04 Fevral 2026 08:20
514
SİYASƏT
A- A+
Ermənistanda siyasi qütbləşmə dərinləşir

Ermənistanda siyasi qütbləşmə dərinləşir


Seçki dilemması: sülh və əməkdaşlıq, yoxsa müharibə və fəlakət?


Ermənistanda cari il iyunun 7-də keçiriləcək parlament seçkiləri yaxınlaşdıqca siyasi rəqabət kəskin fazaya adlayır. Siyasi qüvvələr öz maraqları naminə müxtəlif taktiki gedişlər edirlər. Mövcud pərakəndəlik şəraitində müxalif düşərgənin vahid cəbhədə birləşməsi variantı gündəmdən düşmür. Bu istiqamətdə ən fəal fiqur sabiq dövlət başçısı Robert Koçaryandır. Keçmiş prezident keçirdiyi sonuncu media brifinqində seçki dövründə genişmiqyaslı müxalif koalisiyanın formalaşmasının önəmindən danışıb. 

Koçaryanın qənaətincə, müxalif cinahın təmsilçiləri təməl prinsiplərdə fərqli baxışlara sahib olsalar da, əsas niyyət və məqsədləri üst-üstə düşür. O hesab edir ki, ortaq məqam tərəflər arasında işbirliyi qurmaq və fəaliyyətləri koordinasiya etmək üçün əlverişli zəmin yaradır. Şübhəsiz, Koçaryanın çıxışının pərdəarxasında hökumətdən narazı kütləni, xüsusilə radikal meyilli qrupları məhz öz liderliyi altında toplamaq niyyəti dayanır. Bu yolla seçkilər qabağı öz siyasi reytinqini yüksəltməyə ümid edir. O, seçki öncəsi formalaşacaq siyasi bloka başçılıq etməyə "ən layiqli  namizəd" kimi özünü gördüyünü açıqlayıb. 

Müxalifətin vahid cəbhədə birləşmə ehtimalı hər zaman müzakirə olunsa da, reallıqda bu, çox çətindir. Həm Koçaryan, həm də digər iddialı fiqurlar, məsələn, keşiş Baqrat Srbazan vahid lider olmaq arzusunu bəyan ediblər. Hələlik müxalifəti birləşdirən məsələ "Paşinyan getsin" devizidir, onun yerinə kimin necə gəlməsi söhbətində müxalifətin mövqeyi fərqli və ziddiyyətlidir. Əgər müxalifət xalqın böyük qismini inandıra bilsə ki, Paşinyan dövlətçiliyi tamamilə itirir, o zaman vahid blok hökumət üçün real təhlükəyə çevrilə bilər. Lakin indiki vəziyyətdə müxalifətin daxili parçalanması Paşinyanın ən böyük sığortası hesab olunur. Məsələ ondadır ki, Paşinyanın ən böyük rəqibi klassik müxalifət yox, daha çox erməni cəmiyyətindəki ictimai məyusluqdur. Sərhədlərin delimitasiyası prosesində verilən qərarlar və anklavlar məsələsi müxalif media tərəfindən əhaliyə "milli itkilər" kimi sırınmaqdadır. Müharibədən sonrakı dövrdə hərbi gücün bərpasının gözlənilən sürətlə getməməsi də ciddi tənqid hədəfidir. Həmçinin Ermənistana köçən kütlənin sosial problemləri və onların potensial etiraz elektoratına çevrilmə ehtimalı hakimiyyət üçün daxili gərginlik mənbəyi sayılır. Baş nazir 2018-ci ildə verdiyi vədləri reallaşdırmamaqda ittiham olunur. Yəni müxaliflər hər fürsətdən istifadə edərək Paşinyan hökumətinin mövqeyini sarsıtmağa, reytinqini azaltmağa çalışır. 

