Əsrlərin yadigarı
1500 yaşlı çinarın hekayəti
Səhrada yol gedən yolçunun su ehtiyatı tamamilə tükənibmiş. Bir tərəfdən yandırıcı günəşin hərarəti, yeriməyə çətinlik törədən qum təpələri, digər tərəfdən isə içməli suyunun bitməsi cəhənnəm əzabına dönmüşdü.
Artıq nəinki yerimək, sözün həqiqi mənasında, az qala sürünən yolçu qum təpəsinin arxasından irəli baxarkən yamyaşıl bir ağac gördü. Sevindiyindən nə edəcəyini bilmədi. Elə bil vücuduna yeni qüvvə gəldi. Büdrəyə-büdrəyə ağaca doğru qaçmağa çalışan yolçu nəhəng çinara çatarkən onun yanından dupduru bir çeşmənin axdığını gördü. Sudan doyunca içib özünə gəldi. Sonra başını yuxarı qaldıraraq əzəmətli ağacı minnətdarlıq duyğusu ilə süzüb dedi:
- Sənə nə deyim ki, ürəyimcə olsun! Deyim başın göylərə çatsın, elədir. Deyim ki, yarpaqların yamyaşıl olsun, budaqların pərvazlansın, varındır. Deyim ki, ətəyində çeşmə çağlasın, o da varındır. Odur ki, arzum səni həmişə belə qüdrətli, yamyaşıl və təşnəliyə dərman kimi görməkdir.
Bu rəvayəti əbəs yerə xatırlamadım. Gəncəbasar ərazisində 1500 ildən çox yaşı olan Düldül deyilən bir çinar ağacı var. Qeyri-adiliyi ilə heyrət doğuran ağacın özəlliyi odur ki, illər, əsrlər keçdikcə çinar öz-özünü "budayaraq" təzələyir. Ağacın nəhəng gövdəsindən yeni pöhrələr, budaqlar boy verir. Köhnə, qurumuş budaqlar isə qırılıb tökülür.
1500 ildir ki, Düldül əzəməti ilə onu görənləri heyrətləndirir. Çinarın ətəyində bir mineral bulaq çağlayır. Həmin suyun qaynadığı samovarda heç zaman ərp olmur. Yenicə alınmış kimi tərtəmiz qalır. Odur ki, hətta uzaq yerlərdən gəlib bu şəfa bulağından su aparırlar. Düldül haqqında rəvayətlər çoxdur. Çinarın olduğu Kolayır kəndinin qocaman sakinlərinin söylədiyi rəvayətə görə, dördüncü xəlifə Əli ibn Əbu Talib islamın zəfər yürüşü zamanı Samuxda olub və Düldül adlı atını bu ağacın kölgəsində saxlayıb. Hətta onlar qocaman çinarın dibində at nalının izinin olduğunu iddia edirlər. Düldül adı elə buradan meydana gəlib. Hündürlüyü bir neçə mərtəbəli evi kölgədə qoyan Düldülün yaşıl çətirinin dairəsi iyirmi metrdən çoxdur. Bu əzəməti ilə Düldül insanları özünə cəlb edərək həm də onların inanc yerinə çevrilib. Samux rayon əhalisi bu ağacı ziyarət edir, onun budaqlarına yaylıq, dəsmal bağlayıb niyyət edirlər. Neçə yüz illərdir təbiətin şıltaqlığına, nəsillərin münasibətinə baxmayaraq, qocaman ağac məğrur qamətini qoruyaraq saxlayır.
Bütün bu rəvayətlərlə yanaşı, əzəmətli görkəmi, böyüklük, məğrurluq rəmzi kimi çinara həm də "Xan çinar" deyirlər. Bu ağaclara qayğı ilə yanaşılır. Düldülün bəxti onda gətirib ki, həm xandır, həm də müqəddəslik rəmzi sayılır.
Rəfiqə SADIQOVA
Gəncə
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Heydər Əliyev Fondu əməkdaşlarının təltif edilməsi haqqında
17 May
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına və Gəncə Dövlət Dram Teatrına “milli” statusunun verilmə...
17 May
Milli Məclisin Sədri Cenevrədə Parlament Sədrlərinin 6-cı Dünya Konfransının Təşkilat Komitəsinin 1-...
17 May
"Anadolu Ankası - 2024" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib
17 May
Moskvada "Qelikon-opera"nın səhnəsində "Azərbaycan və Rusiya: dostluğun tərənnümü" adlı konsert olub...
17 May
Tuvalunun general-qubernatoru, Tonqa Krallığının Baş naziri və Baham Adaları Birliyinin xarici işlər...
17 May
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti DND-nin inzibati binası üçün MDF qapıl...
17 May
İranda daşqınlar nəticəsində azı 7 nəfər ölüb, 12 nəfər itkin düşüb
16 May
Bədii gimnastlarımız Avropa çempionatında iştirak edəcək
16 May
Baş prokuror Düşənbədə işgüzar səfərdədir
16 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!