06 Fevral 2026 08:30
596
SİYASƏT
A- A+
Ədalətin qələbəsi

Ədalətin qələbəsi


Müharibə cinayətləri törədənlər layiq olduqları cəzalarını alıblar


Ədalət gec-tez öz hökmünü verir. Hər kəs öz əməllərinə görə cavab verməli olur. Bir zamanlar Qarabağda, Şərqi Zəngəzurda haqqı, insanlığı unudaraq ən ağır, ən dəhşətli cinayətlər törətməkdən çəkinməyənlərin də bir çoxu bunu Bakı Hərbi Məhkəməsində qanun qarşısında cavab verərkən gördülər.

1980-ci illərin sonlarından başlayaraq Qarabağı münaqişə ocağına çevirəndə, keçmiş SSRİ rəhbərliyinin ikili oyunlarından yararlananda, himayədarlarının verdikləri silah-sursatla, hərbi texnika ilə əllərindən ov tüfəngləri belə alınmış azərbaycanlılara qarşı vuruşanda, dinc sakinlərə hücum edəndə, günahsız körpələrə, qız-gəlinlərə, qocalara, əlillərə divan tutanda, işgəncələr verəndə qəddar ermənilər dəhşətli əməllərinin cəzasız qalacağını güman edirdilər.

Lakin 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti təxribatları nəticəsində başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsində qəhrəman Azərbaycan Ordusu işğalçı ölkənin silahlı qüvvələrini məğlubiyyətə uğradaraq Zəfər qazandı. Ermənistanın işğalı altında otuz ilə yaxın qalmış Qarabağ və Şərqi Zəngəzur azad edildi.

2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror əməliyyatı nəticəsində isə Azərbaycanın suverenliyi tam təmin edildi. Qürur duyduğumuz üçrəngli, ay-ulduzlu bayrağımız ölkəmizin bütün ərazilərində dalğalandırıldı.

Azərbaycanın hüquq-mühafizə orqanları antiterror tədbirləri nəticəsində Qarabağdakı qondarma rejimin başçıları olmuş Arkadi Qukasyan, Bako Saakyan, Arayik Harutyunyan, habelə "sabiq xarici işlər naziri" David Babayan, "parlament sədri" David İşxanyan, "generallar" Lyova Mnatsakanyan, David Manukyan və "keçmiş dövlət naziri" Ruben Vardanyan və digər separatçılar qandallanaraq Bakıya gətirildilər. Onların törətdikləri cinayət əməllərinə görə istintaq prosesi başladı. 

Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə təqsirləndirilən 15 şəxs ədalət mühakiməsinə cəlb olunublar.  Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham ediliblər. Təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunublar.

Qanun qarşısında cavab verən erməni hərbi cinayətkarların 1989-cu ildən 2023-cü il sentyabrın 20-dək Azərbaycana qarşı ağır cinayətlər törətdiklərinə dair faktlar və sübutlar kifayət qədərdir. Dövlətimizin başçısı İlham Əliyevin "İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun müdafiəsi" mövzusunda beynəlxalq konfransın iştirakçılarına ünvanladığı məktubunda qeyd edildiyi kimi: "Açıq mənbələrdə və internet resurslarında Birinci Qarabağ müharibəsində Ermənistan tərəfindən azərbaycanlılara qarşı törədilmiş insanlığa sığmayan əməlləri sübut edən kifayət qədər foto və videolar mövcuddur. Müharibə cinayətləri və bəşəriyyətə qarşı cinayətlər törətmiş bəzi şəxslər bu gün Azərbaycanın ədalət mühakiməsi qarşısında cavab versə də, Ermənistanda buna görə hələ bir nəfər belə məsuliyyətə cəlb olunmamış, əksinə, onlar qəhrəmanlaşdırılmışdır".

Erməniəsilli hərbi cinayətkarların Azərbaycan xalqına qarşı törətdikləri cinayət əməllərinin nə qədər ağır və dəhşətli olduğunu çoxsaylı dəlillər, sübutlar təsdiqləyib. Respublikamızın hüquq-mühafizə orqanları tərəfindən erməni quldurlarının bütün müharibə cinayətlərinin faktları torpaqlarımızın işğala məruz qaldığı ilk vaxtlardan etibarən diqqətlə, həssaslıqla, yüksək peşəkarlıqla toplanılıb. Bakıda keçirilən ədalət məhkəməsində qanun qarşısında cavab verən erməniəsilli şəxslər necə böyük cinayətkar olduqlarını videoyazılar, qəzet, jurnal, televiziya materialları, sənədli ədəbiyyat, internetdə, sosial şəbəkələrdə yer almış çıxışlar, çəkilişlər, fotolar və başqa inkarolunmaz faktlar bütün reallığı ilə aşkara çıxarıb.

