08 Noyabr 2025 08:55
427
SİYASƏT
A- A+
Ədalətin və gücün rəmzi

Ədalətin və gücün rəmzi


Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı düşünülmüş, uzaqgörən siyasət və müasir ordu quruculuğu strategiyası sayəsində 2020-ci ilin payızında xalqımız öz tarixi qəhrəmanlıq salnaməsinin ən şanlı səhifələrindən birini yazdı. Cəmi 44 gün davam edən Vətən müharibəsi Azərbaycan tarixinə qələbə müjdəsi, ədalətin təntənəsi və xalq-ordu-lider birliyinin sarsılmaz nümunəsi kimi həkk olundu. 

Rəşadətli ordumuz illərlə işğal altında qalan torpaqları azad etməklə təkcə hərbi gücünü deyil, həm də mənəvi iradəsini, haqq savaşının qüdrətini dünyaya nümayiş etdirdi. Düşmən Azərbaycan əsgərinin qarşısında tab gətirə bilməyərək diz çökdü və kapitulyasiya aktı imzalamağa məcbur oldu.

 Bu böyük Zəfər yalnız döyüş meydanlarında deyil, diplomatik masada da qazanıldı. Müzəffər Ali Baş Komandanın siyasi müdrikliyi, beynəlxalq arenada apardığı çevik və prinsipial diplomatiya nəticəsində bir güllə belə atılmadan Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğaldan azad olunması tarixə unikal siyasi nailiyyət kimi düşdü. Bu üç rayonun itkisiz azad edilməsi Prezident İlham Əliyevin həm hərbi, həm də diplomatik müstəvidə qazandığı parlaq qələbənin, güclü liderlik iradəsinin və milli maraqların qorunmasında göstərdiyi qətiyyətin bariz təzahürüdür. 

Vətən müharibəsində əldə olunan böyük qələbə dövlətimizin qüdrətini, xalqımızın sarsılmaz iradəsini və milli birliyimizi dünyaya nümayiş etdirdi. Bu şanlı qələbənin şərəfinə 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında möhtəşəm Zəfər paradı keçirildi və o, Azərbaycan xalqının yaddaşında silinməz iz qoydu. Paradda 3000-ə yaxın Azərbaycan əsgəri və zabiti ilə yanaşı, qardaş Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri də addımladılar. Azərbaycan və türk əsgərlərinin yan-yana keçidi iki qardaş ölkə arasındakı ayrılmaz bağların, sarsılmaz dostluq və müttəfiqliyin parlaq təcəssümü idi. 

Vətən müharibəsinin ilk günlərindən Azərbaycanın yanında olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Müzəffər Ali Baş Komandan İlham Əliyevlə birlikdə parada qatılması bu qardaşlığın əbədi və dönməz olduğunu  dünyaya bir daha nümayiş etdirdi. Bu tarixi gün təkcə qələbənin deyil, həm də birlik, qüdrət və parlaq gələcəyə inamın təntənəsi idi. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi: "10 dekabr - 44 günlük Vətən müharibəsində qazandığımız tarixi qələbənin dünyaya bəyan edildiyi gün, dünyanın bütün diqqətini Bakıya yönəltdiyi, Azadlıq meydanında atılan hər bir addımın, hər bir sözün böyük həyəcan və maraqla izlənildiyi gündür".

Bu parad Cənubi Qafqaz regionunun tək hazırkı dövrünün yox, həm də gələcəyi, gələcək münasibətlərinin dizaynını nümayiş etdirən, dostu dost, düşməni düşmən gözündə göstərən tarixi hadisə idi və nəhayət, bu qalib Ali Baş Komandanın, qalib ordunun və qalib xalqın paradı idi. Bu parad həm də regionda yalnız indiki dövrün deyil, gələcək münasibətlərin də konturlarını müəyyənləşdirən mühüm tarixi hadisə idi. Dostu və müttəfiqi yanımızda, düşməni isə yeni reallığı qəbul etməyə vadar edən bu parad gücün, iradənin, ədalətin rəmzi idi.

