10 May 2024 11:36
206
Elm və texnika
A- A+

Elektromobillər üçün yeni texnologiya hazırlanır

 

Elektromobillərin akkumulyatorlarını daha tez doldura bilən və uzun ömürlü olan kondensatorlar hazırlanıb. Yeni kondensatorların enerji sıxlığının bu gün istifadə olunanlardan 19 qat daha çox olduğu bildirilir. “Science” üzərindən bu yaxınlarda dərc edilmiş bir araşdırma bu problemi həll edə biləcək bir kəşfin edildiyini ortaya qoyub.

2D və 3D materiallardan istifadə etməklə hazırlanmış yeni kondensator elektrik avtomobillərinin və digər cihazların akkumulyatorlarında inqilab etmək potensialına malikdir. Elm adamlarının bu yaxınlarda kəşf etdiyi "heterostrukturlar" adlanan materiallardan istifadə etməklə hazırlanan sistem, cihazların kondensatorlarında daha uzun müddət enerji saxlamağına imkan verir. Sistem avtomobillərdən tutmuş smartfonlara qədər bir çox müxtəlif sahələrdə batareyanın ömrünü uzatmaq üçün istifadə oluna bilər.

Batareyalar enerjini uzun müddət saxlaya bilir. Lakin batareyanın doldurulması və boşaldılması da çox vaxt aparır. Bu halda kondensator işə düşür. Kondensatorlar lazım olduqda tez bir zamanda enerjiyə daxil olmaq üçün elektrik enerjisini tez doldurula və boşalda bilən bir ərazidə saxlayırlar. Bu səbəbdən smartfonların əksəriyyətində yüzlərlə kondensatorlar olur. Müasir cihazlardakı kondensatorlarda istifadə edilən ferroelektrik materiallar öz xüsusiyyətlərinə görə əhəmiyyətli enerji itkisinə səbəb ola bilər. Bu vəziyyət yüksək miqdarda enerji saxlamağı çətinləşdirir. Tədqiqat göstərir ki, ferroelektrik kondensatorlarda yeni materiallardan istifadə etməklə bunun öhdəsindən gəlmək olar. Tədqiqatçıların metodu 2D və 3D materialları çox nazik təbəqələrdə birləşdirməyə əsaslanır.

Yeni kondensatorlar hər kub santimetr üçün 191.7 joul enerji sıxlığına çataraq hazırda istifaə olunanlardan 19 dəfə daha yüksək sıxlığa malik, effektivliyi isə 90 faizdir. Bu o deməkdir ki, kondensatorlar həm daha sürətli şarj, həm də daha uzun batareya ömrü təmin edir.

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video