22 İyul 2026 12:29
548
DÜNYA
A- A+
Fransada 15 yaşadək uşaqların sosial mediadan istifadəsi qadağan edilir  

Fransada 15 yaşadək uşaqların sosial mediadan istifadəsi qadağan edilir  

Fransa sentyabr ayından etibarən 15 yaşdan kiçik uşaqların sosial mediaya çıxışını qadağan edəcək. Plan azyaşlı uşaqları təhlükəli məzmundan və ekran asılılığı inkişaf riskindən qorumaqdır.

Fransa bu cür qadağanı tətbiq edən ilk Avropa İttifaqı ölkəsi olacaq. Müvafiq qanun layihəsi çərşənbə axşamı parlamentdə təsdiqlənib və sentyabr ayında qüvvəyə minməsi planlaşdırılır. Milli Assambleyanın 279 üzvü qanun layihəsinin lehinə, 81 üzvü isə əleyhinə səs verib.

Qaydaların iki mərhələdə tətbiq olunması gözlənilir: Sentyabrın 1-dən etibarən 15 yaşdan kiçik uşaqların yeni hesablar yaratması qadağan ediləcək və qadağa 2027-ci ildən etibarən mövcud hesablara da şamil olunacaq. Prezident Emmanuel Makron planlaşdırılan dəyişiklikləri ikinci müddətinin flaqman islahatı adlandıraraq onların tez bir zamanda tətbiqini asanlaşdıracağını vəd edib.

Səsvermədən əvvəlki müzakirələr zamanı uşaqları sosial mediada sərbəst gəzmək risklərindən qoruyan qanun layihəsinin mətni "Yenilməyən Fransa"  istisna olmaqla partiyaların əksəriyyəti tərəfindən təsdiqlənib. Ümumi qadağa əvəzinə zərərli xüsusiyyətlərin deaktiv edilməsini müdafiə edən sosialistlər tərəfsiz qalıblar.

Bu arada Aİ bu məsələdə geri getməyə hazırlaşır və yaş həddini 13-ə endirməyi təklif edir. Mövzu ilə bağlı hesabat ötən həftə Avropa Komissiyasının rəhbəri tərəfindən təqdim olunub. Hesabatda 13 yaşdan kiçik uşaqların sosial mediadan yalnız məhdud müddət ərzində valideynlərin, qəyyumların və ya müəllimlərin nəzarəti altında istifadə etmələri təklif edilir. Daha böyük yeniyetmələr platformanın təqdim etdikləri məzmunun təhlükəsizliyi ilə bağlı zəmanətləri altında sosial mediadan istifadə edə biləcəklər.

Hazırda dünyanın təxminən 20 ölkəsi uşaqlar üçün sosial media qadağaları tətbiq edib və ya yaxın gələcəkdə bunu etməyi planlaşdırır.


Qayanada bərə qəzasında ölənlərin sayı artıb


Qayananın sahillərində bərənin çevrilməsi nəticəsində ən azı 53 nəfər ölüb. “MV Barima” gəmisi  iyulun 18-də axşam saatlarında paytaxt Corctaundan Birima-Vayni rayonundakı Port Kaytuma qəsəbəsinə gedərkən çevrilib. Bu barədə  iyulun 22-də  Baş nazir Mark Filips məlumat verib. 

Hökumət başçısının dediyinə görə, sağ qalanların intensiv axtarışı yalnız bazar günü səhər tezdən başlayıb və indiyə qədər 76 nəfər xilas edilib. Hakimiyyət orqanları əvvəllər 27 nəfərin öldüyünü bildirmişdi, lakin bu rəqəm sonradan 41-ə çatmışdı. Sərnişinlərin sayı ilə bağlı da qarışıqlıq olub: sərnişin siyahısında əvvəlcə 133 nəfər var idi, lakin faciə zamanı gəmidə 179 nəfərin olduğu dəqiqləşdirilib. Buna görə də daha 50 nəfərin taleyi məlumsuz olaraq qalır və o səbəbdən ölənlərin sayı arta bilər.