Məhkəmə iclasları zamanı tribunalarda yer alan zərərçəkənlər, onların hüquqi varisləri və nümayəndələri özlərinin, doğmalarının başlarına erməni cinayətkarların gətirdikləri tükürpədici cinayətləri dilə gətiriblər. 

Məhkəmə prosesinin ötən il mayın 2-də davam etdirilən baxış iclasında zərərçəkmiş şəxs, Qaradağlı kənd sakini Rafiq Quliyev Ermənistan silahlı qüvvələrinin kəndə hücumlar etməsi, mülki şəxsləri və avtobusları atəşə tutması, azərbaycanlılara işgəncə verilməsi, onların qətlə yetirilməsi və digər hadisələr barədə danışıb. O, kəndin işğalı ilə bağlı sualları cavablandırarkən bildirib: "Bizə deyirdilər ki, Qarabağ ermənilərindir, çıxın gedin". Rafiq Quliyev  Qaradağlı kəndi işğal olunan zaman özünün, atasının və anasının Ermənistan hərbçiləri tərəfindən girov götürüldüyünü söyləyib. R.Quliyev özünün, atası Əlastan Quliyevin digər azərbaycanlılarla birlikdə "KamAz"lara mindirilərək Xankəndiyə aparıldığını, yolda "Bəylik bağı" adlanan yerdə maşını saxlayaraq girovların bir qisminin qətlə yetirildiyini deyib. Zərərçəkmişin atası Ə.Quliyev bir müddət girovluqda qalandan sonra Ermənistan hərbçilərinin verdiyi işgəncələr nəticəsində ölüb. "Anam 13 gün girovluqda saxlanıldıqdan sonra qaytarıldı. Mən isə 45 gündən sonra girovluqdan azad edildim. Girovluqda olan zaman bizi hər axşam döyürdülər. Hər gün bir tikə çörək, azca su verirdilər ki, ölməyək, sağ qalaq. Amma işgəncə verməkdə davam edirdilər".

Zərərçəkmiş şəxs, Qaradağlı Kənd Xalq Deputatları Sovetinin sədri olmuş Cavay Hüseynov ifadəsində Ermənistan silahlı qüvvələrinin kəndə dəfələrlə hücum etməsindən və özünün yaralanmasından danışmışdı.

Ötən il sentyabrın 22-də məhkəmə prosesi sənədlərin tədqiqi ilə davam etdirilib. 1991-ci il avqustun 23-də Əsgəran rayonunun Cəmilli kəndində "UAZ" markalı avtomobilin atəşə tutulması faktı üzrə sənədin tədqiqi zamanı bildirilib ki, içərisində çoxsaylı sərnişin olan "UAZ" markalı avtomobilin ermənilər tərəfindən avtomat silahlardan atəşə tutulması nəticəsində N.F.Salahov, V.İ.Sadıxov və M.S.Abdullayeva həlak olub, çoxlu sayda sərnişin yaralanıb.

Digər cinayət işi Ermənistan ordusu tərəfindən 1992-ci ilin fevralında Şuşa rayonunun Malıbəyli və Quşçular kəndlərinin iri və kiçikçaplı silahlardan intensiv atəşə tutulması, ağır texnikalardan istifadə etməklə hər iki kəndə hücumla bağlı olub. Bu hadisələr nəticəsində Malıbəyli kənd sakinlərindən çoxlu sayda şəxs öldürülüb, bir neçə nəfər itkin düşüb, Quşçular kəndində isə bir neçə nəfər öldürülüb, çoxlu sayda şəxs isə girov götürülüb. 

Daha bir cinayət işi - 1991-ci il sentyabrın 8-də Xocavənd rayonunda "LAZ" markalı avtobusun atəşə tutulması faktı üzrə sənəd tədqiq olunarkən bildirilib ki, Kiş kəndinin fermasının yaxınlığında avtomat silahlarla silahlanmış ermənilər tərəfindən avtobusa açılan atəş nəticəsində bir neçə nəfər hadisə yerində ölüb, onlarla şəxs yaralanıb.

