Əhməd Cavad sevgisi
Bədii-siyasi ideya dünyası rəngarəng olan, milli tarix, fəlsəfə və mənəviyyatla bağlı elə bir motiv yoxdur ki, əsərlərində toxunulmasın. Bu səbəbdən də istiqlal şairi Əhməd Cavad daim anılır. Zaman keçdikcə, müstəqilliyimizin əbədiliyi möhkəmləndikcə bu istiqlal aşiqinin poeziyasına, ümumiyyətlə isə həyat və yaradıcılığına birmənalı olaraq məhəbbətlə yanaşılır. Azadlıq aşiqi kimi ədəbi və ictimai aləmdə özünəməxsus iz qoymuş Əhməd Cavadın yaradıcılığına gənc nəslin xüsusi maraq göstərməsi də sevindiricidir. Yeni nəşrlər sırasında Əhməd Cavad sevdası ilə açılan kitabların sayının artmasını şairin ədəbi-bədii irsinə məhəbbətdən keçməklə, vətənə, torpağa, azadlıq və müstəqilliyə can yanğısı kimi də qiymətləndirmək olar.
Belə nəşrlərdən biri də 1996-cı ildən ədəbi fəaliyyətə başlayan, dörd poema və bir mənzum dram, həmçinin lirik şeirlərin, publisistik yazıların müəllifi kimi tanınan Sevinc Ədalətqızının tərtibçiliyi ilə oxucu görüşünə gələn "İstiqlal abidəsi - Əhməd Cavad" kitabıdır.
Kitabın "Ön söz"ündə yazıçı-publisist Flora Xəlilzadə gənc tərtibçi-müəllifin belə mövzulara müraciət etməsini yüksək qiymətləndirərək yazır: "Gənc yazar Sevinc Ədalətqızı Əhməd Cavadla bağlı hazırladığı kitabın əlyazmasını mənə oxumaq üçün verəndə çox böyük fərəh və sevinc duyğuları yaşadım. Gənclərin Əhməd Cavada müraciət etməsi, onu oxuması, öyrənməsi, hətta araşdırma apararaq, bu unudulmaz azadlıq aşiqi barədə qələmə alınmış yazıları bir yerə toplayaraq kitab halında çapa hazırlaması məni həddən artıq sevindirdi. Onun bu zəhməti cavadşünaslığa növbəti ərməğan kimi qiymətləndirilməlidir. Əhməd Cavad yaradıcılığı ilə ardıcıl və mükəmməl məşğul olan alimlərimiz var, amma gənc xanımın bu zəhməti mənə yeni bir nəfəs və ruh təsiri bağışladı. Sanki ətirli bir çəməndə yeni zərif çiçəyin boylandığını gördüm..."
Bu kitab, əslində, ümumilikdə azadlıq carçısı, istiqlal mücəssəməsi Əhməd Cavadın 120 illik yubileyinə bir töhfədir. Son illər Əhməd Cavad yaradıcılığının siyasi və bədii tərəflərinin təhlilini özündə əks etdirən məqalələrin burada toplanması kitabın zənginliyini olduqca artırır. Uzun illər yaradıcılığından söz açılması yasaq edilmiş, "Azərbaycan marşı"nın sözlərinin müəllifi haqqında M.Rəsulzadənin 1950-ci ildə Ankarada nəşr olunmuş "Çağdaş Azərbaycan ədəbiyyatı" kitabından "Azərbaycanın milli şairi", C.Hacıbəylinin 1952-ci ildə Münhendə "Azərbaycan" jurnalının 4-cü sayında dərc edilmiş "Əhməd Cavad faciəsi" kimi olduqca dəyərli məqalələri, həmçinin bu gün dövri mətbuatda öz qələmləri ilə unudulmaz şairə sevgilərini bildirən müəlliflərin yazıları toplanıb.
Şairin dövri mətbuatda dərc edilmiş əsərlərinin biblioqrafik göstəriciləri ilə bağlanan kitabı geniş oxucu auditoriyasına ən dəyərli töhfə hesab etmək olar.
Məhəmməd NƏRİMANOĞLU,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
Bütün dünyada jurnalistlərin işi daha təhlükəli olur
04 May
“Qızıl əlcək” sahibini tapdı
04 May
“Philips”in yeni oyun monitoru təqdim edilib
04 May
Əfsanəvi avtomobil elektromobil kimi geri dönür
04 May
ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik
04 May
--Sürü halında uçan robot arılar istehsal edilib
04 May
UEFA həftənin ən yaxşılarını açıqlayıb
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!