Dövlət başçılarının “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının iştirakçıları ilə qeyri-formal görüşü olub - VİDEO
Oktyabrın 3-də Soçidə dövlət başçılarının "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının iştirakçıları ilə qeyri-formal görüşü olub.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Azərbaycan Prezidenti İlham Əliyev görüşdə çıxış etdilər.
Prezident Vladimir PUTİN dedi:
-Hörmətli dostlar, xanımlar və cənablar, həmkarlar.
İcazə verin, sizin hamınızı qeyri-rəsmi şəraitdə bir daha salamlayım. Bu məkanda işə uzun illər boyu maraq göstərdiyinizə görə sizə təşəkkür etmək istəyirəm. Mənim fikrimcə bu məkan yaxşı, davamlı format kəsb edib və mütəxəssislərin, özü də təkcə mütəxəssislərin yox, həm də demək olar ki, geniş ictimaiyyətin layiqli hörmətini qazanmışdır.
Mənə belə gəlir ki, bu illər ərzində hətta müəyyən komanda yaranıb. Bu komanda çoxmillətli və sözün yaxşı mənasında bizim xalqın dediyi kimi, müxtəliftərkibli, amma hər halda komandadır.
Mən həmkarlarıma - artıq burada olmayan, lakin o bilir, təşəkkür sözlərimi eşidib, İordaniya Kralına, Prezident Duterteyə, həmçinin burada iştirak edən Qazaxıstan və Azərbaycan prezidentlərinə ayrıca təşəkkürümü bildirmək istəyirəm. Sizin hamınızı salamlamaq üçün məmnuniyyətlə onlara söz verirəm.
Sonra Qazaxıstan Prezidenti Kasım-Jomart TOKAYEV çıxış etdi:
-Hörmətli xanımlar və cənablar.
Bu gün podiumda əyləşərkən mənə tanış olan çoxlu simaları gördüm və fürsətdən istifadə edib sizə möhkəm cansağlığı, uğurlar, firavanlıq arzu etmək istərdim. Valday forumuna dəvətə görə Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinə bir daha təşəkkür edirəm, ona böyük və səmimi hörmət bəslədiyimi bildirirəm.
Bu forum Rusiyanın hüdudlarından kənarda da məşhurdur. Bu, nüfuzlu diskussiya məkanıdır. Bugünkü iclas mənim fikrimcə uğurlu oldu və əlbəttə, diskussiyanın gedişini Vladimir Vladimiroviç idarə edirdi, sizin suallarınız əsasən ona ünvanlanmışdı. Lakin biz də imkan daxilində öz töhfəmizi verdik. Zənnimcə, bu cür diskussiyalar davam etməlidir, çünki onlar müasir dünyada baş verənləri anlamaq üçün çox faydalıdır. Sağ olun!
Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:
-Valday forumuna dəvətə görə mən də Vladimir Vladimiroviçə təşəkkür etmək istərdim. Bu forumun işində iştirak etmək böyük şərəfdir.
Mən artıq demişəm ki, forum aktual məsələlərin müzakirəsi üçün ən mühüm beynəlxalq məkanlardan biridir. Bugünkü mövzu Şərqə həsr edilmişdi. Lakin təbii ki, biz bu mövzunun çərçivəsindən kənara çıxdıq. Mənə belə gəlir ki, bu gün həqiqətən çox maraqlı, səmimi diskussiya keçdi, panelin hər bir iştirakçısı öz fikrini sərbəst ifadə edə bildi. Siz də qeyd etdiyiniz kimi, bizim fikirlərimiz çox cəhətdən üst-üstə düşürdü.
Zənnimcə, bugünkü panel tərəfdaşların, dostların, həmfikirlərin paneli idi. Bugünkü panelə verdiyi töhfəyə görə Vladimir Vladimiroviçə xüsusi təşəkkür edirəm, işin əsas ağırlığı onun üzərinə düşürdü. Biz də bacardığımız qədər kömək edirdik. Bir daha sağ olun. Hamınıza firavanlıq diləyirəm.
Yeri gəlmişkən, demək istərdim ki, zalda da çoxlu köhnə dostlarımı, o cümlədən Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunlarını gördüm. Vladimir Vladimiroviç, ürəyinizdə arzu tuta bilərsiniz - Siz Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun iki məzunu arasında əyləşmisiniz.
Prezident Vladimir PUTİN:Mənim arzum budur ki, bizim işimizin nəticələri real siyasətdə əməli fayda versin, bizim diskussiyalar dünyanın ən mühüm problemlərinin həllinə müxtəlif ölkələrin yanaşmalarında onların mövqelərini daha yaxşı anlamağa kömək etsin, bu problemlərin həllində isə biz hamımız maraqlıyıq.
İcazə verin bu yolda bizə uğurlar arzulayım. Diqqətinizə görə təşəkkür edirəm.
x x x
Oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına səfəri başa çatıb.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub
04 May
Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu gö...
04 May
Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib ...
04 May
Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib ...
04 May
AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb
04 May
DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib ...
04 May
Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə ...
04 May
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!