03 Fevral 2026 19:52
1154
İDMAN
A- A+
“Goranboy - Gənclər Paytaxtı 2026”nın açılış mərasimi keçirilib  

“Goranboy - Gənclər Paytaxtı 2026”nın açılış mərasimi keçirilib  


Goranboyda 2026-cı il üçün “Gənclər Paytaxtı” layihəsinin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Goranboy şəhər 1 saylı tam orta məktəbdə baş tutan tədbirdə əvvəlcə ölkəmizin suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Dövlət Himni səsləndirilib.

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev bildirib ki, bu, həm böyük qürur, həm də ciddi məsuliyyətdir. O, gənclərin potensialını üzə çıxarmaq üçün hər cür şərait yaratmağa hazır olduqlarını söyləyib. İcra başçısı il ərzində həyata keçiriləcək çoxsaylı layihələr və tədbirlərlə etimadı doğruldacaqlarını deyib.

Gənclər və idman naziri Fərid Qayıbov isə vurğulayıb ki, Goranboy rayonu bu il Azərbaycan gəncliyinin mərkəzi olacaq. O, Goranboy gənclərindən il ərzində böyük fəallıq və uğurlu nəticələr gözlədiyini bildirib.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini Teymur Səmədov ötən il “Gənclər Paytaxtı” seçilən Sumqayıtın bu statusu böyük uğurla daşıdığını qeyd edib. Fərid Qayıbov tərəfindən Teymur Səmədova təşəkkür plaketi, Məhərrəm Quliyevə isə “Gənclər Paytaxtı” simvolik açarı təqdim olunub.

Sonra istedadlı və yaradıcı gənclər mükafatlandırılıb.

Milli Məclisin deputatı Müşfiq Cəfərov Azərbaycanda gənclər siyasətinin dövlət strategiyasının prioritet istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb.

Azərbaycan Gəncləri Gününə həsr olunmuş videoçarx nümayiş olunduqdan sonra “Gənclər Paytaxtı” Goranboyun loqosu və maskotu ictimaiyyətə təqdim edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Xüsusi icra məmurunun vahid geyim formasının və nişanının, habelə xüsusi icra məmurunun köməkçisinin nişanının təsvirləri”nin təsdiq edilməsi haqqında

02:45
05 Fevral

“Azərbaycan Respublikasının ərazisində təyinatından asılı olmayaraq yerinə yetirilən bütün növ geodeziya, qravimetriya, topoqrafiya, kartoqrafiya və kadastr işlərində yeni koordinat sisteminin tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 19 iyul tarixli 668 nömrəli Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

02:44
05 Fevral

“Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin informasiya sisteminə inteqrasiya edilən informasiya sistemlərindən (ehtiyatlarından) əldə olunan məlumatların dairəsinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 25 iyul tarixli 360 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

02:43
05 Fevral

Zelenski Ukrayna və Rusiya nümayəndələrinin Əbu-Dabidə görüşünün ilkin nəticələrini açıqlayıb  

00:14
05 Fevral

Avropa İttifaqı səfirləri Ukrayna üçün 90 milyard avroluq kreditin detallarını razılaşdırıb  

23:47
04 Fevral

Nazir: Ukraynaya qarşı müharibə Rusiyanın özünün ziyanınadır  

23:12
04 Fevral

Filippin parlamenti prezidentə qarşı impiçment ərizələrini rədd edib  

22:59
04 Fevral

Azərbaycan Kuboku: "Sabah" - "Qəbələ" oyununda hesab açılmayıb  

22:35
04 Fevral

Tokayev: Azərbaycanın və Ermənistanın sülh sazişi istiqamətində əldə etdiyi irəliləyiş tarixi əhəmiyyətə malik dönüş nöqtəsidir  

22:34
04 Fevral

Pakistanın Baş naziri: Prezident İlham Əliyev Qafqazda və onun hüdudlarından kənarda sülh və sabitliyin qətiyyətli carçısı kimi tanınır  

22:34
04 Fevral

Şahbaz Şərif: Münaqişələr məngənəsində olan dünyada Prezident İlham Əliyevin qətiyyətli və cəsarətli rəhbərlik keyfiyyətləri hər zaman görünüb  

22:33
04 Fevral

Ərdoğan: Türkiyə olaraq bölgəmizdə və dünyada əmin-amanlıq, sülh, rifah və sabitliyə yönələn bütün təşəbbüsləri dəstəkləyirik  

22:01
04 Fevral

Qazaxıstan və Pakistan arasında Trans-Xəzər nəqliyyat dəhlizinin inkişafı müzakirə edilib  

21:42
04 Fevral

Türkiyə Prezidenti: Misirlə ticarət dövriyyəmizi 15 milyard dollara yüksəltməyi qarşıya məqsəd qoymuşuq  

21:34
04 Fevral

Ukraynanın Drujkovka şəhəri kaset mərmiləri və bombalarla vurulub  

21:19
04 Fevral

Si Cinpin: Tayvanın Çindən ayrılmasına heç vaxt icazə verilməyəcək  

21:03
04 Fevral

Rusiyadan Azərbaycana pul köçürmələrinin həcmi azalıb  

20:53
04 Fevral

Donald Tramp: Prezident Si ilə son dərəcə münasibətlərim var  

20:43
04 Fevral

Əbu-Dabidə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi keçirilib. Prezident İlham Əliyevə mükafat təqdim olunub YENİLƏNİB 2 

20:32
04 Fevral

Marko Rubio: Rusiya-Ukrayna məsələsində real irəliləyiş əldə etmişik  

20:15
04 Fevral

Şərurun dağlıq ərazisində biotexniki tədbir keçirilib  

19:47
04 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!