04 Sentyabr 2025 13:06
3680
COP29
A- A+
Efiopiya İqlim Həftəsi başlayıb 

Efiopiya İqlim Həftəsi başlayıb 


Efiopiyanın paytaxtı Əddis-Əbəbədə yerləşən Beynəlxalq Konqres Mərkəzində 2025-ci ilin ikinci ən böyük İqlim Həftəsi keçirilir. Regional və qlobal əməkdaşlığın gücləndirilməsinə həsr olunan bu həftədə yerli prioritetlərə və dayanıqlı həllərə xüsusi diqqət ayrılıb.

AZƏRTAC xəbər verir ki, daha çox Afrika üzrə müxtəlif layihələrin önə çıxarılacağı gündəlikdə Keniya – Kiçik Nəqliyyat Vasitələri üzrə “E-Mobillik”, Keniya Günəşdən Sonrakı Soyutma və Cənubi Afrika Polad layihələri yer alıb. Bu layihələr tərəfdaş təşkilatlarla birlikdə təqdim ediləcək.

COP29 Sədrliyi də İqlim Həftəsində iştirak edir. Açılış mərasimində çıxış edən COP29-un iqlim üzrə yüksəksəviyyəli çempionu Nigar Arpadarai Əddis-Əbəbədə keçirilən İqlim Həftəsinin gələcək qlobal proseslərin başlanğıcı kimi mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

“COP29 Sədrliyini bu ilin ikinci İqlim Həftəsində gözəl Əddis-Əbəbədə təmsil etmək mənim üçün böyük şərəfdir. Bu mühüm həftə Belemə aparan marafonun başlanğıcıdır. Bu gün dünya tarazsız və parçalanmış vəziyyətdədir. O, etimadsızlıq, münaqişələr və suveren eqoizmlə doludur. Bu şəraitdə COP29-da bir sıra tarixi qərarların kollektiv şəkildə qəbul edilməsi ikiqat əhəmiyyət daşıyır. Biz iqlim fəaliyyəti üçün ümidverici nəticələr vəd edən qərarlar qəbul etdik. Bizi hər kəs üçün ədalət prinsipi və ən həssas, cavab vermək imkanları zəif olan ölkələri dəstəkləmək ruhu istiqamətləndirdi. Ən çox diqqət yetirdiyimiz məsələlərdən biri COP29-un həm Qlobal Cənubun səsinin eşidildiyi, həm də COP məqsədlərinin ön planda qaldığı bir platformaya çevrilməsi oldu. COP29-da qəbul edilən Bakı Maliyyə Məqsədi inkişaf etməkdə olan ölkələrə 2035-ci ilə qədər illik ən azı 300 milyard dollar, ümumilikdə isə 1,3 trilyon dollara qədər maliyyə ayrılmasını nəzərdə tutur”, - deyə N.Arpadarai əlavə edib.

Nigar Arpadarai, həmçinin COP29-da qəbul edilən qərarların yalnız maliyyə nailiyyətləri ilə bağlı olmadığını, həm də gender, uyğunlaşma, İtki və Zərərə cavab verən Fond ilə bağlı tarixi addımları əhatə etdiyini söyləyib.

“Əminəm ki, texnoloji inkişaf Yaşıl Gündəliyin yenidən canlanmasının açarıdır. İnnovasiya insan potensialı və yeni iqtisadi imkanlarla dəstəklənməlidir, təkcə tənzimləmə və məhdudiyyətlərə əsaslanmamalıdır. Donor ölkələr üzərilərinə düşən öhdəlikləri açıq şəkildə bəyan etməli, yeni milli iqlim öhdəlikləri isə sadəcə sənəd yox, real hədəflər üzərində qurulmalıdır. COP29 Sədrliyinin İqlim Həftəsi çərçivəsində xüsusi tədbirlər təşkil etdiyini də qeyd etmək istərdim. Onlardan biri Afrikanın xüsusi ehtiyac və şəraitinə həsr olunmuş yüksəksəviyyəli tədbirdir. Bu tədbir sentyabrın 6-da məhz bu binada baş tutacaq. Bu, COP29 Sədrliyinin il ərzində Afrikanın unikal çağırışlarına diqqət çəkmək öhdəliyinə uyğun olaraq təşkil edilib”, - deyə COP29-un iqlim üzrə yüksəksəviyyəli çempionu vurğulayıb.

Xatırladaq ki, Əddis-Əbəbədə keçirilən İqlim Həftəsi COP29-un nəticələrinin praktiki icrası və qlobal ədalətli iqlim gündəliyinin davamı üçün mühüm platformadır. Həftə öz işini sentyabrın 6-da başa vuracaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Almaniyanın “Cicero” jurnalı: Avropa Cənubi Qafqazı Mərkəzi Asiyaya açılan strateji qapı kimi yenidən kəşf edir

14:17
18 İyul

Sabah Bakıda 33, rayonlarda 38 dərəcə isti olacaq

12:53
18 İyul

Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında iştirak edib

12:32
18 İyul

BMT sammitində Azərbaycanın sülh təcrübəsindən danışılıb

11:19
18 İyul

DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

10:17
18 İyul

Azərbaycan nefti 91 dollara satılır

09:23
18 İyul

Bilmək istəyirəm

09:05
18 İyul

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində təqsirləndirilən şəxslərin çıxışları başa çatıb

09:00
18 İyul

Azərbaycanın KOBİA modeli: bir ideyanın bir çox üstünlüyü

08:55
18 İyul

Uzaq Çin "yaşıl enerji" gündəliyində Azərbaycana yaxın tərəfdaşdır

08:50
18 İyul

Azərbaycan-ABŞ münasibətləri: Siyasi bəyanatlardan praktik əməkdaşlığa

08:45
18 İyul

Azərbaycan-ABŞ əlaqələri regionun təhlükəsizlik arxitekturasına müsbət təsir göstərir

08:40
18 İyul

Sarsılmaz birliyi təmin edən siyasət

08:35
18 İyul

"Kəssə hər kim tökülən qan izini"

08:30
18 İyul

Baş prokuror Samux rayonunda vətəndaşları qəbul edib

08:25
18 İyul

Altıncı “Yüksəliş” müsabiqəsinin final mərhələsinə start verilib

08:20
18 İyul

Heydər Əliyevin xalqımıza əmanət etdiyi hərbi təhsil ocağı

08:15
18 İyul

Qurtuluşun başlanğıcı

08:10
18 İyul

Yüksək etimad və inam ünvanı

08:05
18 İyul

Şuşa Forumu: müdrikliyin və qətiyyətin təntənəsi

08:00
18 İyul

"Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:04
18 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!