19 Yanvar 2025 08:05
3917
İQTİSADİYYAT
A- A+
Gürcüstan bir daha bəyan etdi

Gürcüstan bir daha bəyan etdi


İrakli Kobaxidze: "Azərbaycan bizim üçün təkcə dəyərli dost deyil, həm də etibarlı tərəfdaş və qardaş ölkədir"


Qonşu və dost  Gürcüstanın Baş naziri İrakli Kobaxidze son 10 ayda  ölkəmizə üç dəfə səfər edib. Baş nazirin budəfəki səfəri Gürcüstanda keçirilən parlament seçkilərindən sonra  ilk xarici səfəri idi.  Bu da iki ölkə arasında  münasibətlərin yüksək səviyyədə olduğunun daha bir  təsdiqidir. 

Ölkələrimizin ali rəhbərliyi səviyyəsində  təşəkkül tapmış siyasi dialoq əlaqələrin bütün istiqamətlərdə, o cümlədən iqtisadi sahədə inkişafına daha böyük təkan verir. Azərbaycan  Prezidenti İlham Əliyevin və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin  yanvarın 17-də mətbuata bəyanatlarında da  iqtisadi məsələlərə geniş şəkildə toxunulub. Qeyd edilib ki, Gürcüstanda  müsbət sərmayə iqlimi  mövcüddur və  Azərbaycan investorları böyük həvəslə bu ölkəyə öz sərmayələrini yatırırlar. İndiyədək  Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub.

Energetika sahəsində Azərbaycan-Gürcüstan  əməkdaşlığı həm ölkələrimiz üçün, həm də daha   geniş coğrafiya üçün xüsusi əhəmiyyət daşıyır. Belə ki, birgə həyata keçirilən  neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir.  Bu gün Azərbaycan 12 ölkəyə - Gürcüstana, Türkiyəyə, Yunanıstana, Bolqarıstana, İtaliyaya, Rumıniyaya, Macarıstana, Serbiyaya, Sloveniyaya, Xorvatiyaya, Şimali Makedoniyaya və Slovakiyaya qaz  ixrac edir. Başqa sözlə,  Gürcüstan tranziti vasitəsilə hazırda Azərbaycandan  11 ölkə təbii qaz alır. Dövlətimizin başçısı bu barədə belə dedi: "İldən-ilə ixrac artır. Keçən il bu, 25 milyard kubmetrə çatmışdır və bunun 10 faizi - ümumi ixracımızın 10 faizi Gürcüstanın payına düşür. Mənə verilən məlumata görə, Gürcüstanın istehlak etdiyi təbii qazın 80 faizdən çoxu Azərbaycan mənşəlidir. Yəni bu, doğrudan da, çox böyük, xüsusi əhəmiyyətə malik olan layihədir və getdikcə bizim qaz ixrac coğrafiyamız genişlənəcək. Bizim yeni qaz yataqlarımız bu il işə düşəcək. Gələn il, ondan sonrakı illər üçün də yeni kəşf edilmiş yataqlar mövcuddur. Ona görə getdikcə təbii qazın ixracı artmalıdır və artacaqdır". 

Bununla yanaşı, ölkələrimiz "yaşıl enerji" sahəsində də sıx əməkdaşlığa başlayıblar.  Bu da çox önəmli və məsuliyyətli məsələdir. Çünki indi bu enerji böyük maraq doğurur, buna bazarda böyük tələbat var. Xatırladaq ki, 2022-ci il dekabrın 17-də Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" imzalanıb. Bu saziş çərçivəsində Gürcüstan və Rumıniya arasında min meqavatadək gücə malik 1195 kilometrlik elektrik ötürmə xəttinin çəkilməsi və rəqəmsal birləşdirici kabelin uzadılması planlaşdırılır. Kabel Azərbaycanda istehsal olunan "yaşıl enerji"nin Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya və oradan Avropanın digər hissələrinə nəqli üçün nəzərdə tutulur.

Prezidentimiz  bütün digər layihələr kimi, bu layihənin də uğurla başa çatacağına əminliyini bildirib. Bu da təsadüfi deyil. Çünki  "yaşıl enerji" layihəsinin həyata keçirilməsi indiyədək Azərbaycanla Gürcüstanın birgə reallaşdırdığı işlərin təcrübəsinə əsaslanır. Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin Azərbaycandan Türkiyəyə uzanan  1768 kilometrlik marşrutu Gürcüstandan keçir. Yeri gəlmişkən qeyd edək ki, digər bir kəmər - Qərb İxrac Boru Kəməri (QİBK) isə uzun illərdir Azərbaycan neftini Gürcüstanın Supsa limanına çatdırır. 

İki ölkənin enerji əməkdaşlığında Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) də mühüm rolu var. Bu kəmər 2006-cı ildən başlayaraq Azərbaycan qazını Gürcüstana nəql edir. 2007-ci ildən isə CQBK-ya birləşdirilən əlavə borular Bakı-Tbilisi-Ərzurum xəttini yaradaraq qazı Türkiyəyə də ötürür. CQBK genişləndirilərək 3500 kilometrlik "Cənub qaz dəhlizi"nin mühüm bir seqmentinə də çevrilib. 

