Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Ətraf mühitin mühafizəsi haqqında" və "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 3 noyabr tarixli 510-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. "Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin 3-cü hissəsində hər iki halda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 18-ci maddəsinin 3-cü hissəsində hər iki halda "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, balıq və digər su bioresurslarına münasibətdə isə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi nəzərdə tutulur;
1.3. "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 12.1.4-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.4. həmin Qanunun 12.1.4-cü maddəsində birinci halda "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti "Ətraf mühitin mühafizəsi haqqında" və "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə"Azərbaycan Respublikasının 2026-cı il 3 noyabr tarixli 510-VIIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
3. "Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli 173 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 483 (Cild I); 2026, № 8, maddə 815) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
3.1. 2.1-ci bəndə "abzasında," sözündən sonra "18-ci maddəsinin
3-cü hissəsində (hər iki halda)," sözləri əlavə edilsin;
3.2. 2.4-1-ci bənddən "18-ci maddəsinin 3-cü hissəsində," sözləri çıxarılsın;
3.3. aşağıdakı məzmunda 2.5-1-ci bənd əlavə edilsin:
"2.5-1. həmin Qanunun 18-ci maddəsinin 3-cü hissəsində hər iki halda "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, balıq və digər su bioresurslarına münasibətdə isə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi nəzərdə tutulur;".
4. "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1175-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 iyul tarixli 193 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7 (I kitab), maddə 1479 (Cild I) 3-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:
4.1. 3.1-ci bəndə "8.7-ci," sözlərindən sonra "12.1.4-cü," sözləri əlavə edilsin;
4.2. 3.3-cü bəndə "8.7-ci," sözlərindən sonra "12.1.4-cü (birinci halda)," sözləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 noyabr 2026-cı il