05 Noyabr 2024 08:50
401
CƏMİYYƏT
A- A+
Döyüş meydanında sona çatan 30 illik ömür yolu

Döyüş meydanında sona çatan 30 illik ömür yolu


O qəfil qapı zəngindən sonra Faiqin gülüşləri, zarafatları ilə dolub-daşan Həsənovların mənzili əbədi olaraq qəm-qüssəyə qərq oldu. Bundan sonra gələn heç bir gün daha əvvəlkitək olmayacaqdı...

Bir ömür yolu da 30 ilin sonunda beləcə sona çatdı... Vətəni canından çox sevən, onun yolunda şəhid olan Faiq  şərəflə yaşadı, düşmənə qarşı igidliklə vuruşdu, adını qəhrəman kimi Azərbaycan tarixinə yazdı.

"Dedi mən gedirəm, ana. Bu dəfə də səni çox gözlətməyəcəyəm. Məni möhkəm qucaqlayıb, öpdü və getdi. Müharibəyə getdiyini başa düşmədim. Qapıya yaxınlaşanda geri baxdı, qayıdıb məni bir də bərk-bərk qucaqladı. Və getdi... əmisinin, dayısının başladığı işi bitirməyə getdi...", - deyir anası Yeganə xanım.


Cəbhəyə könüllü yollandı


Xüsusi təyinatlı gizir Faiq Hüseyn oğlu Həsənov 1990-cı il iyulun 28-də Bakı şəhərində dünyaya gəlib. Səbail rayonundakı 190 saylı orta məktəbi bitirib. Yeniyetməlik yaşlarından idmana həvəslə yanaşıb, fiziki hazırlığına daim diqqət yetirib.

2008-2012-ci illərdə Faiq Mingəçevir Dövlət Universitetində ali təhsil alıb, iqtisadiyyatın tənzimlənməsi ixtisasına yiyələnib. O, 2012-2013-cü illərdə Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçib. Həmin vaxtdan etibarən gələcək həyatını iqtisadçı peşəsinə deyil, hərbi xidmətə bağlamaq haqqında fikirlərini doğmaları ilə bölüşüb. 2015-ci ildən Daxili Qoşunların Sumqayıt şəhərində yerləşən "N" saylı hərbi hissəsində xidmət edib. Döyüş və mənəvi-psixoloji hazırlığında, funksional vəzifələrinin icrasında əzmkarlığı ilə fərqlənib.

Hərbçi peşəsi, xüsusi təyinatlıların xidməti onun qəlbində rəğbət doğururdu. Bu da əbəs deyildi. Birinci Qarabağ müharibəsi zamanı ön cəbhəyə könüllü yollanaraq torpaqlarımızın müdafiəsində şəhid olmuş əmisi Elşən Həsənovun, 1989-1991-ci illərdə Qazax-Ağstafa bölgəsində erməni işğalçılarına qarşı vuruşmuş dayısı qazi Mahir Rzayevin keçdikləri çətin sınaqlar gəncin həyata baxışlarına təsirsiz qalmamış, onun üçün vətənpərvərlik örnəyi olmuşdu.


"Bu yerlərə ilk qədəm basmaq bizə qismət oldu"


Ailənin böyük övladı olan Faiq iki bacısına və qardaşına həm də ata əvəzi idi. 2017-ci ildə atası qəfil dünyasını dəyişəndən sonra böyük övlad kimi ailənin qayğılarını öz üzərinə götürmüşdü. Yeganə xanım deyir ki, atasının yoxluğunu ailəsinə hiss etdirməmək üçün dəridən-qabıqdan çıxırdı: "Bizi hər zaman düşünən, qürurlandıran övlad idi. Heç vaxt məni intizarda qoymaq istəmirdi. Elə sentyabrın sonunda gedəndə də "Ağcabədiyə təlimə gedirəm" dedi. İnandım..."

2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda Faiq döyüş əməliyyatlarına ilk cəlb olunanların sıralarında idi. O və silahdaşları müharibənin ilk günlərində Cəbrayıl-Füzuli rayonlarının ərazilərində çətin döyüş tapşırıqlarını yerinə yetiriblər. Faiq işğaldan azad edilən torpaqlarımızda irəliləyərkən "bu yerləri görmək və ilk qədəm basmaq bizə qismət oldu" deyib.

Oktyabrın 2-də Füzuli və Cəbrayıl istiqamətlərində gedən döyüşlərdə qapalı kəllə-beyin travması alan, eşitmə qabiliyyətini itirən Faiq döyüş bölgəsindən təxliyə olunur. Füzuli rayonunun Əhmədbəyli kəndindəki hərbi hospitala yerləşdirilərək, burada müalicə alan Faiq yaralanması ilə bağlı yalnız dayısı Mahir Rzayevə xəbər verib. Anası narahat olmasın deyə ona bu barədə məlumat verilməsinə razı olmayıb. Hətta anası ilə telefonla danışarkən belə yaralandığını ona hiss etdirməyib. Anası Yeganə xanım oktyabrın 4-nə kimi oğlu ilə mütəmadi danışdığını deyir.

