06 Fevral 2026 08:40
682
SİYASƏT
A- A+
Fransa yenə təəccübləndirmədi

Fransa yenə təəccübləndirmədi


Senat Bakı və İrəvan arasında sülh prosesini sabotaj etməyə çalışır


Azərbaycan və Ermənistan arasında dayanıqlı sülhün bərqərar olması üçün mühüm diplomatik addımların atıldığı bir vaxtda, Fransa növbəti dəfə qərəzli mövqe nümayiş etdirib. Fransa Senatı beynəlxalq hüququn prinsiplərini və Azərbaycanın suveren hüquqlarını heçə sayaraq, Bakıda mühakimə olunan erməni separatçıların himayəsinə hesablanmış yeni qətnaməyə imza atıb. Ermənistana yaxın dairələrin və ələlxüsus erməni lobbisinin təzyiqi ilə qəbul edilən bu sənəd Fransanın sülh prosesinə açıq-aşkar pozucu müdaxiləsi, məqsədyönlü təxribatı kimi qiymətləndirilir. Bu addım həm beynəlxalq hüquq normaları, həm də regionda davamlı sülhün yaradılması cəhdləri ilə ziddiyyət təşkil edir. 

183 senatorun dəstəklədiyi kağız parçası Parisin qeyri-konstruktiv siyasətinin və regiondakı reallıqlardan uzaq düşdüyünün növbəti bariz nümunəsidir. Qətnamə Fransa-Ermənistan dostluq qrupu tərəfindən irəli sürülüb və senator Loran Vokyenin təşəbbüsü ilə gündəmə gəlib. Loran Vokyen Ermənistandakı revanşist qüvvələrin və radikal müxalifətin "ümid işığına" çevrilmiş fiqurlardan biridir. Onun bölgəyə dair səsləndirdiyi bəyanatlar sülh prosesinə xidmət etmir, əksinə, Ermənistan daxilindəki destruktiv qüvvələri daha da cəsarətləndirir. Ermənistandakı köhnə düşərgə xalqı inandırmağa çalışır ki, guya hakimiyyət dəyişərsə, Fransa kimi dövlətlər hərbi yolla onlara kömək edəcək. Vokyen kimi təxribatçıların populist təşəbbüsləri bu yanlış inamı qidalandırır. Lakin dəfələrlə sübut olunub ki, xarici siyasətçilərin emosional dəstəyi real böhran anlarında Ermənistanı xilas etməyib. 

Senatın bu addımı Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı birbaşa hörmətsizlikdir. Bakıda mühakimə edilən separatçıların "hərbi əsir" kimi qələmə verilməsi hüquqi cəhətdən əsassızdır. Çünki bu şəxslər konkret cinayət əməllərinə, o cümlədən separatçılıq və terrorçuluq fəaliyyətlərinə görə məsuliyyətə cəlb olunublar. 

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üzrə intensiv danışıqların getdiyi, liderlər arasında təmasların sıxlaşdığı, ikitərəfli ticarətin və sərhədlərin delimitasiyası prosesinin başladığı bir vaxtda belə absurd bir sənədin qəbulu ermənidən daha artıq erməni olmaq cəhdidir. Ermənistandakı revanşist qüvvələri stimullaşdıran bu cür zərərli təşəbbüslər regionda uzunmüddətli sabitlik üçün vacib olan etimad quruculuğu tədbirlərinə də mane olur. 

Paradoks odur ki, Ermənistan Baş naziri Nikol Paşinyan mövcud reallığı qəbul edərək, ölkəsini gələcək fəlakətlərdən sığortalamaq üçün separatizm mövzusunu və keçmiş iddiaları birdəfəlik kənara atıb. Paşinyan da anlayır ki, bu şəxslər Azərbaycanın suverenliyinə qarşı ağır cinayətlər törədiblər və onların məsuliyyətə cəlb olunması hüquqi prosesdir. Fransa tərəfi isə süni şəkildə artıq külü də qalmamış separatçılığı yenidən körükləmək həvəsindədir. Paris bu məsələni siyasiləşdirməklə tərəflər arasında sülh sazişinin imzalanmasını sabotaj edir. Ermənistandakı revanşistlərə "hələ hər şey bitməyib" mesajı verərək onları şirnikləndirir.  Qətnamənin səsçoxluğu ilə qəbul edilməsi Fransadakı erməni lobbisinin və daxili siyasi maraqların xarici siyasəti necə üstələdiyini də göstərir. Müəyyən kəsimin rəğbətini qazanmaq naminə beynəlxalq ədalətin qurban verilməsi qəbuledilməzdir. Senatın qətnaməsi hüquqi baxımdan əhəmiyyətsiz olsa da, siyasi müstəvidə Azərbaycan-Fransa münasibətlərini daha da soyuqlaşdırır, münasibətlərin normallaşmasına imkan vermir. Əvvəllər də Parisin ölkəmizə zidd olan xeyli sayda sənəd və bəyanatları ilə qarşılaşmışıq. Hətta 2020-ci ilin noyabr ayında Fransa Senatı bütün səlahiyyətlərini aşaraq, dünya hüquq sistemini gözardı edərək, hökuməti Qarabağdakı separatçı rejimi tanımağa çağıran qətnamə qəbul etmişdi. 

