10 May 2024 13:54
181
CƏMİYYƏT
A- A+

ETSN-in mətbuat katibi: Sabahdan “Təmiz ölkəm” şüarı ilə maarifləndirici təmizlik aksiyalarına başlanılır  

 

“Təmiz ölkəm” devizi ilə növbəti dəfə Ekologiya və Təbii Sərvətlər Nazirliyi mayın 11-dən hər həftə sonu təşkil ediləcək maarifləndirici təmizlik aksiyalarına başlayır. Məqsədimiz hər kəsi öz atdıqları tullantıları toplamağa sövq etməkdir.

AZƏRTAC xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bütün respublikanı əhatə edəcək mövsümi təmizlik aksiyaları barədə məlumat verərkən söyləyib.

“Gözləntimiz odur ki, “Təmiz ölkəm” sadəcə şüar olaraq qalmasın, evimiz kimi ölkəmizin də hər bucağı tərtəmiz olsun. Bu, hər birimizin məsuliyyətidir və təmizlik aksiyalarında iştirak etmək, örnək göstərmək vətəndaşlıq borcumuzdur. Çünki cəmiyyəti narahat edən məsələlərdən biri də xüsusilə istirahət mövsümündə ərazilərin çirkləndirilməsidir. Təbiət turizmi mövsümü başlayır. Gəlin, tullantılara nəzarət edək, - deyə İ.İbrahimova əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video