Qayanın Baş naziri jurnalistlərə bildirib ki, hadisədən sonra sağ qalan kapitan da daxil olmaqla, köhnə bərənin iki heyət üzvünün marixuana testi müsbət çıxıb. 

VesselFinder gəmiçilik veb saytına görə, “MV Barima” 1939-cu ildə inşa edilib. Adətən, bu cür gəmilər əvvəlcə Atlantik okeanında üzür, sonra sıx tropik meşənin dərinliyində yerləşən Port Kaytuma qəsəbəsinə çatmaq üçün çaya girirlər.” MV Barima” 24 saatlıq səyahətinə günortadan sonra başlayıb və təxminən 8 saat keçdikdə təcili yardım siqnalı alınıb. Sağ qalan sərnişinlərdən biri News Source xəbər portalına bildirib ki, yüksək səs eşidib və gəminin içərisində suyun axdığını görüb. Daha sonra bərə batmağa başlayıb. Hakimiyyət orqanlarının məlumatına görə, axtarış-xilasetmə əməliyyatı zamanı gəmi sahildən təxminən 15 kilometr aralıda dənizin dibində aşkar edilib.

Prezident Məhəmməd İrfaan Əli televiziya çıxışında deyib: "Millətə zəmanət verirəm ki, bu faciə ilə bağlı tam, hərtərəfli və müstəqil araşdırma aparılacaq".

Məlumat üçün bildirək ki, Qayana Cənubi Amerikanın şimal-şərqində yerləşən kiçik ingilisdilli ölkədir. Neftlə zəngin Essekibo bölgəsi üzərində qonşu Venesuela ilə ərazi mübahisəsi mövcuddur.


Rizvan CƏFƏROV,

"Azərbaycan"


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Göygöldə V Milli Yaylaq Festivalının təntənəli açılışı olub

20:07
25 İyul

Nazir: Milli Yaylaq Festivalında milli ab-havanı görür və hiss edirik

19:39
25 İyul

Rumıniya Azərbaycanı enerji təhlükəsizliyinin əsas tərəfdaşlarından biri hesab edir

18:31
25 İyul

Ağdamın daha iki kəndinin açıq ərazisində yanğın başlayıb

16:23
25 İyul

Urs Unkauf: Birgə Bəyannamə Almaniya iqtisadiyyatı baxımından mühüm siyasi siqnaldır

14:31
25 İyul

Bakıda növbəti daxili iməcilik keçirilib: Küçə və prospektlər yuyulub

14:02
25 İyul

Rusiya Sumı şəhərindəki "Nova Poçta" terminalına zərbə endirib: Ölənlər var

13:00
25 İyul

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

12:47
25 İyul

Bakıda “Dream Fest – 2026” beynəlxalq musiqi festivalı davam edir

12:07
25 İyul

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibləri mükafatlandırılıb

12:01
25 İyul

BDYPİ sürücülərə isti hava şəraiti ilə bağlı xəbərdarlıq edib

11:59
25 İyul

Azərbaycan ərazisində havanın temperaturunun yüksəlməsinin səbəbi nədir?

11:41
25 İyul

DİN: Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

11:34
25 İyul

Qızıl və gümüş bahalaşıb

11:26
25 İyul

Azərbaycan nefti 102 dollara satılır

10:58
25 İyul

Dünyanın ən böyük raketi növbəti sınaq uçuşuna buraxılıb

10:55
25 İyul

FHN-dən su hövzələrinə üz tutan vətəndaşlara müraciət: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

10:32
25 İyul

Bilmək istəyirəm

09:20
25 İyul

"DREAM FEST-2026" möhtəşəm konsertlə açıldı 

09:15
25 İyul

"Operetta inciləri" konsert proqramı ilə mövsümə yekun vurulub

09:10
25 İyul

1 teatr, 200 rol 

09:05
25 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!