02 Fevral 2023 15:27
429
DÜNYA
A- A+

Gürcüstandan Rusiya sərhədinə qədər olan beynəlxalq avtomobil magistralının tikintisi sürətləndirilib  

 

Gürcüstan hökuməti Böyük İpək yolunun tərkib hissəsi olan Cənub-Qərb avtomobil magistralının tikintisini davam etdirir. Hazırda Tbilisidən Qudauriyə gedən yolda inşaat işləri sürətlə davam edir. Yolun 2024-cü ildə təhvil verilməsi nəzərdə tutulub.

Bu barədə AZƏRTAC-a Gürcüstan Avtomobil Yolları Departamentindən məlumat verilib.

Bildirilib ki, layihə üzrə Kveşeti-Kobi yolu istifadəyə verildikdən sonra Tbilisidən Stepantsmindaya (Gürcüstan-Rusiya sərhədi) qədər yolu 1 saat 45 dəqiqəyə qət etmək mümkün olacaq.

Bu yol həmçinin hazırda mövcud olan Mtsxeta-Stepandsminda-Lars yolundakı sürüşmə və digər təhlükələrdən yayınmağa imkan verəcək. Bu yol qış mövsümündə sürüşmə, uçqun və digər səbəblərdən tez-tez bağlanır və beynəlxalq yükdaşınmalarda ciddi ləngimələr yaranır.

Ümumi uzunluğu 23 kilometr olan Kveşeti-Kobi yolu ikizolaqlı beton və asfalt örtüklü olacaq. Yol üzərində 5 körpü və 5 tunel inşa ediləcək.

Ən çətin olan tunel - 9 kilometr uzunluğunda və 15 metr enində - Tskere kəndindən Kobi kəndinə qədər olan Xaç aşırımının altında qazılır. Hazırda tunelin 5 km-i tamamlanıb.

Bildirilir ki, layihənin ümumi dəyəri 1,2 milyard laridir. Layihə Asiya İnkişaf Bankı və Avropa İnkişaf və Yenidənqurma Bankları tərəfindən maliyyələşdirilir.

Departamentdən o da bildirilir ki, E 60 magistralının bir hissəsi olan yolun bu hissəsinin tikintisi başqa çatdıqdan sonra beynəlxalq yükdaşınmlalarının, eləcə də sərnişin daşınmasının həcmi və sayı əsaslı dərəcədə artacaq.

Gürcüstan hökuməti magistralın Türkiyə sərhədinə qədər olan hissəsində də tikinti işlərini davam etdirir.

Qeyd edək ki, bu yol üzrə də tikinti işləri başa çatdıqdan sonra Azərbaycan sərhədindən Türkiyənin Sarp sərhəd keçid məntəqəsinə qədər olan yolu 3 saata qət etmək mümkün olacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video