08 Noyabr 2025 08:40
576
SİYASƏT
A- A+
Əbədi qürur mənbəyimiz

Əbədi qürur mənbəyimiz


Bu gün xalqımız müstəqillik dövrünün ən əlamətdar günlərindən birini - Zəfər Gününü qeyd edir. Zəfər Günü hər bir azərbaycanlı üçün qürur mənbəyi, böyük mənəvi əhəmiyyəti olan bir tarixdir. Bu tarix Prezident İlham Əliyevin qətiyyətini, dövlətimizin qüdrətini, ordumuzun gücünü, xalqımızın birliyini  dünyaya bəyan edir.

Müasir beynəlxalq münasibətlər sistemində ziddiyyətlər hökm sürür. Beynəlxalq hüquq qaydaları bir çox halda kobud şəkildə pozulur. Belə bir şəraitdə dövlətlərin öz milli hüquqlarını təmin etmələri də kifayət qədər çətinliklər yaradır. Azərbaycan ərazilərinin 30 ilə yaxın işğal altında qalması da beynəlxalq hüququn kobud şəkildə tapdalanması idi. Bunu edən isə yalnız Ermənistan deyildi, həm də ona dəstək verən Qərbin siyasi dairələri idi. Elə buna görə də Qarabağ problemini 30 ilə yaxın bir dövr ərzində danışıqlar yolu ilə həll etmək mümkün olmadı. BMT Təhlükəsizlik Şurası 1993-cü ildə Azərbaycan ərazilərinin işğaldan azad olunmasını tələb edən 4 qətnamə qəbul etsə də, Ermənistan öz havadarlarına arxalanaraq bu sənədlərin icrasından yayındı. ATƏT-in Minsk qrupu isə işğalçını öz adı ilə çağırmaqdan yayındı, ikili standartlardan çıxış edərək təcavüzkara dəstək verdi.

Qarabağ məsələsi Azərbaycan dövlətinin haqq işi idi. Təcrübə isə göstərir ki, ölkəmizi öz haqlı mövqeyindən çəkindirmək mümkün deyil. Bu sahədə Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun yeganə məqsədi torpaqlarımızın işğaldan azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması idi. Bu siyasəti qətiyyətlə davam etdirən Prezident İlham Əliyev respublikamıza rəhbərliyinin ilk günündən bəyan etdi ki, torpaqlarımız nəyin bahasına olursa-olsun, işğaldan azad ediləcəkdir. Bu gün Azərbaycanın keçdiyi inkişaf yollarını nəzərdən keçirəndə görürük ki, möhtərəm İlham Əliyev torpaqlarımızın işğaldan azad edilməsi üçün çoxvektorlu siyasət yürüdüb. Hərbi quruculuqla yanaşı, həm iqtisadi siyasətin, həm də xarici siyasətin mərkəzində dayanan əsas amillərdən biri torpaqlarımızın işğaldan azad edilməsi olub. Vətən müharibəsinə qədər gedilən yol göstərir ki, Azərbaycanın həm iqtisadi yüksəlişinin təmin olunması, həm də beynəlxalq mövqelərinin möhkəmləndirilməsi torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində həyata keçirilən dövlət siyasətinin uğurlarını təmin edən əsas meyarlardır. Beləliklə, Azərbaycan həm iqtisadi, həm də siyasi sferada fəal iş apardı, hücum diplomatiyası yürüdərək dünya erməniliyinin saxta iddialarını ifşa etdi, Ermənistanı bütün platformalarda çıxılmaz vəziyyətə saldı.

Azərbaycan dövləti nə qədər sülh danışıqlarına sadiq qalsa da, ədalətin bərpa olunmasında güc variantını da istisna etmədi. Ermənistanın danışıqlar prosesini sabotaj etməsi və davamlı şəkildə hərbi təxribatlar törətməsi 2020-ci il sentyabrın 27-də İkinci Qarabağ müharibəsinin başlanması ilə nəticələndi. Əslində, bu, bütün Azərbaycan xalqının gözlədiyi tarixi anın yetişməsi idi. Həmin gün Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə Azərbaycan Ordusu özünün tarixi və müqəddəs missiyasının icrasına başladı. 

