08 May 2024 16:14
174
CƏMİYYƏT
A- A+

EMTA BSU-da “Yaşıl enerjiyə keçid” mövzusunda seminar təşkil edib

 

Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Energy talks” (Enerji söhbətləri) layihəsi üzrə Bakı Slavyan Universitetində (BSU) “Yaşıl enerjiyə keçid” mövzusunda seminar təşkil edib.

Tədbirdə EMTA-nın, həmçinin Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) mütəxəssisləri, BSU-nun professor-müəllim heyəti, tədqiqatçılar, magistrant və tələbələr, o cümlədən “Yaşıl dünya naminə BSU könüllüləri” qrupunun üzvləri iştirak ediblər.

Seminarın açılışında çıxış edən BSU-nun rektoru Anar Nağıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin Azərbaycan Respublikasında “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini və bununla əlaqədar olaraq universitetdə müxtəlif tədbirlərin həyata keçirildiyini bildirib. O, eləcə də bu il çərçivəsində yaradılmış “Yaşıl dünya naminə BSU könüllüləri” qrupu barədə məlumat verib və bildirib ki, bu qrup universitetin birinci rəsmi könüllülük hərəkatıdır: “Hədəfimiz ondan ibarətdir ki, il ərzində gənclərimiz “yaşıl dünya” kontekstində maarifləndirməyə öz dəstəklərini versinlər”- deyə rektor vurğulayıb. O, eyni zamanda, bu il Azərbaycanın dünyanın ən böyük tədbirlərindən olan COP29 kimi mötəbər tədbirə evsahibliyi edəcəyini xatırladıb. A. Nağıyev, həmçinin “Energy Talks” layihəsi çərçivəsində növbəti seminarın BSU-da təşkilinə görə EMTA rəhbərliyinə öz təşəkkürünü bildirib.                  

EMTA-nın Mətbuat sektorunun müdiri Zeynab Kazımova, öz növbəsində “Energy talks” layihəsi barədə qısa məlumat verib, bu layihə çərçivəsində ADNSU, BMU, AzTU və SDU kimi universitetlərlə birgə tədbirlər həyata keçirildiyini qeyd edib. Z.Kazımova “Yaşıl dünya naminə həmrəylik ili” münasibəti ilə ölkəmizdə müxtəlif səviyyələrdə bir sıra tədbirlərin həyata keçirildiyini deyib. O, bildirib ki, BSU-da bu əlamətdar il çərçivəsində “Yaşıl dünya naminə BSU könüllüləri” qrupunun təsis olunması diqqətçəkən və maraqlı bir təşəbbüs olmuşdur. Z.Kazımova həmçinin qeyd edib ki, bu ilin noyabrında ölkəmizin COP29-a ev sahibliyi etməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana olan böyük ehtiram və dəstəyin göstəricisidir.

Tədbirdə EMTA-nın fəaliyyəti haqqında qısa videoçarx nümayiş etdirilib.

Seminar EMTA-nın Strateji planlaşdırma və innovasiyalar şöbəsinin müdiri Hikmət Həsənovun “Elektrik avtomobilləri üçün enerji doldurma xidmətinin tənzimlənməsi” və BOEMDA-nın Layihələrin idarə edilməsi şöbəsinin müdiri Cəbrayıl Əliyevin “Azərbaycanda yaşıl enerjinin inkişafı” mövzularında təqdimatları ilə davam edib.

Tədbirin yekununda maraq doğuran məsələlər ətrafında geniş sual-cavab sessiyası baş tutub.

“Azərbaycan”

 

 

 

 

 

 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video