05 Fevral 2026 09:05
473
CƏMİYYƏT
A- A+
Dövlətin dayağı və gələcəyin təminatçısı 

Dövlətin dayağı və gələcəyin təminatçısı 


Tarixin müxtəlif mərhələlərində üzərinə düşən məsuliyyəti layiqincə yerinə yetirən gənclərimiz bu gün də milli-mənəvi dəyərlərə sadiq, müasir dövrün tələblərinə cavab verən və yeniliklərə daim hazır olan bir nəsil kimi formalaşıb. Azərbaycan gəncliyi cəmiyyətin aparıcı qüvvəsi, dövlətin gələcəyinin əsas təminatçısıdır.


Xalqa sevgi, dövlətə sədaqətlə...

 

Azərbaycan XX əsrin sonlarında müstəqilliyinə nail olanda ciddi ictimai-siyasi və iqtisadi sınaqlarla üz-üzə qaldı. Həmin illərdə Ermənistanın Azərbaycandan yeni ərazilər qoparmaq kimi mənfur niyyəti, münaqişələrə rəvac verməsi, müharibənin başlamasına səbəb olması vəziyyəti daha da ağırlaşdırdı. Lakin bütün çətinliklərə, mürəkkəb proseslərə baxmayaraq, həmin dövrün gəncləri dövlətçiliyin qorunmasında, milli ideyaların yaşadılmasında fəal iştirak etdilər.

Tariximizin şanlı səhifələrinə çevrilən 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi Azərbaycan gəncliyinin vətənpərvərliyini, milli ruhunu və dövlətə sədaqətini bir daha bütün dünyaya nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşən gənclərimiz həm ön cəbhədə, həm də arxa cəbhədə böyük fədakarlıq göstərdilər. Vətən müharibəsində, eləcə də 2023-cü ildə həyata keçirilən antiterror əməliyyatında qazandığımız böyük qələbələr gənclərimizin doğma xalqına sevgisinin, dövlətinə sədaqətinin təzahürü oldu.

Prezident İlham Əliyev bu il 2 Fevral - Gənclər Günü münasibətilə Azərbaycan gənclərinə müraciətində onların qəhrəmanlığını bir daha vurğuladı: "Dövlətimizin yaratdığı hərtərəfli şəraitin və aşıladığı vətənpərvərlik ruhunun nəticəsidir ki, Azərbaycan gəncliyi üçün böyük imtahan olan 44 günlük Vətən müharibəsində gənclərimiz misilsiz rəşadət göstərdilər. 30 illik işğala son qoyaraq xalqımızın Qələbə əzmini bütün dünyaya nümayiş etdirən qəhrəmanlarımızın əksəriyyətini məhz gənclər təşkil etmişdir. Bu Zəfər salnaməsi Azərbaycan gəncinin Vətənə sonsuz sevgisinin və sarsılmaz iradəsinin əbədi rəmzidir".


Dövlətin güvəndiyi əsas qüvvə


Azərbaycan cəmiyyətində gənclərə olan inam yüksək səviyyədədir. Dövlətimiz gənclər siyasətini prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirərək onların təhsilinə, məşğulluğuna, sosial fəallığına və şəxsi inkişafına xüsusi diqqət yetirir. Gənclər siyasətinə dair dövlət proqramları, beynəlxalq təhsil imkanları və innovasiya layihələri bunun bariz nümunəsidir.

Dövlət başçısı İlham Əliyevin gənclərə müraciətində qeyd etdiyi kimi: "Sevindirici haldır ki, bu gün Azərbaycanda milli-mənəvi dəyərlərimizə dərindən bağlı olmaqla yanaşı, həm də müasir dünyanın inkişaf tendensiyası ilə ayaqlaşa bilən intellektual gənc nəsil formalaşmışdır. Sizlər bu gün iqtisadiyyatdan elm və mədəniyyətə qədər bütün sahələrdə dövlətimizin qüdrətini artıran bir qüvvəsiniz. Vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi, zəngin mədəni irsimizin qorunması və beynəlxalq aləmdə tanıdılması yolunda atdığınız hər addım xalqımızın ümumbəşəri ideallara sadiqliyinin ifadəsidir".


Uğurlu gələcəyə açılan yollar


Gənclərimiz bu gün təkcə ölkə daxilində deyil, beynəlxalq arenada da ölkəmizi uğurla təmsil edirlər. Elm, texnologiya, idman, mədəniyyət və incəsənət sahələrində əldə olunan nailiyyətlər Azərbaycan gəncliyinin yüksək potensiala və geniş dünyagörüşünə malik olduğunu nümayiş etdirir.

Azərbaycanın gələcək inkişaf strategiyasında gənclər əsas aparıcı və icraedici qüvvə kimi çıxış edirlər. Yüksəkixtisaslı, milli-mənəvi dəyərlərə sadiq, eyni zamanda qlobal düşüncəyə malik gənclərin yetişdirilməsi dövlətin uzunmüddətli inkişaf məqsədlərinin əsasını təşkil edir.

Son illərdə Azərbaycan gənclərinin elmi potensialının sürətlə artması xüsusi diqqət çəkir. Beynəlxalq olimpiadalarda, nüfuzlu elmi konfranslarda və tədqiqat layihələrində qazanılan uğurlar göstərir ki, Azərbaycan gəncliyi rəqabətədavamlı və müasir çağırışlara cavab verən bir nəsildir. Xüsusilə süni intellekt, informasiya texnologiyaları, energetika, tibb və mühəndislik sahələrində fəaliyyət göstərən gənc alimlər ölkənin elmi gələcəyinin formalaşmasında mühüm rol oynayırlar.