Əlbəttə, əməkdaşlıq enerji layihələri ilə məhdudlaşmır, ticarət, sənaye, nəqliyyat və digər sahələri də əhatə edir. Dövlətimizin başçısı öz bəyanatında bildirib ki,  Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə  təkbətək söhbət əsnasında bağlantılar və Orta dəhliz layihəsi də müzakirə olunub: "Bizim ölkələrimiz burada da yaxın tərəfdaşlar kimi fəaliyyət göstərirlər. Bizim müvafiq qurumlarımızın koordinasiya şəklindəki fəaliyyəti bu layihəni də əminəm ki, uğurla başa çatdıracaq. Burada, əlbəttə ki, biz bir çox qonşularla təmasda olmalıyıq və bu təmaslar var. Bu da böyük coğrafiyanı əhatə edən layihədir və yenə də Gürcüstanla Azərbaycan burada Avropa ilə Asiya arasındakı körpü rolunu uğurla oynayır. Bilirəm ki, Gürcüstanda nəqliyyat infrastrukturunun genişləndirilməsi layihəsi icra edilir. Azərbaycanda da bu layihələr icra olunur, o cümlədən nəqliyyat infrastrukturunun rəqəmsallaşdırılması layihəsi. Yəni biz bu işləri paralel apararaq, təbii ki, həm ölkələrimiz və xalqlarımız, həm də qonşularımız üçün çox əvəzolunmaz xidmətlər göstəririk".

Məlum olduğu kimi, yanvarın 17-də Bakıda Azərbaycan və Gürcüstan arasında  İqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 10-cu  - yubiley iclası da keçirildi. Gürcüstanın Baş naziri İrakli Kobaxidze  iclasda bir sıra vacib məsələlərin müzakirə olunmasının önəmini qeyd etdi. Bəyanatında münasibətlərin iqtisadi aspektinin  çox vacib olduğunu xatırladaraq dedi: "Bu layihələrin strateji və iqtisadi əhəmiyyəti var. Çox vacibdir ki, belə layihələr davamlı olsun və yeni layihələr müəyyən edilsin. Artıq qeyd etdiyim kimi, Azərbaycan Respublikası bizim üçün təkcə dəyərli dost deyil, Azərbaycan bizim üçün etibarlı tərəfdaş və qardaş ölkədir. Bu bağların dərinləşdirilməsi bizim marağımızdadır və biz bu münasibətlərə böyük əhəmiyyət veririk.Cənab Prezident, Siz bağlantı layihələrini qeyd etdiniz. Bu, mühüm bir sahədir və bizim ikitərəfli əlaqələrimizin inkişafı baxımından da bu mövzu vacib əhəmiyyət kəsb edir. Bu coğrafi genişlənmədə ölkələrimiz əhəmiyyətli rol oynaya bilər. Biz Asiyanı Avropa ilə birləşdiririk və bu potensialdan maksimal dərəcədə istifadə etməliyik. Odur ki, bu layihələr bizim birgə fəaliyyətimiz nəticəsində mümkün olmuşdur. Hazırda üzərində işlədiyimiz növbəti layihələr var ki, onlar da bizim ölkələrin mənafeyi naminə bu potensialı genişləndirəcək. Bu tərəfdaşlığımızın irəlilədilməsi üçün əlavə səylər göstərməyə hazırıq". 


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Böyük qayıdış: Xocalının Seyidbəyli və Təzəbinə kəndlərinə növbəti köç yola salınıb  

13:14
16 Dekabr

CNN Türk telekanalı: Zəngəzur dəhlizi sayəsində Ankara ilə Bakının siyasi və iqtisadi çəkisi artacaq  

13:13
16 Dekabr

Aktau limanı Trans-Xəzər marşrutunun mühüm elementi kimi tanınıb  

13:12
16 Dekabr

Özbəkstanlı politoloq: 2030-cu ildə Avropanın yaşıl enerjisi türk dövlətləri tərəfindən təmin olunacaq  

13:11
16 Dekabr

Azərbaycanın rayonlarında yağıntılar sabah tədricən kəsiləcək

13:10
16 Dekabr

Şəhid ailələri və müharibə əlilləri mülkiyyət hüquqlarının qeydiyyatına görə rüsumdan azad edilir  

13:03
16 Dekabr

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna yeni anlayışlar əlavə edilir  

12:37
16 Dekabr

Nazirlik: Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 2, mobil internetin sürəti isə 4 faizdən çox artıb  

12:35
16 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Bakıda “Qardaşlıq məzarlığı”nı və Rixard Zorgenin abidəsini ziyarət edib  

12:32
16 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

12:30
16 Dekabr

Həştərxan vilayətinin qubernatoru Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb  

12:29
16 Dekabr

Parlament Azərbaycan ilə Ruanda arasında hava əlaqəsi haqqında Sazişi təsdiqləyib  

12:28
16 Dekabr

Janna Skot: ABŞ administrasiyası Azərbaycanı enerji təhlükəsizliyində artan əhəmiyyətə malik dövlət kimi qiymətləndirir  

12:28
16 Dekabr

Azərbaycan yeni sazişə qoşulur  

12:27
16 Dekabr

Azərbaycan ilə Türkiyə qarşılıqlı hərbi təhlükəsizliyi möhkəmləndirəcək  

12:21
16 Dekabr

Azərbaycanda ilk dəfə keçiriləcək sumo üzrə dünya çempionatının tarixi və yeri bəlli olub

12:19
16 Dekabr

Əli Əhmədov: Həmkarlar İttifaqları cəmiyyətin sosial balansının qorunmasına töhfə verir

12:18
16 Dekabr

Dövlət büdcəsindən 293 milyon manat vəsait geri qaytarılıb  

12:17
16 Dekabr

Humanizm xalqımızın ən ali xüsusiyyətlərindən biridir  

12:16
16 Dekabr

Avropa anbarlarında qaz ehtiyatları 69,75 faizə düşüb  

11:47
16 Dekabr

Prezident İlham Əliyev: Respublikamızın dinamik sosial-iqtisadi inkişafı həmkarlar ittifaqlarının qarşısında strateji vəzifələr qoyur  

11:47
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!