19 Fevral 2025 08:45
1649
İQTİSADİYYAT
A- A+
Dövlət növbəti dəfə sahibkara sahib çıxdı

Dövlət növbəti dəfə sahibkara sahib çıxdı


Özəl sektorda yoxlamaların dayandırılması müddəti daha bir il uzadıldı


Azərbaycanda həyata keçirilən iqtisadi islahatların uğur qazanmasında dövlətin sahibkarlara göstərdiyi dəstək mexanizmlərinin mühüm payı var. Özəl sektorun inkişafı üçün dövlət tərəfindən atılan addımlar, verilən qərarlar, olunan güzəştlər ölkədə sahibkarlıq subyektlərinin sayının artmasına, bu isə öz növbəsində iqtisadiyyatın davamlı tərəqqisinə şərait yaradır. 

Sahibkarlığın inkişafına nail olmaq üçün təbii ki, ölkədə əlverişli biznes  mühitinin yaradılması mühüm şərtdir. Bu mühit həm də özəl sektora dövlət dəstəyidir. Dövlət tərəfindən təmin edilən azad bazar institutu ölkədə sahibkarlığın inkişafına dəstək verməklə bərabər, həm də biznes sahəsində fəaliyyət göstərənlərə geniş imkanlar yaradır. 

Dövlət başçısının sahibkarlıq sektorunda apardığı məqsədyönlü siyasətin nəticələri onu deməyə əsas verir ki, bu sahədə uğurlar hələ uzun zaman davam edəcək. Prezident İlham Əliyevin "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə imzaladığı növbəti qanun bunun əyani sübutudur. Qanuna dəyişikliyə əsasən, Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasının müddəti 2026-cı il yanvarın 1-nə qədər uzadılır. Bu müddətdə sahibkarlıq subyektlərində yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına təhlükə yaradan hallar üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar da müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır. Qanunun müddəaları korrupsiya cinayətlərinin araşdırılması ilə əlaqədar Baş Prokurorluğun apardığı yoxlamalara şamil edilmir. Sahibkarların bu qanunun tələbləri pozulmaqla həyata keçirilən yoxlamalardan müvafiq icra hakimiyyəti və prokurorluq orqanlarına, həmçinin inzibati və məhkəmə qaydasında şikayət etmək hüquqları var.

Məqsəd ondan ibarətdir ki, ölkədə sahibkarların fəaliyyətinə qanunsuz, kortəbii şəkildə, ehtiyac olmadan edilən müdaxilələrə yol verilməsin. Çünki bu kimi qanunsuz yoxlamalar sahibkarların səmərəli işinə və ölkə iqtisadiyyatına fayda vermələrinə maneçilik törədir. Dövlət başçısı da öz çıxışlarında dəfələrlə bildirmişdir ki, sahibkarların fəaliyyətinə kortəbii müdaxilə yolverilməzdir. İqtisadçı Pərviz Heydərov deyir ki, lazımsız yoxlamaların aparılmasına məhdudiyyət qoyulması dövlət başçısının şəxsi təşəbbüsü ilə həyata keçirilən bir addımdır: "Sahibkarların fəaliyyətində müvafiq vergi yoxlamalarından savayı heç bir təftiş olmamalıdır. Sahibkarların dövlət qarşısında yeganə məsuliyyəti vergi ödənişi ilə bağlıdır. Təbii ki, əhalinin sağlamlığına təhlükə yaradacaq fəaliyyət sahələrinə ciddi nəzarət qalmalıdır". 