Azərbaycanda gənclərin təhsili, məşğulluğu, sosial fəallığı və innovativ təşəbbüslərinin dəstəklənməsinə yönəlmiş dövlət proqramları, layihələr həyata keçirilir. Həmin tədbirlər gənclərin bilik və bacarıqlarını göstərmələrinə və uğurlu fəaliyyətlərinə geniş imkanlar yaradır. Respublikamızda 2019-cu ildən keçirilən "Yüksəliş" müsabiqəsi bu mənada xüsusi vurğulanmalıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və birbaşa nəzarəti ilə həyata keçirilən bu müsabiqə intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

Ötən illərin uğurlu nəticələri artıq göz önündədir. Belə ki, 2019-2021-ci illərdə keçirilmiş ilk müsabiqədə 27 qalib, 2022-ci il ikinci müsabiqədə 22, 2023-cü il üçüncü müsabiqədə 22, 2024-cü il dördüncü müsabiqədə 25 və 2025-ci il beşinci müsabiqədə 20 qalib müəyyən edilib. Beləliklə, ötən beş müsabiqə üzrə ümumilikdə 70 minə yaxın müraciət qəbul edilib, 40 minə yaxın Azərbaycan vətəndaşı prosesin iştirakçısı olub. Nəticədə 116 nəfər qalib elan edilib.

2025-ci il dekabrın 10-da Prezident İlham Əliyev 2026-cı ildə növbəti "Yüksəliş" müsabiqəsinin keçirilməsi ilə bağlı tədbirlər və "Yüksəliş" müsabiqəsinin təsis edilməsi haqqında" sərəncam imzalayıb. Gənclərimiz "Yüksəliş" müsabiqəsi vasitəsilə növbəti dəfə bilik və bacarıqlarını yenidən nümayiş etdirəcəklər. "Yüksəliş" onlara özlərini təmsil etdikləri dəyərlərlə birgə tanımaq, liderlik bacarıqlarını nəzərdən keçirmələrinə, peşəkar əlaqələr şəbəkəsi qurmalarına dövlət qurumlarında, həmçinin böyük şirkətlərdə karyera imkanları qazanmalarına şərait yaradacaq.. 

Gənclərə Azərbaycan xalqının və dövlətinin etimadı böyükdür. Fevralın 2-də gənclərə müraciətində Prezident İlham Əliyev bu etimadı və inamı belə ifadə etmişdi: "Əminəm ki, müasir tariximizin yeni intibah dövründə də Azərbaycan gəncliyi öz innovativ potensialı və yaradıcı enerjisi ilə dövlətimizin gələcək inkişafına layiqli töhfələr verəcəkdir".


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyevin Əbu-Dabiyə səfəri dünya mətbuatının diqqət mərkəzindədir 

18:11
05 Fevral

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb 

17:10
05 Fevral

Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana  

16:53
05 Fevral

Ermənistan vətəndaşlarının məhkəməsində daha 7 nəfər təqsirləndirilən şəxs müxtəlif müddətlərə azadlıqdan məhrum edilib  

15:53
05 Fevral

Naxçıvanın yüksək dağlıq ərazilərində 90 santimetrədək qar qeydə alınıb 

15:36
05 Fevral

Prezident İlham Əliyevin Əbu-Dabiyə səfəri Gürcüstan mətbuatında geniş işıqlandırılıb  

14:48
05 Fevral

Xocalı soyqırımında iştirakını etiraf edən Madat Babayan 19 il müddətinə azadlıqdan məhrum olunub

14:13
05 Fevral

“ASAN xidmət” dövlət xidmətləri sahəsində BƏƏ ilə əməkdaşlığı genişləndirir  

14:04
05 Fevral

Bako Sahakyan 20 il müddətinə azadlıqdan məhrum edilib

14:02
05 Fevral

Litva XİN: ABŞ Baltik Müdafiə Təşəbbüsünə 200 milyon dollar ayırıb

13:56
05 Fevral

Ukraynalılar üçün Avropaya giriş pullu olacaq

13:43
05 Fevral

Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib

13:30
05 Fevral

David Babayan ömürlük azadlıqdan məhrum edilib

13:29
05 Fevral

Davit İşxanyan ömürlük azadlıqdan məhrum edilib

13:28
05 Fevral

David Manukyan ömürlük azadlıqdan məhrum edilib  

13:27
05 Fevral

Levon Mnatsakanyan ömürlük azadlıqdan məhrum edilib  

13:26
05 Fevral

Arayik Harutyunyan ömürlük azadlıqdan məhrum edilib 

13:26
05 Fevral

Bakıda yağış yağacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək – PROQNOZ  

13:25
05 Fevral

Pakistanda əməliyyat başa çatdı: 216 terrorçu öldürüldü

13:24
05 Fevral

Ermənistan vətəndaşlarının məhkəməsində yekun məhkəmə qərarı elan olunur  

12:23
05 Fevral

Türkiyədə zəlzələdən zərər görən məscid və kilsələr bərpa edilir

12:01
05 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!