Radikal müxalifətin xarici dəstəyi də önəmli faktordur. Revanşistlərin Rusiya siyasi elitaları və mediası ilə sıx əlaqələri mövcuddur. Kreml Paşinyanın Qərbə meyilliliyindən narazı olduğu üçün köhnə elitaya "etibarlı tərəfdaş" kimi baxır. Həmçinin, xaricdəki erməni lobbi təşkilatları və diasporunun, xüsusilə Daşnaksütyun tərəfdarlarının maliyyə və ideoloji dəstəyi bu qüvvələr üçün mühümdür. Ancaq istifadə müddətini başa vurmuş köhnə siyasi elitanın daxildəki bazası heç də geniş deyil. Onların əsas dayağı keçmiş idarəetmə aparatında qalan şəxslər, bəzi oliqarx dairələr və Erməni Apostol Kilsəsidir. Sıravi ermənilərin böyük əksəriyyəti hələ də keçmişin qayıdışından qorxduğu üçün revanşistləri dəstəkləmir. Kilsə əvvəlki seçkilərdə pərdəarxası dəstək verirdisə, bu dəfə birbaşa siyasi aktor rolundadır. Baqrat Srbazan kimi fiqurların liderlik etdiyi hərəkat göstərdi ki, kilsə artıq müxalifətin dağınıq liderlərini deyil, xalqı öz ətrafında birləşdirməyə çalışır. Ona görə də seçicilərə "milli və dini kimlik" seçimi təqdim edir. Paşinyanın tərəfdarlarını "vətən xaini" və ya "imansız" kimi qələmə verməklə baş nazirin elektoratını zəiflətməyə çalışır. Seçki prosesini "xeyirlə şərin savaşına" çevirməyə cəhd edir. Hökumətin Qərb dəyərlərinə yaxınlığı, Paşinyanın ailə və din məsələlərindəki liberal yanaşması kilsə tərəfindən kəskin tənqid olunur. Nəzərə alaq ki, rayon və kənd yerlərində keşişlərin sözü hələ də təsirlidir və kilsə öz şəbəkəsini seçki təşviqatı mərkəzləri kimi istifadə edə bilər. 

Paşinyan kilsənin təbliğatına qarşı artıq bir neçə addım atıb və güman ki, qarşıdakı günlərdə keşişlərlə mübarizəsini daha da gücləndirəcək. Baş nazir kilsənin gəlirlərinin vergiyə cəlb edilməsi və maliyyə şəffaflığı məsələsini gündəmə gətirməklə dini qurumu "korrupsioner şəbəkə" kimi təqdim edir. Dövlət və dinin ayrılması prinsipini müdafiə edərək, kilsənin siyasətə qarışmasını qanunsuzluq kimi qiymətləndirir. Kilsənin birbaşa hakimiyyətə iddiası da ictimaiyyətdə teokratik dövlət qorxusu yaradır. 

Paşinyan hakimiyyəti ilə revanşist müxalifətin qarşıdurması təkcə Ermənistanın daxili işi deyil, həm də Cənubi Qafqazın gələcək təhlükəsizlik arxitekturasını müəyyən edən amildir. Baş nazir çıxışlarında uydurma və zərərli "tarixi Ermənistan" ideologiyasından imtina edərək, sülh və əməkdaşlığa əsaslanan "real Ermənistan" konsepsiyasını təqdim edir. Paşinyan seçki kampaniyasını "sülh və sülhsüzlük" dilemması üzərində qurur. Bu, Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün yeganə rasional yoldur. İndiki şəraitdə Paşinyanın məğlubiyyəti bu prosesin dondurulmasına və ya tamamilə ləğvinə səbəb ola bilər. Çünki müxalifətin ritorikası itirilmiş mövqeləri geri qaytarmaq və delimitasiya prosesini dayandırmaq üzərində qurulub. Revanşistlər Paşinyanın Azərbaycanla olan istənilən razılaşmasını "ölkənin satılması" kimi qələmə verirlər. Ələlxüsus, 2026-cı ilin əvvəlindən etibarən Ermənistanda dezinformasiya və hibrid hücumların artması müşahidə olunur. Müxalifətin hakimiyyətə gəlişi Ermənistanın yenidən özünütəcrid vəziyyətinə qayıtması və gərginlik ocağı kimi qalması deməkdir. Paşinyanın qalibiyyəti isə regionun kənar qüvvələrin, xüsusilə Rusiya-Qərb qarşıdurmasının poliqonuna çevrilməsinin qarşısını bir qədər ala bilər. Nəticə etibarilə, Ermənistan seçicisi qarşısında iki yol var: ya sağlam təfəkkürlə mövcud reallığı qəbul edib sülh və sabitlik içində yaşayacaqlar, ya da utopik xəyallar dalınca gedərək yeni fəlakətlərə sürüklənəcəklər. 