Digər bir ittiham 1991-ci il noyabrın 4-5-də Qazax rayonunun Xeyrımlı kəndinin silahlılar tərəfindən müxtəlif növ silahlardan atəşə tutulması ilə bağlı olub. Hadisə nəticəsində həmin kənd sakinlərindən çoxlu sayda şəxs həlak olub və müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Erməni hərbi cinayətkarlar tutarlı faktların qarşısında qalaraq cinayət əməllərini etiraf etməli olublar. 

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesi fevralın 5-də Bakı Hərbi Məhkəməsində davam etdirilib və təqsirləndirilən şəxslərə hökm oxunub. Azərbaycan xalqına qarşı dəhşətli cinayətlər törətmiş hərbi cinayətkarlar layiq olduqları cəzanı alıblar. Oxunan hökm bir daha göstərdi ki, cinayət nə unudulur, nə də cəzasız qalır. Zərərçəkənlərin ifadələri, toplanmış saysız-hesabsız sübutlar, faktlar və etiraflar erməni hərbi cinayətkarların törətdikləri vəhşiliklərin miqyasını bütün dünyaya bir daha nümayiş etdirdi.

Bakı Hərbi Məhkəməsində keçirilən açıq və şəffaf məhkəmə prosesi sübut etdi ki, Azərbaycan dövləti hər zaman ədalət yolu tutur. Bu hökm eyni zamanda itkin düşmüş minlərlə soydaşımızın ruhuna bir ehtiram, onların ailələrinə isə mənəvi təsəlli oldu. Azərbaycan dövləti öz vətəndaşlarının haqqını qorumağa qadir olduğunu, suverenliyini və ərazi bütövlüyünü təkcə döyüş meydanında deyil, hüquq müstəvisində də tam təmin etdiyini təsdiqlədi.


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Həyəcan təbili çalmağın zamanıdır

18:36
06 Fevral

Oman danışıqları neftin qiymətinə təsir edib  

17:44
06 Fevral

Proyektorlu smartfon təqdim edilib  

17:28
06 Fevral

Sülhə, humanizmə və qarşılıqlı anlaşmaya əsaslanan siyasət  

17:26
06 Fevral

Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Tovuzda fermerlərin müraciətlərini dinləyib  

17:25
06 Fevral

Murat Demirci: Heydər Əliyev adına ibtidai məktəb Azərbaycanın Kahramanmaraş uşaqlarına ən gözəl hədiyyəsidir

17:24
06 Fevral

Səudiyyə Ərəbistanı fevralın 8-də Həcc ziyarəti üçün vizaların verilməsinə başlayır  

17:23
06 Fevral

Azərbaycanın müdafiə naziri İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri ilə müzakirələr aparıb  

17:20
06 Fevral

Dövlət Komitəsinin yaradılmasının 20 illiyi münasibətilə Fəxri xiyaban ziyarət edilib  

17:17
06 Fevral

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17:16
06 Fevral

Pakistanda antiterror əməliyyatı: 24 silahlı zərərsizləşdirilib  

17:15
06 Fevral

Fransa ordusunun baş qərargah rəisi: Donanmada gəmi və sursat çatışmazlığı ciddi risk yaradır  

17:13
06 Fevral

Azərbaycanda qədim insan qalığı tapılıb: təhlil Yaponiyada aparılır  

17:12
06 Fevral

“Kristina” qasırğası Portuqaliyaya azı 4 milyard avro ziyan vurub

16:56
06 Fevral

Türkiyədə zəlzələ olub

16:54
06 Fevral

Siyasi şərhçi: Azərbaycan ədaləti təkbaşına bərpa etməyin mümkün olduğunu sübut edərək beynəlxalq presedent yaratdı  

16:49
06 Fevral

Anaklaudia Rosbax: Azərbaycanın WUF13 çərçivəsində zəngin təcrübə paylaşılacağına ümid edirik 

16:48
06 Fevral

Aleksandr Sırski: Cəbhədəki döyüşlərin təxminən dörddəbiri Ukrayna bölmələrinin hücum əməliyyatlarıdır  

16:44
06 Fevral

Süni intellekt sahəsində Azərbaycanda həyata keçirilən layihələr Küveytdə təqdim olunub  

16:36
06 Fevral

MOK Ermənistan idmançılarının addımı ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinə etirazını bildirib  

16:31
06 Fevral

“ASAN xidmət” qlobal məkanda nümunə kimi təqdim olunur  

15:07
06 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!