16 İyul 2026 09:30
364
Mədəniyyət
A- A+
Ədəbiyyatımızda İsi Məlikzadə imzası 

Ədəbiyyatımızda İsi Məlikzadə imzası 


XX əsr Azərbaycan nəsrində özünəməxsus üslubu ilə seçilən qələm sahiblərindən biri də tanınmış yazıçı, dramaturq, ssenarist İsi Məlikzadə olub. O, 35 illik yaradıcılıq fəaliyyəti dövründə qarşılaşdığı və müşahidə etdiyi həyat gerçəkliklərini çox maraqlı şəkildə oxucuya çatdırıb, sadə insanların, ziyalıların dolğun obrazını yaradıb. 

İsi Abbas oğlu Məlikzadə 1934-cü ildə Ağcabədinin Xalfərəddin kəndində dünyaya göz açıb. Orta məktəbi bitirəndən sonra - 1952-ci ildə Azərbaycan Sənaye İnstitutunun (indi ADNSU) Neft-kimya fakültəsinə qəbul olub. 1957-ci ildə təhsilini başa vuraraq təyinatla Bakıda Neft Mədənləri İdarəsində əmək fəaliyyətinə başlayıb. Təyinat müddəti başa çatdıqdan sonra doğma yurdu Ağcabədiyə qayıdıb. "Pambıqçılıq" adlı ilk hekayəsi 1957-ci il də "Ağcabədi pambıqçısı" qəzetində dərc olunub. 

Bir neçə ildən sonra Bakıya dönən İsi Qaz Təsərrüfatı İdarəsinin layihə bürosunda işə düzəlir. Gənc yaşlarından ədəbi yaradıcılığa maraq göstərən İsi Məlikzadə çalışdığı müəssisələrdə sovet cəmiyyətinin miqyasını, onun fəaliyyət mexanizmini müşahidə edir, sonradan onu ədəbi materiala çevirirdi. O, hələ tələbəykən "Kirpi" jurnalı ilə əlaqə saxlayır, Salam Qədirzadə ilə dostluq edirdi. Æurnalda dərc edilən hekayələri oxucular tərəfindən maraqla qarşılanırdı. Ədəbi aləmdə istedadlı gənc kimi diqqət çəkirdi. 

Gənc İsi 1960-cı illərin ikinci yarısından daha ciddi mövzulara müraciət edir. 1964-cü ildə "Həsrətin sonu" adlı kiçik hekayələrdən ibarət kitabı işıq üzü görür. Bu uğur onun üzünə dövri mətbuatın qapılarını taybatay açır. 1967-ci ildə  həmfikirlərinin dəstəyi sayəsində İsi Məlikzadə "Ulduz" jurnalında işə düzəlir. O, nizam- intizamı və istedadı ilə rəhbərliyin diqqətini çəkir, jurnalın məsul katibi təyin edilir. Bir il sonra üç povestinin yer aldığı "Özgə anası" kitabı "Gənclik" nəşriyyatında çap olunur. 1968-ci ildə Yazıçılar İttifaqına üzv qəbul edilir. 

1973-cü ildə "Ulduz" jurnalındakı işindən ayrılmalı olur. Bir müddət işsiz qalır. Nəhayət, "Azərnəşr"də redaktor vəzifəsinə təyin olunur. Lakin 1980-ci ildə bu işindən də ayrılır və yenidən Ağcabədiyə qayıdır. Orada "Gümüş göl əfsanəsi" adlı povestini qələmə alır. Müəllif bu əsərin ərsəyə gəlməsində əfsanələrdən məharətlə bəhrələnib. Əslində, bu əsər onun taleyinin enişli-yoxuşlu və ağrılı-acılı anlarını ifadə edirdi. 

Əsərdə Orxan, Ağabəyim və Bənövşənin taleyi əks olunur. Bu talelərin hər biri təbii həyat gerçəklikləri ilə bağlıdır. Yazıçı Orxanı özünün oxşarı kimi görünməsin deyə, içərişəhərli bir ziyalı kimi təqdim edir. Orxanı bütün təfərrüatı ilə bir şəhərli gənc kimi tərifləyir. 