Azərbaycan xalqı dövlətimizin bu savaşdan qalib çıxacağına əmin idi. Bu əminliyi doğuran əsas amillər Silahlı Qüvvələrimizin yüksək döyüş imkanlarına malik olması, xalqımızın həmrəyliyi və Prezident İlham Əliyevin ətrafında sıx birləşməsi idi. Bu əminliyi formalaşdıran əsas siyasi amil isə cənab Prezident İlham Əliyevin yürütdüyü cəsarətli və qətiyyətli siyasət idi. Və elə müharibənin ilk günündən xalqımızın əminliyi döyüş meydanlarında özünü layiqincə doğrultdu. Azərbaycan Silahlı Qüvvələri ilk gündən özünün döyüş imkanları ilə Ermənistan ordusu üzərində müqayisəyə gəlməz üstünlüyə malik olduğunu nümayiş etdirdi. Yeni nəsil müharibə aparan ordumuz bir-birinin ardınca şəhər və kəndlərimizi azad etməklə xalqımızın yeni qəhrəmanlıq tarixini yazdı. Ordumuzun şəxsi heyəti bu savaşda vətəni sevməyin yeni nümunələrini yaratdı. Bəli, Ali Baş Komandanı cənab Prezident İlham Əliyev olan ordumuz bu savaşda öz missiyasını uğurla, qətiyyətlə yerinə yetirdi, işğal altında olan torpaqlarımız cəmi 44 günə azad edildi.

Vətən müharibəsində hər bir şəhərimizin, kəndimizin və qəsəbəmizin azad edilməsi xalqımızın əbədi qürur mənbəyi olan qəhrəmanlıq nümunəsidir. Müharibənin ilk günündən bütün vətəndaşlarımız ordumuzun qələbə dolu yürüşünü səbirsizliklə gözlədilər. Prezident İlham Əliyevin xalqa müraciətləri zamanı zəfər xəbərlərini bəyan etməsi bütün Azərbaycan xalqına sonsuz sevinc yaşatdı. 

Döyüşlərin ilk günündən başlayaraq şəhər və kəndlərimizin işğaldan azad edilməsi müharibənin gedişinə təsir göstərdi, bizi qələbəyə yaxınlaşdırdı. 2020-ci il noyabrın 8-də Qarabağın mirvarisi Şuşanın azad edilməsi isə 44 günlük müharibənin taleyini müəyyənləşdirən əsas hadisə oldu. Azərbaycan Ordusunun məhz Şuşa zəfərindən sonra Ermənistan kapitulyasiya etdi. 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanat 44 günlük müharibədə Azərbaycanın qələbəsinin, Ermənistanın isə məğlubiyyətinin hüquqi təsdiqi oldu.  

Bu möhtəşəm zəfərin memarı Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək, Ulu Öndərin başladığı işi məntiqi sonluğuna çatdırdı, bununla da öz adını Azərbaycan tarixinə qüdrətli sərkərdə, Müzəffər Ali Baş Komandan kimi əbədi yazdırdı.  Dövlətimizin gücünün və milli qürurumuzun təntənəsinə çevrilən bu möhtəşəm qələbə Prezident İlham Əliyevin sərəncamı ilə əbədiləşdirildi. Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, noyabr ayının 8-i Zəfər Günü elan edildi. 

Zəfər Günü ilə yanaşı, noyabrın 8-i ölkəmizdə həm də Şuşa Şəhəri Günü kimi qeyd olunur. Qeyd etdiyimiz kimi, Şuşanın azad edilməsi Vətən müharibəsinin taleyini müəyyən etdi. Həmin gün Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciət edən Prezident İlham Əliyev bildirdi ki, 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır: "İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox".

Şuşanın azad edilməsi xalqımız üçün həm də mənəvi qələbə oldu. Çünki Şuşa bizim milli mədəniyyətimizin və incəsənətimizin əsas ünvanlarından biri, musiqimizin beşiyidir. Şuşa Azərbaycan tarixində müstəsna yeri olan bir şəhərdir. Elə buna görə də Şuşanın bərpası və quruculuğu Prezident İlham Əliyevin xüsusi diqqət mərkəzindədir. Dövlət başçısının indiyə kimi Şuşaya dəfələrlə səfər etməsi də bu diqqətin təzahürüdür. Azadlığına qovuşmuş bu qədim yurd yerimizdə indi böyük quruculuq, və təmir-bərpa işləri aparılır. Ötən 5 ildə Şuşada olduqca əzəmətdi infrastruktur layihələri icra olunub. İşğaldan azad edilmiş ərazilərimizin quruculuğuna layiqli töhfələr verən Heydər Əliyev Fondu da Şuşanın bərpası prosesində yaxından iştirak edir. Şuşanın tarixi ənənələri də bərpa olunub. "Xarıbülbül" festivalının və Vaqif Poeziya Günlərinin keçirilməsi Şuşanın mədəni dirçəlişindən xəbər verir.

