06 Fevral 2026 08:55
1150
İQTİSADİYYAT
A- A+
Dünya təcrübəsi, Azərbaycan nümunəsi 

Dünya təcrübəsi, Azərbaycan nümunəsi 


Bütün zamanlarda şəhərsalma cəmiyyətin sosial, iqtisadi və mədəni inkişafını əks etdirən mühüm sahələrdən olub. İndi də davam edən proses nəqliyyat sistemlərinin səmərəli təşkili, ekoloji tarazlığın qorunması, ictimai məkanların əlçatanlığı və tarixi irsin saxlanılması kimi çoxşaxəli məsələləri əhatə edir. Bu baxımdan müasir şəhər planlaşdırılması həm iqtisadi, həm sosial, həm də ekoloji amillərin balanslı şəkildə nəzərə alınması tələbini qarşıya qoyur.

Şəhərlər  hər bir ölkənin güzgüsüdür. Onların necə salınması, böyüməsi və idarə olunması həmin cəmiyyətin inkişaf səviyyəsini açıq şəkildə göstərir. Xaotik və plansız şəhər narahat cəmiyyətin, düşünülmüş və balanslı şəhər isə uzaqgörən yanaşmanın göstəricisidir. Şəhər mühiti insan həyatına birbaşa təsir edən səssiz, lakin güclü amildir. Bu mənada Azərbaycandakı şəhərsalma ilə dünya ölkələrində tətbiq olunan şəhərsalma modelləri arasında həm oxşar cəhətlər, həm də diqqətçəkən fərqlər mövcuddur. Qlobal hadisələr şəhərləri bir-birinə bənzətsə də, yerli reallıqlar onu tam eyniləşdirmir.

Azərbaycanda  son illər bu istiqamətdə mühüm addımlar atılır. Xeyli sayda park salınması, şəhər mərkəzlərinin abadlaşdırılması və yeni nəqliyyat layihələri göstərir ki, ölkə şəhərsalma sahəsində qlobal trendlərə uyğunlaşmağa çalışır. Xüsusilə Bakı şəhərində aparılan yenidənqurma və abadlıq işləri  dəyişikliklərin ən bariz nümunəsidir. Paytaxtda yeni bulvar zolağının istifadəyə verilməsi, piyada zonalarının genişləndirilməsi, ictimai nəqliyyat infrastrukturunun yenilənməsi şəhər mühitinin daha yaşanılan hala gətirilməsinə xidmət edir. Bakı həm müasir memarlıq nümunələri, həm də tarixi şəhər simasını bir arada yaşatmağa çalışan şəhər kimi formalaşma mərhələsindədir.

Bununla belə bir sıra problemlər hələ də açıq şəkildə özünü göstərir. Artan avtomobil sayı və yol infrastrukturunun qeyd olunan artıma tam uyğunlaşmaması şəhərdə başgicəlləndirici tıxaclara meydan verir. İctimai nəqliyyatın inkişaf etdirilməsi məqsədilə atılan addımlara baxmayaraq, hələ də şəxsi avtomobildən asılılıq yüksək olaraq qalır. Xüsusilə pik saatlarda şəhərin əsas prospekt və küçələrində yaranan sıxlıq paytaxtın gündəlik həyat tempini xeyli ləngidir. 

Digər mühüm problem bəzən sıx və plansız şəkildə  tikilən çoxmərtəbəli yaşayış binalarıdır. Bu binaların sayının sürətlə artması bir çox ərazidə yaşıllıq sahələrinin yox olmasına, sosial infrastrukturun isə inkişaf tempinin azalmasına gətirib çıxarır. Uşaq bağçaları, məktəblər, dayanacaqlar və istirahət məkanları yeni salınan yaşayış massivlərinin ehtiyaclarını tam olaraq qarşılaya bilmir. Və  bu vəziyyət şəhər mühitində rahatlıq anlayışını sual altına qoyur.

Bakıda müşahidə olunan  mənzərə şəhərsalmanın yalnız yerli deyil, eyni zamanda qlobal müzakirə mövzusu olduğunu göz önünə qoyur. Belə bir şəraitdə sual yaranır: dayanıqlı şəhərlərin formalaşmasında qərarverici mexanizmlər necə qurulmalıdır? Sual ətrafında aparılan müzakirələr bu günlər 13-cü Ümumdünya Şəhərsalma Forumuna (WUF13) həsr olunmuş "Parlamentlərin dayanıqlı şəhər inkişafında rolu" mövzusunda beynəlxalq tədbirdə öz əksini tapdı. Onlayn keçirilən tədbir dünyanın 30 ölkəsindən 32 parlament üzvünü bir araya gətirərək WUF13-ün əsas məqsəd və proqramları barədə məlumatlandırmaq və parlamentlərin forumdakı iştirakını təşviq etmək məqsədi daşıyırdı. Qeyd edək ki,  2026-cı ilin mayında "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri"  mövzusunda 13-cü  Beynəlxalq Şəhərsalma Forumu keçiriləcək. Hökumət, akademiya, biznes və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək şəhərlərin gələcəyinə dair qlobal dialoqa Bakı evsahibliyi edəcək.  Prezident İlham Əliyevin sərəncamı ilə  2026-cı ilin Azərbaycanda  "Şəhərsalma və Memarlıq İli" elan edilməsi də təbii ki, bu amilə bağlıdır.  Qlobal səviyyədə şəhərsalma təşəbbüslərində Azərbaycanın fəal iştirakı və evsahibliyi göstərir ki, ölkəmizdə şəhərsalmanın strateji inkişafı prioritet məsələlərdən biridir. Lakin yerli reallıqlar diktə edir ki, dünya şəhərlərində uzunmüddətli strategiyalarla həyata keçirilən planlaşdırma Azərbaycanda bəzən sürətli inkişafın kölgəsində qalır və planlı yanaşmanın tam reallaşmasına əngəl olur. Dünyanın başqa yerlərində isə  ölkələr fərqli şəhərsalmalarla  diqqət çəkirlər. 