İsi Məlikzadə 1988-ci ildən Akademik Dram Teatrına ədəbi hissə müdiri təyin olunur. Bununla da onun ədəbi fəaliyyətinin yeni mərhələsi başlanır. Yazıçının maraqlı əsərlərindən biri də "Evin kişisi" povestidir. Əsərin qəhrəmanı Qaçay adlı sıravi milis işçisidir. Maraqlıdır ki, "Evin kişisi" çap olunandan sonra ədəbi tənqid əsərin qəhrəmanını passivlikdə ittiham edir.

"60-cılar" nəslinin görkəmli nümayəndəsi İsi Məlikzadənin təxminən 30 il ərzində 10 kitabı işıq üzü görüb: "Həsrətin sonu", "Kövrək qanadlar", "Küçələrə su səpmişəm", "Yaşıl gecə", "Günəşli payız", "Dədə palıd", "Gümüşgöl əfsanəsi", "Şehli çəmənlərin işığı", "Dolaşaların Novruz bayramı" və s. 

Yazıçı 1990-1994-cü illərdə "Azərbaycan" jurnalında şöbə müdiri vəzifəsində çalışır, eyni zamanda ədəbi yaradıcılığını da davam etdirir. Onun ssenari və əsərlərinin motivləri əsasında "Alma almaya bənzər", "Pəncərə", "Gümüşgöl əfsanəsi", "Evlənmək istəyirəm", "Hacı Qara" (Cahangir Mehdi ilə müştərək), "Gəl, qohum olaq", "Küçələrə su səpmişəm" kimi ekran əsərləri çəkilib. Ədibin "Qatarda" hekayəsi əsasında hazırlanan eyniadlı televiziya tamaşası böyük maraqla qarşılanıb. 

Əsərləri ilə oxucuların qəlbində silinməz izlər buraxan İsi Məlikzadə 1995-ci ilin dekabrında vəfat edib. 


Rəhman SALMANLI, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycanda şəhər transformasiyası sahəsində baş verən prosesləri öyrənmək istəyirik"

08:10
17 İyul

Yüksək etimad nümunəsi 

08:05
17 İyul

Azərbaycanın orta güc reallığı

08:00
17 İyul

Avropa Liqası: "Qarabağ" inamlı qələbə ilə növbəti mərhələdə

07:56
17 İyul

Konfrans Liqası: “Zirə” ikinci təsnifat mərhələsinə yüksəlib

21:56
16 İyul

Odessa sahilləri yaxınlığında hücuma məruz qalmış gəmi kapitanının nəşi tapılıb

20:50
16 İyul

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampa təşəkkür edib

19:47
16 İyul

Türkiyənin “Limak Group” şirkətinin rəhbərliyi Azərbaycanın əlverişli işgüzar və investisiya mühiti barədə məlumatlandırılıb

18:49
16 İyul

Azərbaycan Ordusunun Baş qərargah rəisi Belarusda səfərdədir

18:45
16 İyul

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BVF-nin nümayəndə heyəti ilə görüş

18:38
16 İyul

“John Deere” Azərbaycan bazarında fəaliyyətini genişləndirmək niyyətindədir

18:31
16 İyul

Azərbaycan Dövlət Kukla Teatrı Pirallahıya qastrol səfəri edib

18:28
16 İyul

Bakıda qeydə alınan cinayətlərin 93 faizindən çoxu açılıb – Rəsmi statistika

18:08
16 İyul

Qızılın qiyməti 4000 dollardan aşağı enib

17:48
16 İyul

Milli Məclisin sədri Fələstin Dövlətinin Baş naziri ilə görüşüb

17:39
16 İyul

Haqlı mövqeyinə arxalanan dövlət açıq dialoqdan çəkinmir

16:17
16 İyul

Azərbaycan və Türkiyə aqrar sahədə yeni əməkdaşlığa başlayır

16:03
16 İyul

DOST Agentliyinin Müşahidə Şurasının növbəti iclası olub

15:41
16 İyul

“Eternity-2026” təliminin əsas planlaşdırma konfransı keçirilib

15:24
16 İyul

Beynəlxalq Valyuta Fondu ilə maliyyə sabitliyi siyasətinin əsas prioritetlərinə dair fikir mübadiləsi olub

15:05
16 İyul

Qusarın Sudur və Quxur kəndlərinin yolu əsaslı təmir olunub  

14:46
16 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!