22 Aprel 2024 22:34
747
PARLAMENT
A- A+

Gürcüstan parlamentarisi: Azərbaycanla münasibətlərin hazırkı səviyyəsindən məmnunuq

 

Aprelin 22-də Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan Gürcüstan parlamentinin Sahə iqtisadiyyatı və iqtisadi siyasət komitəsinin sədri David Sonqulaşvilinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüblər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, işçi qrupun rəhbəri Arzu Nağıyev ölkələrimiz arasında dostluğun qədim tarixə malik olduğunu deyib. Bildirib ki, xalqlarımız arasındakı dostluq əlaqələri parlamentlərimiz səviyyəsində də inkişaf etməkdədir.

Ali qanunvericilik orqanlarının komitələri arasında münasibətlərin inkişafından və parlamentlərimizin mədəniyyət komitələri arasında imzalanmış əməkdaşlıq haqqında memorandumun əhəmiyyətindən danışan A.Nağıyev bu təcrübənin parlamentlərin digər komitələri arasında tətbiqinin vacibliyni qeyd edib. Diqqətə çatdırılıb ki, ölkələrimiz daim bir-birinin ərazi bütövlüyünü dəstəkləyir və biz 44 günlük Vətən müharibəsində də bunun şahidi olduq.

Azərbaycan-Gürcüstan münasibətlərinin hazırkı səviyyəsindən məmnunluqla danışan Gürcüstan parlamentinin Sahə iqtisadiyyatı və iqtisadi siyasət komitəsinin sədri David Sonqulaşvili Azərbaycanın bütün suveren ərazisində keçirilmiş prezident seçkiləri münasibətilə təbriklərini çatdırıb. Qonaq Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars və Orta Dəhliz layihələrinin ölkələrimiz üçün əhəmiyyətindən danışıb, Azərbaycanda keçirdiyi görüşlər barədə təəssüratlarını bölüşüb.

Söhbət zamanı Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun və Gürcüstan parlament nümayəndə heyətinin üzvləri iki ölkə arasında münasibətlərin perspektivlərinə dair fikirlərini bildiriblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video