20 Aprel 2024 23:12
433
Mədəniyyət
A- A+

Haaqada UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 30 illik yubileyi qeyd edilib

 

UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 30 illik yubileyi Haaqada klassik musiqi konserti ilə qeyd olunub.

AZƏRTAC xəbər verir ki, Haaqanın qədim Nieuve Kerk kilsəsində təşkil olunmuş konsertdə Azərbaycanın Niderland Krallığındakı səfiri Rəhman Mustafayev çıxış edərək UNESCO Milli Komissiyasının yaradılmasından, ölkəmizin mədəniyyətindən, dünya mədəniyyətinə töhfəsindən, eləcə də Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycan-UNESCO münasibətlərinə, mədəniyyətimizin təşviqinə verdiyi töhfələrdən danışıb. O, Azərbaycanın UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilmiş muğam, milli musiqi alətləri tar və kamança kimi 23 nümunə haqqında məlumat verib. Səfir Azərbaycan bəstəkarları və onların dünya mədəniyyətinə verdiyi töhfələrdən də söz açıb.

Sonra tədbir konsert proqramı ilə davam edib. Konsert dahi bəstəkar Ü.Hacıbəylinin “Arşın mal alan” operettasından uvertüra ilə başlayıb. Azərbaycanın Əməkdar artistləri Afaq Abbasova, Nərgiz Əliyeva, Ceyla Seyidova, eləcə də beynəlxalq müsabiqələr laureatları İbrahim Babayev və Asim Xəlilov Ü.Hacıbəyli, Fikrət Əmirov, Qara Qarayev, Tofiq Quliyev, Vasif Adıgözəlov kimi dahi bəstəkarların əsərlərini ifa ediblər.

Konsertdə Niderlandın Xarici İşlər Nazirliyinin nümayəndələri, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun üzvləri, beynəlxalq təşkilatların rəhbərləri, Azərbaycan diasporu və yerli ictimaiyyətin üzvləri iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video