14 Oktyabr 2025 23:51
679
SİYASƏT
A- A+
Ekspert: Rusiya və Azərbaycan prezidentlərinin görüşü strateji tərəfdaşlıq ruhunun qorunub saxlanmasını təsdiqlədi  

Ekspert: Rusiya və Azərbaycan prezidentlərinin görüşü strateji tərəfdaşlıq ruhunun qorunub saxlanmasını təsdiqlədi  


Rusiya və Azərbaycan prezidentlərinin görüşünün yekunlarına dair ekspertlər tərəflərin strateji tərəfdaşlığı daha da gücləndirməyə hazır olduqlarını qeyd ediblər.

AZƏRTAC xəbər verir ki, Rusiyanın Avropa-Asiya Araşdırmalar Mərkəzinin direktoru Andrey Rusakov 2022-ci il sazişində təsbit olunmuş əməkdaşlıq ruhunun tam qorunduğunu və daha yenidən inkişaf etdirildiyini qeyd edib.

Onun fikrincə, dövlətlər arasındakı münasibətlərdə yaranan problemlər və çətinliklər təbiidir: “Hər bir ölkənin öz milli maraqları var və bu, tamamilə normaldır. Əsas odur ki, bu məsələlər açıq şəkildə, bağlı qapılar arxasında deyil, iki lider arasında səmimi dialoq çərçivəsində müzakirə olunur. Bu kontekstdə prezidentlər bütün mövzuları müzakirə edə bildilər və bütün məsələlərə aydınlıq gətirdilər”.

A.Rusakovun sözlərinə görə, həm Rusiya, həm də Azərbaycan strateji tərəfdaşlıq ruhunu qoruyub saxlamağa və gücləndirməyə hazır olduğunu nümayiş etdirir: “Əminliklə demək olar ki, həm Moskva, həm də Bakı bütün sahələrdə, o cümlədən MDB və ŞƏT kimi inteqrasiya birlikləri çərçivəsində, eləcə də ikitərəfli səviyyədə qarşılıqlı ticarəti və əməkdaşlığı inkişaf etdirməyə hazırdır”.

O əlavə edib ki, mürəkkəb məsələlərlə yanaşı, iki ölkəni birləşdirən bir çox istiqamətlər də var: “Bu, ilk növbədə, ticarət-iqtisadi, humanitar sahələrdə əməkdaşlıqdır. Xəzər dənizinin ekologiyasının qorunub saxlanılması, ondan iqtisadi məqsədlər üçün səmərəli istifadə olunması istiqamətində birgə iş xüsusi əhəmiyyət kəsb edir. Bu barədə həm Azərbaycan, həm də Rusiya prezidentləri dəfələrlə deyiblər”.

“Biz ekspertlər kimi bu görüşü böyük maraqla gözləyirdik və açığını desəm, onun nəticələri təsir bağışlayandır. Onlar nümayiş etdirirlər ki, dövlətlərimiz imzaladıqları sazişlərə sadiq qalır, strateji tərəfdaşlıq ruhuna sadiqdir və yaranan çətinliklərin öhdəsindən birlikdə gəlməyə hazırdır. Bunun üçün bizim bütün imkanlarımız və mexanizmlərimiz var. Rusiya və Azərbaycan bundan sonra da qarşılıqlı əməkdaşlıq və etimad ruhunda irəliyə hərəkət edəcəklər”, - deyə ekspert sözlərini yekunlaşdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

D.Tramp ABŞ-də neft hasilatını artırmaq üçün Müdafiə İstehsalı Aktını işə saldı

14:42
23 Oktyabr

Çində 7 bal gücündə zəlzələ baş verib: 16 nəfər həlak olub

14:35
23 Oktyabr

“Volvo” 2500 nəfəri işdən çıxarır 

14:30
23 Oktyabr

Qocalmaq ləngidilə bilərmi?

14:26
23 Oktyabr

Avropada istilər 50 mindən çox insanın həyatına son qoyub

14:23
23 Oktyabr

Ət iltihabı artıra bilərmi?

14:20
23 Oktyabr

İstanbulda “R4+E3” formatında vasitəçilik üzrə IX konfrans keçirilir

14:16
23 Oktyabr

Qubadlının işğaldan azad edilməsi müharibənin taleyində mühüm rol oynadı

14:12
23 Oktyabr

Qubadlının bərpası Şərqi Zəngəzurun iqtisadi potensialının inkişafına töhfə verir

14:00
23 Oktyabr

Sülh sazişi tarixi praktiki addımlarla reallaşa bilər  

13:57
23 Oktyabr

İtkin talelər həm də insanlıq sınağıdır

13:50
23 Oktyabr

Xarici işlər naziri: Azərbaycanda 500-ə yaxın hindistanlı tələbə təhsil alır 

13:42
23 Oktyabr

Azərbaycan idmanında növbəti tarixi hadisə: Bakıda FIFA U-15 dünya çempionatı başlayır

13:37
23 Oktyabr

İsmayıllıda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrin icrası müzakirə olunub

13:33
23 Oktyabr

Nazir: Azərbaycanla Hindistan arasında ticarət dövriyyəsini artırmaq üçün böyük imkanlar var 

13:29
23 Oktyabr

İşğaldan azad edilmiş ərazilərin bərpa və quruculuq layihələrinə 26 milyard manata yaxın vəsait ayrılıb

13:22
23 Oktyabr

Azərbaycanın xarici işlər naziri: Hindistanla münasibətlərin bütün istiqamətləri üzrə müzakirələr faydalıdır 

13:17
23 Oktyabr

Dövlət Xidmətinin rəisi Şuşada vətəndaşların müraciətlərini dinləyib

13:12
23 Oktyabr

Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib YENİLƏNİB

13:04
23 Oktyabr

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu münasibətilə fləşmob təşkil olunub

12:55
23 Oktyabr

Sabah bəzi yerlərdə yağış yağacaq

12:50
23 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!