Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən avarçəkmə və kanoe üzrə “Prezident Kuboku-2026" beynəlxalq reqatasında 2-ci yarış gününə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, Mingəçevirdəki "Kür" Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan yarışda Azərbaycan avarçəkənləri 4 medal qazanıblar.
Yarışlarda Əlimurad Hacızadə 1 nəfərlik kayak qayığında 500 metr məsafəyə yürüşdə 2-ci yeri tutub. Məlumat üçün bildirək ki, o, ötən gün Suqovuşanda 200 metr məsafəyə yürüşdə də gümüş mükafata sahib çıxmışdı.
Bu gün, həmçinin 2 nəfərlik kayak qayığında 500 metr məsafəyə yürüşdə Mustafa Vəlizadə və Elmir Tarverdiyev cütlüyü (2010-2011) bürünc, akademik avarçəkmədə 1 nəfərlik qayıqla 1500 metr məsafəyə yürüşdə Azər İlyasov (2008-2009) qızıl medal qazanıb. Bu, Azərbaycan komandasının yarışda ilk qızıl mükafatı olub.
Ölkəmizə günün sonuncu medalını isə Niyaz Malikov və İvan Vorobyanski cütlüyü (2008-2009) qazandırıb. Onlar 2 nəfərlik kayak qayığında 1000 metr məsafəyə yürüşdə finişə 3-cü çatıblar.
Qaliblər medal və müxtəlif hədiyyələrlə təltif olunublar.
15:36
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən avarçəkmə və kanoe üzrə “Prezident Kuboku-2026" beynəlxalq reqatasında Azərbaycan təmsilçiləri daha 3 medal qazanıblar.
Mingəçevirdəki "Kür" Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan yarışlarda Əlimurad Hacızadə 1 nəfərlik kayak qayığında 500 metr məsafəyə yürüşdə 2-ci yeri tutub. Məlumat üçün bildirək ki, o, ötən gün Suqovuşanda 200 metr məsafəyə yürüşdə də gümüş mükafata sahib çıxmışdı.
Bu gün, həmçinin 2 nəfərlik kayak qayığında 500 metr məsafəyə yürüşdə Mustafa Vəlizadə və Elmir Tarverdiyev cütlüyü (2010-2011) bürünc, akademik avarçəkmədə 1 nəfərlik qayıqla 1500 metr məsafəyə yürüşdə Azər İlyasov (2008-2009) qızıl medal qazanıb. Bu, Azərbaycan komandasının yarışda ilk qızıl mükafatı olub.
Qeyd edək ki, Azərbaycan Su İdman Növləri Federasiyası ilə Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı əsasında keçirilən "Prezident Kuboku"nda ölkəmizlə yanaşı, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı mübarizə aparır. Reqataya mayın 1-də yekun vurulacaq.