26 Sentyabr 2023 09:40
528
SİYASƏT
A- A+
Ən uzun gecə

Ən uzun gecə

 

30 il gözlədiyimiz qisas sentyabrın 26-dan 27-nə keçən gecə başladı

 

Həsrət yüklü durna qatarlarının uçub getdiyi, dəli ruzigarların dünyanı xəzan rənginə boyadığı, göylərin gözlərindən qüssə yaşlarının süzüldüyü güz vaxtının ən uzun gecəsiydi... 
Hər yanın zülmətə büründüyü o gecədə hələ də qəlbimizin baş ucunda qaradonlu yurd nisgili bardaş qurub oturmuşdu... 
Günlərin, ayların, illərin ürəyimizə çəkdiyi çalın-çarpaz vətən dağı belimizi bükmüş, yuxumuzu ərşə çəkmişdi...
Eh, beynimiz, ağlımız, fikrimiz, düşüncəmiz hamısı saralıb-solan xatirələr cığırıyla  pərvazlanmışdı viran qalan yurdlara sarı...  
Yamyaşıl, axar-baxarlı hər yandan xoşbəxtlik sədaları ucalan bir şəhərdə, bir kənddə, bir evdə görmüşdük özümüzü, sonra birdən baxmışdıq ki, göy üzünü qara bulud alıb, çoxdan günəşimiz sönüb, özü də düz 30 il əvvəl... 
Nə yurdumuz qalıb, nə elimiz, nə obamız...
Əsir düşüb torpağımız, girov götürülüb vətənimiz...
***
Yenə də bağrımız parçalanmışdı torpağımızın viran halına, iki çeşmə ağlamışdı gözlərimiz tar-mar olan yurdlarımıza, ağı demişdi dilimiz özünü Azərbaycana qurban verən cavan canlara...
Üzümüzü Tanrıya tutaraq dualar etmişdik, şəhid qanı ilə suvarılan müqəddəs torpağımıza and içmişdik ki, bu qisası qiyamətə qoymayacağıq...
Amma o gecəni digər gecələrdən fərqləndirən başqa bir ab-hava da var idi. 
Sanki o gecə ana torpaq uğrunda canını qurban verən şəhidlərin, Xocalıda əsir, girov düşərək min bir əziyyətlə qətlə yetirilən soydaşlarımızın, yurdundan didərgin düşərək  bu dünyayla vidalaşan küskün, nigaran ruhların "qisas", "qisas", "qisas" səslərini lap yaxından eşidirdik... 
O gecənin səhərinin nurlu günəşlə açılacağının sevincini qəlbimizlə, könlümüzlə, ürəyimizlə, bütün varlığımızla hiss edirdik. 
2020-ci ilin 26 sentyabr gecəsindən - Azərbaycan xalqının parlaq zəfərlərlə, qələbələrlə bol səhərlərə açılan o son gecədən danışırıq... 
***
O payız gecəsinin səhərində, elə son bahar günəşinin son işartıları kimi öləziyən ümidlərimiz birdən-birə işarmağa, parlamağa başladı...
Ta 30 ilin o üzündən həsrətlə boylanan nisgilli arzularımız bir andaca dirçəldi, ana yurdumuzdan qanadlanıb ruhumuza məlhəm kimi yayılan, qulağımızda qələbə marşına çevrilən zəfər müjdələri Azərbaycan xalqını sevinc gözyaşlarına boğdu. 
Döyüş meydanından şanlı Azərbaycan Ordusunun zəfər hayqırtıları gəldikcə, Qarabağın, Şərqi Zəngəzurun şah zirvələrində ay-ulduzlu üçrəngli müqəddəs bayraqlarımız dalğalandıqca ürəklərimiz qürurdan, fəxarətdən dağa döndü. 
Düz 30 il boyu gündüzləri bağrımıza dağ çəkən, gecələri yuxularımızı ərşə çəkən ağrı-acılı Vətən nisgilindən qurtulacağımız günün yolunu həsrətlə gözləmişdik. 
Səbirlə, düşməndən intiqamımızı alacağımız, torpaqlarımızın işğaldan azad olunacağı, yurdlarımıza qayıdışın gerçəkləşəcəyi günləri gözləmişdik.
30 il gözlədiyimiz qisasımız 2020-ci il sentyabrın 26-sı gecəsindən başladı.  
Və Azərbaycan xalqı 2020-ci il sentyabrın 27-si səhərini şanlı, şərəfli, fəxarətli böyük günlərə aparan xoş ovqatla açdı. 
Payızın o qaranlıq gecəsindən doğulan sabahlarımız parlaq qələbələrə, zəfərlərə yol aldı... 

Yasəmən MUSAYEVA, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanda regionun ən iri Batareya Saxlanc Sistemlərinin qurulmasına başlanılıb  

11:29
15 Dekabr

Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb  

11:27
15 Dekabr

Xankəndidə "Qış nağılı” bayram yarmarkası keçiriləcək VİDEO  

11:18
15 Dekabr

Dünya bazarında qızıl 42 dollar bahalaşıb

11:16
15 Dekabr

Dünya birjalarında neft bahalaşıb  

11:14
15 Dekabr

Mədəniyyət naziri Adil Kərimli UNAOC Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edib  

11:10
15 Dekabr

ADA Universitetinin tələbələri ilə görüş keçirilib  

11:01
15 Dekabr

Vəkillər Kollegiyasının rəhbərliyi Rumıniya Vəkillər Kollegiyasının İllik Konfransında iştirak edib  

10:40
15 Dekabr

Dünya Türk Dili Ailəsi Günü: ortaq dil, ortaq irs  

10:22
15 Dekabr

Qazaxıstan Bakı–Tbilisi–Ceyhan marşrutu üzrə neft nəqlinin həcmlərini qoruyub saxlayacaq  

10:18
15 Dekabr

MN: Pirəkəşkül və Ağdərədə istismar müddəti başa çatmış döyüş sursatları məhv ediləcək

09:52
15 Dekabr

Sidneydəki silahlı hücumda ölənlərin sayı 16-ya çatıb  

09:36
15 Dekabr

Keçmiş məcburi köçkün: İnanırıq ki, hər şey çox gözəl olacaq  

09:35
15 Dekabr

Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salınıb  

09:12
15 Dekabr

Tramp İŞİD-ə ciddi ziyan verəcəyini elan edib  

23:31
14 Dekabr

Dünya Türk Dili Ailəsi Günü münasibətilə TDT-dən təbrik mesajı  

23:02
14 Dekabr

ABŞ və Ukrayna nümayəndə heyətləri Berlində sülh danışıqlarını müzakirə edirlər  

22:53
14 Dekabr

Azərbaycanın beynəlxalq arenadakı güclü mövqeyinin göstəricisi

22:42
14 Dekabr

BMT ilk dəfə Dünya Türk Dili Ailəsi Gününü qeyd edəcək  

22:35
14 Dekabr

Heydər Əliyev Mərkəzində Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib VİDEO  

21:18
14 Dekabr

Fövqəladə Hallar Nazirliyi soyuq hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

19:32
14 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!