Dünyaşöhrətli MTP (Most Traveled People) beynəlxalq səyahətçilər klubunun 30 nəfərlik heyəti Qarabağa və Şərqi Zəngəzura səfəri çərçivəsində Şuşa şəhəri ilə tanış olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, MTP klubunun təsisçisi, amerikalı Çarlz Vilinin rəhbərlik etdiyi səyyahlar əvvəlcə Şuşa şəhərinin mərkəzi meydanında Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinə baxıblar. Qonaqlara Şuşa şəhəri, onun işğal dövründəki vəziyyəti və burada həyata keçirilən yenidənqurma işləri barədə məlumat verilib. Bildirilib ki, otuzillik işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilib. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb.
On beş ölkədən səyyahların yer aldığı heyət sonra Xurşidbanu Natəvanın evi, Xan qızı bulağı olan ərazi və qala divarları, Şuşa türməsi ilə tanış olub.
Sonda Cıdır düzünə gələn səyyahlar buradan açılan əsrarəngiz mənzərəni seyr ediblər.
Heyətin 3 gün ərzində avtomobil yolu ilə Füzuli-Xocavənd-Şuşa-Xankəndi-Xocalı-Ağdam-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl marşrutu üzrə hərəkət etməyi planlaşdırılır. Bu səfər işğaldan azad edilmiş ərazilərin “dark tourism” çərçivəsində tanıdılması, nəhəng quruculuq-bərpa işlərinin nümayişi üçün böyük imkan yaradır.
Qeyd edək ki, son 4 il ərzində dünyanın əsas beynəlxalq səyahətçilər klublarının xətti ilə Qarabağ və Şərqi Zəngəzura 13 dəfə beynəlxalq səyahətçilər səfər edib.
10:49
Dünyaşöhrətli MTP (Most Traveled People) beynəlxalq səyahətçilər klubunun 30 nəfərlik heyəti Qarabağ və Şərqi Zəngəzura səfəri çərçivəsində Şuşa şəhərinə gəlib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dünyanın 15 ölkəsindən gələn səyyahlar Şuşanın əsrarəngiz təbiəti, tarixi məkanları və burada aparılan quruculuq işləri ilə tanış olurlar.
Səyyahların yer aldığı heyətə MTP klubunun təsisçisi, amerikalı Çarlz Vili (Charles Veley) rəhbərlik edir.
Heyətin 3 gün ərzində Füzuli-Xocavənd-Şuşa-Xankəndi-Xocalı-Ağdam-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl marşrutu üzrə hərəkət etməsi planlaşdırılır. Bu səfər işğaldan azad edilmiş ərazilərin “dark tourism” çərçivəsində tanıdılması, nəhəng bərpa-quruculuq işlərinin nümayişi üçün böyük imkan yaradır.
Qeyd edək ki, beynəlxalq səyahətçilər son 4 ildə dünyanın əsas beynəlxalq səyahətçilər klublarının xətti ilə Qarabağ və Şərqi Zəngəzura 13 dəfə səfər ediblər.