlarına ödənilən müavinətlərin yaşayış minimumuna uyğunlaşdırılması təklif olunur 

12:21
03 Mart

Səbinə Əliyeva: Rəqəmsal dövrdə informasiya hüquqları gücləndirilməlidir

12:20
03 Mart

Ombudsman: Ötən il 9 mindən çox şəxs qəbul edilib 

12:19
03 Mart

Astara sərhədində diplomatların təxliyəsi davam edir

12:18
03 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!