Gələcəyin sualtı qayıqları “görünməz” olacaq
Müasir dövrdə, getdikcə daha çox ölkə hərbi texnika nümunələrində və ümumiyyətlə, hərbi fəaliyyətlərində yeniliklər etməyə çalışır. Hər hansı hərbi qarşıdurmaya qarşı ən yaxşı müdafiə baxımından daha çox diqqət çəkən obyektlərdən biri sualtı qayıqlardır.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bu səbəbdən Rusiya-Ukrayna və İsrail-Fələstin münaqişələri fonunda Almaniya və Avstraliya kimi bəzi ölkələr müdafiə sənayelərinə, xüsusilə bu növ məhsullara yatırımlarını artırmağa başlayıblar.
Avstraliya artıq gələcəyin sualtı qayığına çevrilə biləcək qeyri-adi modelin prototipini işə salıb. Dənizdə aşkarlanması çətin olduğu üçün “Gözəgörünməz köpəkbalığı” (Ghost Shark) adlandırılan sualtı qayıq Avstraliya hərbi donanması tərəfindən işlənərək hazırlanıb. Qayıq böyük olmayan ölçüləri ilə seçilir və bu xüsusiyyəti dənizdə hərəkət edərkən onu daha da “görünməz” edir.
Digər xüsusiyyətlərinə gəldikdə, bu tip sualtı qayıq insan tərəfindən idarə edilən sualtı qayıqların heyətini dəstəkləmək üçün hazırlanıb. Buna görə də, yeni qurğu vasitəsilə heyət sayını çoxaltmağa ehtiyac olmadan komandaların hücum gücünü artırmaq mümkün olacaq.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Ceyhun Bayramov belaruslu həmkarını bölgədəki mövcud reallıqlar barədə məlumatlandırıb ...
15 May
Mustafa Yavuz: Qardaş ölkə Azərbaycanla sərhəd ticarətinin inkişaf etdirilməsi arzusundayıq ...
15 May
Mütəşəkkil cinayətkar qruplaşmalar zərərsizləşdirildi - Türkiyədə
15 May
Kosmosa turist səfərləri bərpa edilir
15 May
Sinqapurlu nazir Azərbaycanın COP-29-la bağlı fəaliyyətini yüksək qiymətləndirib
15 May
Birinci Qarabağ müharibəsi şəhidi Seyfəddin Nəcəfov Beyləqanda dəfn olunub
15 May
Ukraynaya “Patriot” sistemi göndərilir - MƏLUMAT
15 May
AFFA UEFA turnirləri və Premyer Liqada iştirak üçün lisenziya alan klubları açıqlayıb
15 May
Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev Belarusun Baş nazirinin müavini İqor Petrişenko ...
15 May
Türkiyənin Şimali Kiprdəki səfiri: Ankara, Bakı və Lefkoşa ümumi beynəlxalq hüquq böhranı problemi i...
15 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!