30 Aprel 2024 19:01
321
DÜNYA
A- A+

Ən sürətli internetə bu ölkələr sahibdir

 

Müasir dünyada çox az insan tapılar ki, internetdən istifadə etməsin. Daim inkişaf edən texnologiya ilə internetin sürətinində əhəmiyyəti artır. Bu kontekstdə ölkələr internet infrastrukturun inkişafına ciddi investisiyalar yatırırlar.
İnternet sürətini yoxlamaq üçün istifadə edilən etibarlı veb-sayt olan “Speedtest” tərəfindən paylaşılan məlumatlara görə, 2024-cü ilin mart ayı etibarilə dünyada ortalama yükləmə sürəti 93,28 Mbps, göndərmə sürəti isə 45,46 Mbps olaraq ölçülüb.
Ən sürətli internetə malik ölkə 284,13 Mbit/s ilə Sinqapurdur. İkinci yeri isə 276,02 Mbit/s internet sürətilə Birləşmiş Ərəb Əmirlikləri tutur. Onu 274,26 Mbit/s ilə Honq Konq, 265,12 Mbit/s ilə Çili, 254,01 Mbit/s ilə ABŞ və 242,94 Mbit/s ilə İslandiya izləyir.
Qeyd etmək lazımdır ki, Azərbaycan 38.32 Mbps ortalama yükləmə sürəti ilə dünyada 117-ci yerdədir.

Ülkər XASPOLADOVA,
“Azərbaycan”


 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video