Hospitala gələn dayısı Bakıda müalicəsinin davam etdirilməsinin zəruriliyini, qoyulan diaqnozun ciddiliyini ona nə qədər söyləsə də, bütün təkidlərə baxmayaraq, Faiq döyüşlər başa çatanadək Bakıya getməyəcəyini bildirib. Həkimlər Faiqi hospitalda yalnız bir gün saxlaya biliblər. "Məni buraxın, mənə qulağım lazım deyil. Əlim silah tutur, bəsimdir. Qala bilmərəm, uşaqlar döyüşdədir"  deyib.

Dayısı nə qədər təkid etsə də, onu inadından döndərə bilməyib: "Nə etdim, qayıtmadı. Elə hey deyirdi ki, sən o vaxtı şəhid olmadın, morqdan diri çıxdın. Mən şəhid olacam. Gecə qalmaq üçün Ağdama getdim. Səhər qayıdacaqdım. Gecə hospitala yaralı gətiriblər, sürücü qayıdanda ordakılardan soruşub ki, o tərəfə gedən varsa, gəlsin. Faiq də tələsik maşına minib döyüş bölgəsinə gedib".

Elə həmin gecə də silahdaşları ilə birgə Cəbrayıl-Füzuli rayonları istiqamətində ön mövqeyə lazımi təminat çatdırmaq, oradakı yaralıları çıxarmaq üçün gedərkən yolda düşmənin pusqusuna düşüb, şəhidlik zirvəsinə ucalıb.

Mərdliyi ilə seçilən şəhid gizir Faiq Həsənov Bakıda 2-ci Şəhidlər xiyabanında dəfn olunub. İgidlik və şücaət nümayiş etdirdiyinə görə, Prezident İlham Əliyevin sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Şücaətə görə" medalları ilə təltif edilib.

Qəhrəmanın şəhadətə ucalmasından dörd il ötür. Faiqin ömrü həyatının ən gözəl illərində yarıda qırılsa da, adı vətənin hünər tarixinə əbədi həkk olundu. Vətən üçün yaşanan ömür heç zaman unudulmur, insanların yaddaşında daim qalır.  Əgər bu gün torpaqlarımız azadlığa qovuşubsa, bu, Faiq kimi igid oğullarımızın şücaəti sayəsindədir.


Ülkər XASPOLADOVA,

İlham BABAYEV (foto),

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rəqəmsal dünyanın kibertəhlükə bəlası

08:25
03 Mart

Ərazi iddiaları olan yerdə sülh mümkün deyil

08:20
03 Mart

Tarix yazılıb, nöqtə qoyulub, geri dönüş yoxdur

08:15
03 Mart

Azərbaycanın sabitlik və sülh modeli

08:10
03 Mart

Azəbaycanın BMT zirvəsi

08:05
03 Mart

Düşmənlərimiz İLHAM ƏLİYEVƏ nələri bağışlaya bilmirlər?!

08:00
03 Mart

Zelenski: Ukrayna 2026-2027-ci illər üçün Rusiyanın planlarını ehtiva edən sənədləri əldə edib  

01:28
03 Mart

"Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

00:49
03 Mart

Gəncə şəhərində yerləşən Cümə məscidində təmir-bərpa işlərinin həyata keçirilməsi üçün vəsait ayrılması haqqında

00:49
03 Mart

"Büdcə sistemi haqqında", "Mühasibat uçotu haqqında" və "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

00:48
03 Mart

"Minatəmizləmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə

00:47
03 Mart

"Büdcə sistemi haqqında", "Mühasibat uçotu haqqında" və "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 359-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

00:46
03 Mart

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında

00:45
03 Mart

“Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vahid elektron informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə 

00:43
03 Mart

Azərbaycan qazaxıstanlıların İrandan evakuasiyasına kömək edir

23:44
02 Mart

Avropa çempionatı: Azərbaycan seçmə mərhələdə Şimali Makedoniyaya uduzub  

22:41
02 Mart

Ramin Məmmədov: Türkiyə-Azərbaycan birliyi dünyada strateji güc kimi tanınır

22:23
02 Mart

Türkiyənin hakim partiyası: İrana zərbələr beynəlxalq hüququn normalarına ziddir  

21:01
02 Mart

Azərbaycan və İordaniya XİN başçılarının telefon danışığında Yaxın Şərqdə artan gərginlik əsas mövzu olub  

20:49
02 Mart

Ukrayna ordusu bir sıra yaşayış məntəqələrini azad edib  

20:41
02 Mart

Nazir: Ankara enerji bazarlarında sabitliyin qorunmasına çalışır

20:31
02 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!