Avropa şəhərlərində, məsələn, Paris, Roma və Praqada planlaşdırma uzunmüddətli strategiyalar əsasında aparılır və tarixi irsin qorunması ön planda götürülür. Burada ictimai məkanların əlçatanlığı, piyada və velosiped infrastrukturunun inkişafı, "yaşıl zona"ların qorunması əsas prioritetlərdəndir. Avropada şəhərlər həm estetik, həm də sosial tarazlığı qoruyaraq yenilənir.

Avropanın şimal şəhərləri olan  Kopenhagen və Amsterdamda dayanıqlı şəhərsalma konsepsiyası tamamilə ekoloji yanaşma üzərində qurulub. Enerji səmərəliliyi, ictimai nəqliyyatın üstünlüyü və yaşıl məkanların genişləndirilməsi strateji hədəflərdir. Burada yeni tikililər və tarixi məkanlar arasında balans qorunur, planlaşdırma ictimaiyyətin iştirakı ilə aparılır. 

Asiya şəhərlərindən olan Tokio və Sinqapura üz tutsaq  görərik ki, burada sürətli inkişaf planlı şəhərsalma ilə paralel gedir. Tokioda yüksək əhali sıxlığına baxmayaraq, nəqliyyat və sosial infrastruktura xüsusi diqqət yetirilir, Sinqapurda isə "yaşıl şəhər" konsepsiyası çərçivəsində parklar, yaşıllıq sahələri və su resursları diqqətlə qorunur.

Beləliklə, dünyada şəhərsalma təcrübəsi çoxşaxəlidir: bir tərəfdən tarixi irsin, ictimai və yaşıl məkanların balansını qorumaq, digər tərəfdən sürətli inkişaf və modernizasiya arasında tarazlığı təmin etmək şərtdir. Başqa bir tərəfdən isə dünya təcrübəsində ictimaiyyətin iştirakının şəhərsalmada vacib olduğu diqqətlərdən qaçmır. Şəhər sakinlərinin rəyinin nəzərə alınması, açıq müzakirələr və şəffaf qərarvermə mexanizmləri şəhərlərin daha yaşanılan olmasına xidmət edir. Azərbaycanda isə bu proses hələ formalaşma mərhələsindədir. Buna baxmayaraq, cəmiyyətin şəhər mühitinə marağının artması gələcək üçün ümidverici tendensiyadır.

Göründüyü kimi, uğurlu şəhərsalma yalnız tikinti ilə ölçülmür. O, insanların həyat keyfiyyətini, ictimai məkanların əlçatanlığını, tarixi və ekoloji dəyərlərin qorunmasını, həmçinin uzunmüddətli strateji planlaşdırmanı əhatə etməlidir. Azərbaycanda şəhərsalmada potensial imkanlar və təkmilləşdirilməli sahələr mövcuddur. Bakı və digər şəhərlərimiz sürətli inkişaf fonunda bu balansı qorumağı öyrəndikcə həm yerli sakinlərin rifahı, həm də beynəlxalq səviyyədə şəhərsalma uğurları daha aydın görünəcək. 


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kəlbəcər və Ordubadın dağlıq ərazilərinə qar yağıb  

12:13
25 Oktyabr

Brüsseldə azərbaycanlı itkin ailələrinin daha bir dinc aksiyası  

12:09
25 Oktyabr

Prezidentin sosial media hesablarında Bakıda keçirilən futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb 

12:02
25 Oktyabr

Qubadlıda yaradılan müasir infrastruktur əhalinin dayanıqlı məskunlaşmasına xidmət edir  

11:56
25 Oktyabr

“Turandot” – Heydər Əliyev Sarayında çoxdan gözlənilən premyera

10:44
25 Oktyabr

Qubadlının azad edilməsi dövlət müstəqilliyinə sarsılmaz sədaqətin təntənəsi idi

10:37
25 Oktyabr

Qubadlıya öz sahibləri qayıdıb

09:43
25 Oktyabr

Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib YENİLƏNİB 2

22:55
24 Oktyabr

Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalının açılış mərasimi keçirilib - YENİLƏNİB-1

20:41
24 Oktyabr

Samir Şərifov: FIFA-nın Azərbaycana göstərdiyi etimadı yüksək qiymətləndiririk

19:47
24 Oktyabr

İntellekti yüksək olan cəmiyyət manipulyasiyaya qarşı daha dayanıqlı olur   

18:07
24 Oktyabr

YAP Mərkəzi Aparatında görüş təşkil edilib

17:58
24 Oktyabr

Ukrayna ordusu Oryolda fabrikləri və Yeysk aerodromundakı təyyarəni vurub

15:55
24 Oktyabr

Sabah Bakı və Abşeronda leysan yağacaq - XƏBƏRDARLIQ

14:54
24 Oktyabr

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

13:03
24 Oktyabr

Rusiyanın Bryansk və Belqorod vilayətlərinə hücumlar zamanı iki nəfər ölüb

12:37
24 Oktyabr

BMT qlobal əməkdaşlığın 81-ci ildönümünü qeyd edir

12:01
24 Oktyabr

DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

11:57
24 Oktyabr

Ər-Riyad üzərində husilərə məxsus ballistik raket vurulub

11:01
24 Oktyabr

Zəngəzur Milli Parkında Qafqaz bəbiri üç balası ilə kameralara düşüb

10:46
24 Oktyabr

Diqqəti cəmləmək qabiliyyətini yaxşılaşdırmaq üçün gündə neçə addım atmaq lazımdır?

10:44
24 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!