2023-cü il sentyabrın 19-da Azərbaycan Respublikasının konstitusiya quruluşunun və dövlət suverenliyinin tam bərpa edilməsi məqsədilə Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirləri həyata keçirildi. Cəmi bir gün davam edən hərbi əməliyyat nəticəsində separatçı rejim tamamilə məhv edildi və Azərbaycan öz ərazi bütövlüyünü tam şəkildə təmin etdi. Bu əməliyyat hərbi və siyasi müstəvidə Azərbaycanın gücünü, iradəsini və prinsipial mövqeyini bir daha bütün dünyaya nümayiş etdirdi. Tarixi hadisələrin davamı olaraq, 2023-cü il oktyabrın 15-də Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan bayrağının ucaldılması isə dövlətçilik tariximizin ən qürurlu və simvolik anlarından biri kimi yadda qaldı. Bu bayraq illərin həsrətinin sonu, qələbənin rəmzi, azadlığın və milli qürurun təntənəsi oldu. 

Vətən müharibəsində qazanılan parlaq qələbə Azərbaycan tarixində yeni mərhələnin başlanğıcını qoydu. Bu mərhələ yalnız hərbi zəfərlə məhdudlaşmadı, eyni zamanda milli dövlət quruculuğunun, güclənən iqtisadiyyatın, regionda sabitlik və inkişaf modelinin rəmzinə çevrildi. Azad olunmuş ərazilərdə bu gün geniş bərpa və quruculuq işləri aparılır. Qarabağ və Şərqi Zəngəzurda yollar, su, elektrik və qaz xətləri, məktəblər, xəstəxanalar, hava limanları, yaşayış məhəllələri və digər mühüm infrastruktur layihələri mərhələli şəkildə həyata keçirilir. Böyük qayıdış proqramı çərçivəsində insanlar doğma torpaqlarına qayıdır və bölgədə normal həyat bərpa olunur. 


Kamran BAYRAMOV,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Vircil Popesku: Rumıniya Azərbaycan kimi etibarlı tərəfdaşla əməkdaşlığı gücləndirməlidir  

18:25
14 Mart

Peşəkar Çövkən Liqasında yeni mövsümə başlanılıb

18:24
14 Mart

WUF13-ün tematik prioritetləri, regional əhəmiyyəti və iştirak imkanları barədə məlumat təqdim olunub  

18:21
14 Mart

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib  

18:11
14 Mart

Azərbaycan Su İdmanı Növləri Federasiyasına yeni sədr seçilib

16:39
14 Mart

Yalçın Rəfiyev: Azərbaycan COP31-in uğurla keçirilməsi üçün Türkiyəni dəstəkləyəcək  

16:18
14 Mart

Mərkəzi Komandanlıq: ABŞ İranın Xark adasında 90-dan çox hərbi hədəfə uğurla zərbə endirib  

16:03
14 Mart

Bu gün İrandan 6 ölkənin 60 vətəndaşı Azərbaycana təxliyə olunub

15:41
14 Mart

Komandanlıq: Bəhreyn indiyədək İrana məxsus 124 raketi və 203 PUA-nı zərərsizləşdirib  

15:31
14 Mart

Pakistanın İrandakı səfirliyinin əməkdaşı Astara sərhədindən təxliyə olunub VİDEO  

15:12
14 Mart

Azərbaycan sülhə, təhlükəsizliyə və əməkdaşlığa mühüm töhfələr verir

15:04
14 Mart

İkili standartlar qlobal nizam üçün ciddi təhlükədir

15:01
14 Mart

Xocavəndin Xanoba kəndində 25 ailəyə evlərinin açarları təqdim olunub 

14:41
14 Mart

Xarkovda Azərbaycan mütəfəkkirlərinin heykəlləri hava zərbələrindən mühafizə olunur  

14:19
14 Mart

Azərbaycan Yelkən Federasiyası Su İdmanı Növləri Federasiyasına qoşulur

14:07
14 Mart

“Rəqəmsal gələcək: süni intellekt, idarəetmə və innovasiyanın etikası” mövzusunda panel iclas YENİLƏNİB

13:39
14 Mart

Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Jelka Tsviyanoviçin Azərbaycana səfəri başa çatıb  

13:19
14 Mart

Sabah hava yağmursuz keçəcək, cənub-şərq küləyi əsəcək  

13:14
14 Mart

Süni intellekt müdafiə sisteminin vacib hissəsinə çevrilir 

12:48
14 Mart

Parlamentlərarası İttifaqın prezidenti: Süni intellektin insan hüquqlarına mənfi təsiri nəzərə alınmalıdır

12:41
14 Mart

Bakıda Novruz bayramı ərəfəsində geniş təmizlik işləri aparılıb  

12:36
14 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!