Azərbaycan heç zaman Fransa ilə bağların kəsilməsini arzulamayıb, əksinə, əməkdaşlığın irəliləməsini dəstəkləyib. Amma 44 günlük Vətən müharibəsindən bu yana Fransa tərəfinin ölkəmizə qarşı ardıcıl qaralama siyasəti yürütdüyünün şahidi oluruq. Senatın sonuncu qətnaməsi Parisin normal əməkdaşlıqda maraqlı olmamasından xəbər verir. Fransanın hətta İrəvan üçün belə bağlanmış məsələni qurdalaması Parisin onsuz da azalmış beynəlxalq nüfuzuna xələl gətirir. Fransa rəhbərliyi artıq regionda yaranmış yeni vəziyyəti dərindən dərk etməli və Azərbaycanla əlaqələrin bərpasına can atmalıdır. Çünki Azərbaycan öz potensialı və qətiyyəti sayəsində bölgədə tamamilə yeni mühit formalaşdırıb. Bakı belə önəmsiz təzyiq metodlarına məhəl qoymadan haqlı bildiyi yolda uğurla irəliləməyə davam edəcək. Erməni xalqı da anlamalıdır ki, Vokyen kimilərin "dəstəyi" onlara yeni münaqişə və fəlakətlərdən başqa heç nə vəd etmir.


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Həyəcan təbili çalmağın zamanıdır

18:36
06 Fevral

Oman danışıqları neftin qiymətinə təsir edib  

17:44
06 Fevral

Proyektorlu smartfon təqdim edilib  

17:28
06 Fevral

Sülhə, humanizmə və qarşılıqlı anlaşmaya əsaslanan siyasət  

17:26
06 Fevral

Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Tovuzda fermerlərin müraciətlərini dinləyib  

17:25
06 Fevral

Murat Demirci: Heydər Əliyev adına ibtidai məktəb Azərbaycanın Kahramanmaraş uşaqlarına ən gözəl hədiyyəsidir

17:24
06 Fevral

Səudiyyə Ərəbistanı fevralın 8-də Həcc ziyarəti üçün vizaların verilməsinə başlayır  

17:23
06 Fevral

Azərbaycanın müdafiə naziri İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri ilə müzakirələr aparıb  

17:20
06 Fevral

Dövlət Komitəsinin yaradılmasının 20 illiyi münasibətilə Fəxri xiyaban ziyarət edilib  

17:17
06 Fevral

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17:16
06 Fevral

Pakistanda antiterror əməliyyatı: 24 silahlı zərərsizləşdirilib  

17:15
06 Fevral

Fransa ordusunun baş qərargah rəisi: Donanmada gəmi və sursat çatışmazlığı ciddi risk yaradır  

17:13
06 Fevral

Azərbaycanda qədim insan qalığı tapılıb: təhlil Yaponiyada aparılır  

17:12
06 Fevral

“Kristina” qasırğası Portuqaliyaya azı 4 milyard avro ziyan vurub

16:56
06 Fevral

Türkiyədə zəlzələ olub

16:54
06 Fevral

Siyasi şərhçi: Azərbaycan ədaləti təkbaşına bərpa etməyin mümkün olduğunu sübut edərək beynəlxalq presedent yaratdı  

16:49
06 Fevral

Anaklaudia Rosbax: Azərbaycanın WUF13 çərçivəsində zəngin təcrübə paylaşılacağına ümid edirik 

16:48
06 Fevral

Aleksandr Sırski: Cəbhədəki döyüşlərin təxminən dörddəbiri Ukrayna bölmələrinin hücum əməliyyatlarıdır  

16:44
06 Fevral

Süni intellekt sahəsində Azərbaycanda həyata keçirilən layihələr Küveytdə təqdim olunub  

16:36
06 Fevral

MOK Ermənistan idmançılarının addımı ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinə etirazını bildirib  

16:31
06 Fevral

“ASAN xidmət” qlobal məkanda nümunə kimi təqdim olunur  

15:07
06 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!