Şuşa Azərbaycan üçün müstəsna yeri olan şəhərdir. 2021-ci ildə Milli Məclis tərəfindən "Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında" qanunun qəbul edilməsi, Prezident İlham Əliyevin sərəncamı ilə 2022-ci ilin Azərbaycan Respublikasında "Şuşa ili" elan edilməsi də bunu təsdiq edir. 

Şuşanın azad edilməsi türk dövlətlərində, o cümlədən islam dünyasında böyük sevinclə qarşılandı. Buna görə də Şuşa 2023-cü ildə "Türk dünyasının mədəniyyət paytaxtı", 2024-cü ildə "İslam dünyasının mədəniyyət paytaxtı" elan edildi. 2026-cı il üçün isə Şuşa  "İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı" elan olunub. Quruculuğu ilə göz oxşayan Şuşa həm də beynəlxalq tədbirlərin keçirildiyi bir ünvandır. 

Ermənilərin işğal dövründə dağıtdıqları Şuşa bu gün sürətlə bərpa olunur, tarixi simasını, ənənələrini özünə qaytarır. Bu qədim yurd yerimiz öz tarixi, dəyərləri, ənənələri və  əzəməti ilə Qarabağın tarixi Azərbaycan ərazisi olduğunu dünyaya bəyan edir.


Müşfiq MƏMMƏDLİ, 

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Vircil Popesku: Rumıniya Azərbaycan kimi etibarlı tərəfdaşla əməkdaşlığı gücləndirməlidir  

18:25
14 Mart

Peşəkar Çövkən Liqasında yeni mövsümə başlanılıb

18:24
14 Mart

WUF13-ün tematik prioritetləri, regional əhəmiyyəti və iştirak imkanları barədə məlumat təqdim olunub  

18:21
14 Mart

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib  

18:11
14 Mart

Azərbaycan Su İdmanı Növləri Federasiyasına yeni sədr seçilib

16:39
14 Mart

Yalçın Rəfiyev: Azərbaycan COP31-in uğurla keçirilməsi üçün Türkiyəni dəstəkləyəcək  

16:18
14 Mart

Mərkəzi Komandanlıq: ABŞ İranın Xark adasında 90-dan çox hərbi hədəfə uğurla zərbə endirib  

16:03
14 Mart

Bu gün İrandan 6 ölkənin 60 vətəndaşı Azərbaycana təxliyə olunub

15:41
14 Mart

Komandanlıq: Bəhreyn indiyədək İrana məxsus 124 raketi və 203 PUA-nı zərərsizləşdirib  

15:31
14 Mart

Pakistanın İrandakı səfirliyinin əməkdaşı Astara sərhədindən təxliyə olunub VİDEO  

15:12
14 Mart

Azərbaycan sülhə, təhlükəsizliyə və əməkdaşlığa mühüm töhfələr verir

15:04
14 Mart

İkili standartlar qlobal nizam üçün ciddi təhlükədir

15:01
14 Mart

Xocavəndin Xanoba kəndində 25 ailəyə evlərinin açarları təqdim olunub 

14:41
14 Mart

Xarkovda Azərbaycan mütəfəkkirlərinin heykəlləri hava zərbələrindən mühafizə olunur  

14:19
14 Mart

Azərbaycan Yelkən Federasiyası Su İdmanı Növləri Federasiyasına qoşulur

14:07
14 Mart

“Rəqəmsal gələcək: süni intellekt, idarəetmə və innovasiyanın etikası” mövzusunda panel iclas YENİLƏNİB

13:39
14 Mart

Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Jelka Tsviyanoviçin Azərbaycana səfəri başa çatıb  

13:19
14 Mart

Sabah hava yağmursuz keçəcək, cənub-şərq küləyi əsəcək  

13:14
14 Mart

Süni intellekt müdafiə sisteminin vacib hissəsinə çevrilir 

12:48
14 Mart

Parlamentlərarası İttifaqın prezidenti: Süni intellektin insan hüquqlarına mənfi təsiri nəzərə alınmalıdır

12:41
14 Mart

Bakıda Novruz bayramı ərəfəsində geniş təmizlik işləri aparılıb  

12:36
14 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!