18 İyun 2026 21:06
371
DÜNYA
A- A+
G7 liderləri Kanadanı əsas enerji tədarükçüsü kimi dəstəkləyir

G7 liderləri Kanadanı əsas enerji tədarükçüsü kimi dəstəkləyir

Fransada keçirilən G7 sammitində dünya liderləri qlobal enerji marşrutlarının şaxələndirilməsi və Hörmüz boğazından asılılığın azaldılması məqsədilə Kanadanın qlobal bazarlara əlavə enerji gücləri çıxarmaq potensialını yüksək qiymətləndiriblər.

“CBC News” xəbər verir ki, sammitin yekununda yayımlanan birgə bəyanatda deyilir: “Biz Hörmüz boğazı ilə bağlı qlobal həssaslığı azaltmaq və enerji ehtiyatlarımızı artırmaq üçün tədarük marşrutlarının şaxələndirilməsini sürətləndirməyi öhdəmizə götürürük. Yaxın illərdə Kanadanın qlobal bazarlara əhəmiyyətli dərəcədə əlavə enerji gücü çatdırmaq potensialını alqışlayırıq”.

Kanada Baş naziri Mark Karni mətbuat konfransında bildirib ki, müharibədən əvvəl dünya xam neftinin təxminən 20 faizinin keçdiyi Hörmüz boğazında yaşanan böhran qlobal iqtisadiyyata daxil olan marşrutların şaxələndirilməsinin vacibliyini bir daha sübut etdi. Onun sözlərinə görə, Kanada hazırda bir neçə irimiqyaslı mayeləşdirilmiş təbii qaz layihələri icra edir və TMX neft boru kəmərinin ötürücülüyünü artırır. Qərbi Kanadadan ABŞ-yə və Sakit okean sahili istiqamətində daha iki yeni boru kəmərinin çəkilməsi planı isə həm avropalı, həm də asiyalı tərəfdaşlar üçün strateji əhəmiyyət kəsb edir.

Sammit çərçivəsində Kanada, həmçinin G7 daxilində kritik mineralların istehsalı üzrə asılılığı azaltmaq üçün mühüm addımlar atıb. Baş Nazirin Ofisi 8-dən çox ölkə ilə 13 yeni tərəfdaşlıq sazişinin imzalandığını bəyan edib. Bu müqavilələr Kanadanın kritik minerallar zənciri üzrə layihələrinə 5 milyard dollardan çox investisiya cəlb edəcək. Yeni tərəfdaşlar arasında Almaniya, Yaponiya, İtaliya, Danimarka, Niderland, Fransa və Portuqaliya kimi ölkələr yer alır. Xüsusilə Almaniyanın “RCT Solutions” şirkəti ilə Manitobada günəş panelləri istehsalı mərkəzinin qurulması nəzərdə tutulur.


Təhminə VERDİYEVA,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“ASAN xidmət”in DİM 16 üzrə əhəmiyyəti BMT-də müzakirə edilib

13:37
19 İyun

Avtonom nəqliyyat vasitələrinin tətbiqi üçün normativ-hüquqi, texnoloji və institusional baza yaradılır

13:23
19 İyun

Sabahın hava proqnozu açıqlanıb

13:19
19 İyun

DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı: 158 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb 

13:17
19 İyun

Azərbaycan ilə Misir arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri dəyərləndirilib  

13:15
19 İyun

Dövlət qulluğu və media ilə bağlı qanun layihəsi ilk oxunuşda təsdiqlənib

12:53
19 İyun

Yaşar Güler: Ankaradakı NATO sammiti Alyans üçün dönüş nöqtəsi olacaq

12:48
19 İyun

Utilizasiya proqramı çərçivəsində Naxçıvan Avtomobil Zavodunun istehsalı olan avtomobillərin də satışı həyata keçiriləcək  

12:43
19 İyun

BDYPİ-nin nümayəndəsi: Avtomobillərin utilizasiyası yol hərəkəti təhlükəsizliyinin yüksəldilməsinə töhfə verir  

12:41
19 İyun

ADSEA sədr müavin: Su ehtiyatlarının səmərəli idarə olunması aqrar inkişafın əsas şərtidir

12:30
19 İyun

Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib  

12:27
19 İyun

Azərbaycanda qızıl və gümüş istehsalının həcmi açıqlanıb – STATİSTİKA

12:26
19 İyun

Nazir müavini: Yeni Dövlət Proqramında əkin sahələrinin genişləndirilməsi əsas məqsəd deyil

12:25
19 İyun

Nəqliyyat vasitələrinin utilizasiyası ilə əlaqədar 1 milyon manatdan çox ödəniş olunub

12:22
19 İyun

Milli Məclis Azərbaycanla Ekvador arasındakı viza sazişini təsdiqləyib

12:01
19 İyun

İlhamə Qədimova: İxracyönümlü istehsalın artırılması nəzərdə tutulur

12:01
19 İyun

Azərbaycan ilə Pakistan arasında iqtisadi əməkdaşlıq əlaqələrinin genişləndirilmə imkanları dəyərləndirilib  

12:00
19 İyun

Nazir müavini: Qazax-Tovuz iqtisadi rayonu üzrə buğda istehsalının artırılması əsas prioritetlər sırasında olacaq  

11:59
19 İyun

DİN: Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

11:53
19 İyun

Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət orqanı statusu alır

11:47
19 İyun

Gömrük sistemində islahatlar: Məcəllədə hansı dəyişikliklər edilir?

11:43
19 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!