İ.QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Filippin parlamenti prezidentə qarşı impiçment ərizələrini rədd edib  

22:59
04 Fevral

Azərbaycan Kuboku: "Sabah" - "Qəbələ" oyununda hesab açılmayıb  

22:35
04 Fevral

Tokayev: Azərbaycanın və Ermənistanın sülh sazişi istiqamətində əldə etdiyi irəliləyiş tarixi əhəmiyyətə malik dönüş nöqtəsidir  

22:34
04 Fevral

Pakistanın Baş naziri: Prezident İlham Əliyev Qafqazda və onun hüdudlarından kənarda sülh və sabitliyin qətiyyətli carçısı kimi tanınır  

22:34
04 Fevral

Şahbaz Şərif: Münaqişələr məngənəsində olan dünyada Prezident İlham Əliyevin qətiyyətli və cəsarətli rəhbərlik keyfiyyətləri hər zaman görünüb  

22:33
04 Fevral

Ərdoğan: Türkiyə olaraq bölgəmizdə və dünyada əmin-amanlıq, sülh, rifah və sabitliyə yönələn bütün təşəbbüsləri dəstəkləyirik  

22:01
04 Fevral

Qazaxıstan və Pakistan arasında Trans-Xəzər nəqliyyat dəhlizinin inkişafı müzakirə edilib  

21:42
04 Fevral

Türkiyə Prezidenti: Misirlə ticarət dövriyyəmizi 15 milyard dollara yüksəltməyi qarşıya məqsəd qoymuşuq  

21:34
04 Fevral

Ukraynanın Drujkovka şəhəri kaset mərmiləri və bombalarla vurulub  

21:19
04 Fevral

Si Cinpin: Tayvanın Çindən ayrılmasına heç vaxt icazə verilməyəcək  

21:03
04 Fevral

Rusiyadan Azərbaycana pul köçürmələrinin həcmi azalıb  

20:53
04 Fevral

Donald Tramp: Prezident Si ilə son dərəcə münasibətlərim var  

20:43
04 Fevral

Əbu-Dabidə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi keçirilib. Prezident İlham Əliyevə mükafat təqdim olunub YENİLƏNİB 2 

20:32
04 Fevral

Marko Rubio: Rusiya-Ukrayna məsələsində real irəliləyiş əldə etmişik  

20:15
04 Fevral

Şərurun dağlıq ərazisində biotexniki tədbir keçirilib  

19:47
04 Fevral

Azərbaycan-İrlandiya parlamentlərarası əlaqələri inkişaf edir  

19:38
04 Fevral

Qış Olimpiya Oyunlarına geri sayım: Dünyanın diqqəti fonunda 3500 idmançı, 5,3 milyard avro 

19:31
04 Fevral

Gömrükçülər külli miqdarda narkotik vasitə aşkar edib  

19:28
04 Fevral

Azərbaycan Kuboku: 1/4 final mərhələsi qolsuz heç-heçə ilə başlayıb

19:12
04 Fevral

Növbəti taxıl yüklü qatar Azərbaycandan tranzit keçməklə Ermənistana yola düşür

19:03
04 Fevral

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

18:59
04 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!