İqtisadiyyatın prioritet istiqamətləri üzrə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin dəstəklənməsində dövlətin maliyyə dəstəyi mexanizmlərinin xüsusi rolu var. Azərbaycanda sahibkarlığın inkişaf etdirilməsi, xüsusilə kiçik və orta biznesin dəstəklənməsi istiqamətində fəaliyyət göstərən İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun (SİF) maliyyə mexanizmləri ölkədə biznes mühitinin gücləndirilməsi istiqamətində dövlət siyasətinin həyata keçirilməsi üçün əsas vasitələrdəndir. 2024-cü ildə bu vasitədən yararlanan sahibkarlıq subyektlərinin sayı əhəmiyyətli dərəcədə artmışdır. Fakt: SİF tərəfindən 2024-cü il ərzində 5722 layihənin maliyyələşdirilməsinə 248,1 milyon manat güzəştli kredit verilib. İqtisadiyyatın müxtəlif sahələri üzrə fəaliyyət göstərən bu layihələrin icrası nəticəsində 4334 yeni iş yerinin yaradılması nəzərdə tutulub. Ötən il fondun vəsaitinin səmərəli yerləşdirilməsi üçün sənaye, kənd təsərrüfatı, logistika, anbar komplekslərinin yaradılması, turizm, balıqçılıq, "yaşıl layihə"lər, kütləvi informasiya vasitələrinin inkişafı, tibb, təhsil və xidmət layihələri prioritet istiqamətlər kimi müəyyənləşdirilmişdir. Fond tərəfindən verilmiş ümumi güzəştli kredit məbləğinin 53,3 faizi kənd təsərrüfatı məhsullarının istehsalı, 38,1 faizi sənaye məhsullarının istehsalı və emalı, 6,1 faizi xidmət, 2,1 faizi turizm və 0,4 faizi isə balıqçılıq və akvakultura sahələrinə yönəldilmişdir. 

Ötən il işğaldan azad edilmiş ərazilərdə iqtisadi aktivliyin bərpa olunması və bu ərazilərdə sərmayə qoyuluşlarının sürətlənməsinə dəstək də diqqət mərkəzində saxlanılmışdır. Fevraldan etibarən "İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək" mexanizmi çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda investisiya layihəsi həyata keçirən sahibkarların bank və bank olmayan kredit təşkilatlarından əldə etdikləri kreditlərin 90 faizədək hissəsinə dövlət zəmanətinin verilməsinə başlanılmışdır. 2024-cü ildə bu ərazilərdə sahibkarların zəmanət-subsidiya mexanizminə müraciətləri əsasında 12 layihə üzrə 23,4 milyon manat kreditə 19,2 milyon manat dövlət zəmanəti verilmişdir. Sözügedən layihələr bu gün Şuşa, Xankəndi, Ağdam, Cəbrayıl və Xocalıda həyata keçirilir.


Züleyxa ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

2025: göygöllülər üçün abadlıq, quruculuq və festivallar ili

09:35
13 Dekabr

Goranboylular Ulu Öndərə ehtiramlarını elliklə ifadə etdilər

09:30
13 Dekabr

"Sən elə bir zirvəsən!"

09:25
13 Dekabr

ABŞ-dən tarixi qərar

09:20
13 Dekabr

D-8: Regionla əməkdaşlıq üçün gənclərin işgüzar platforması

09:15
13 Dekabr

Dövlət siyasətinin təntənəsi

09:10
13 Dekabr

Azərbaycanın qlobal humanitar diplomatiyasının növbəti uğurları

09:05
13 Dekabr

Qərbi Avropa Cənubi Qafqazda nə itirib

09:00
13 Dekabr

Azərbaycan-Slovakiya əməkdaşlığı

08:55
13 Dekabr

Cənubi Qafqazda barış və etimad quruculuğu dövrü

08:50
13 Dekabr

Ulu Öndər xalqımızın qəlbində əbədi yaşayacaq

08:45
13 Dekabr

Milli maraqları qətiyyətlə təmin edən çoxvektorlu xarici siyasət kursu

08:40
13 Dekabr

Müasir Azərbaycan dövlətçiliyinin memarı

08:35
13 Dekabr

Xalqımıza misilsiz xidmət nümunəsi

08:30
13 Dekabr

Heydər Əliyev Fondu Ümummilli Liderin ideyalarını fəaliyyətində rəhbər tutur

08:25
13 Dekabr

Azərbaycan-Slovakiya münasibətləri yüksələn xətlə inkişaf edir

08:20
13 Dekabr

Gəncəlilər və samuxlular Ulu Öndərin anım gününü qeyd ediblər

08:15
13 Dekabr

Zəfər ordusunun təməl müəllifi

08:10
13 Dekabr

Müstəqil Azərbaycan Ulu Öndərin, azad Qarabağ isə İlham Əliyevin əsəridir

08:05
13 Dekabr

Milli-mənəvi dəyərlərə sadiqlik örnəyi

08:00
13 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:24
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!