24 Mart 2025 09:19
903
DÜNYA
A- A+
Gələcək davranışın formalaşmasında yeni kəşflərlə bağlı tədqiqat aparılıb

Gələcək davranışın formalaşmasında yeni kəşflərlə bağlı tədqiqat aparılıb


Oksford Universiteti və London Universitet Kollecinin tədqiqatçıları hipokampusun yaddaş formalaşdırma və gələcək davranışın proqnozlaşdırılmasında rolunu araşdıran yeni bir tədqiqat yayımlayıblar.

AZƏRTAC “MedicalXpress” portalına istinadla xəbər verir ki, “Nature Neuroscience” jurnalında dərc olunan araşdırma hipokampusun yaddaşları necə parçalayaraq və yenidən təşkil edərək yeni ssenariləri modelləşdirdiyini ortaya qoyur. Əvvəlki araşdırmalar hipokampusun epizodik yaddaş və məkan naviqasiyası ilə əlaqəli olduğunu göstərsə də yeni tədqiqat bu bölgənin kompozisiya yaddaşı adlanan prosesi dəstəklədiyini vurğulayır. Bu keçmiş təcrübələrin əsas komponentlərə ayrılması və yeni xatirələr yaratmaq üçün yenidən təşkil edilməsi deməkdir.

Tədqiqatçılar kompüter simulyasiyaları və hipokampal neyron aktivliyi qeydləri əsasında müəyyən ediblər ki, hipokampal replay (təkrar aktivləşmə) prosesi yaddaşın konsolidasiyası ilə yanaşı, yeni mühitlərə uyğunlaşmanı da dəstəkləyir. Yəni, hipokampus əvvəlki xatirələrdən əldə etdiyi məlumatları gələcək davranışları istiqamətləndirmək üçün istifadə edə bilir. Bu nəticələr hipokampusun passiv bir yaddaş saxlama strukturu olmaqdan çox xatirələri aktiv şəkildə emal edən və yeni öyrənmə olmadan optimal davranışı dəstəkləyən bir sistem olduğunu göstərir. Gələcək tədqiqatlar bu prosesi daha dərindən araşdıraraq yaddaş və qərar qəbuletmə mexanizmlərini daha yaxşı anlamağa kömək edə bilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Göygöldə V Milli Yaylaq Festivalının təntənəli açılışı olub

20:07
25 İyul

Nazir: Milli Yaylaq Festivalında milli ab-havanı görür və hiss edirik

19:39
25 İyul

Rumıniya Azərbaycanı enerji təhlükəsizliyinin əsas tərəfdaşlarından biri hesab edir

18:31
25 İyul

Ağdamın daha iki kəndinin açıq ərazisində yanğın başlayıb

16:23
25 İyul

Urs Unkauf: Birgə Bəyannamə Almaniya iqtisadiyyatı baxımından mühüm siyasi siqnaldır

14:31
25 İyul

Bakıda növbəti daxili iməcilik keçirilib: Küçə və prospektlər yuyulub

14:02
25 İyul

Rusiya Sumı şəhərindəki "Nova Poçta" terminalına zərbə endirib: Ölənlər var

13:00
25 İyul

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

12:47
25 İyul

Bakıda “Dream Fest – 2026” beynəlxalq musiqi festivalı davam edir

12:07
25 İyul

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibləri mükafatlandırılıb

12:01
25 İyul

BDYPİ sürücülərə isti hava şəraiti ilə bağlı xəbərdarlıq edib

11:59
25 İyul

Azərbaycan ərazisində havanın temperaturunun yüksəlməsinin səbəbi nədir?

11:41
25 İyul

DİN: Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

11:34
25 İyul

Qızıl və gümüş bahalaşıb

11:26
25 İyul

Azərbaycan nefti 102 dollara satılır

10:58
25 İyul

Dünyanın ən böyük raketi növbəti sınaq uçuşuna buraxılıb

10:55
25 İyul

FHN-dən su hövzələrinə üz tutan vətəndaşlara müraciət: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

10:32
25 İyul

Bilmək istəyirəm

09:20
25 İyul

"DREAM FEST-2026" möhtəşəm konsertlə açıldı 

09:15
25 İyul

"Operetta inciləri" konsert proqramı ilə mövsümə yekun vurulub

09:10
25 İyul

1 teatr, 200 rol 

09:05
25 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!