26 Fevral 2026 14:44
203
CƏMİYYƏT
A- A+
“Diplomatic World Sweden” saytında Xocalı faciəsi haqqında məqalə dərc edilib  

“Diplomatic World Sweden” saytında Xocalı faciəsi haqqında məqalə dərc edilib  

İsveçdəki siyasətçilər və xarici səfirliklərin əməkdaşları üçün hazırlanmış “Diplomatic World Sweden” saytı 1990-cı illərin əvvəllərində Birinci Qarabağ müharibəsinin ən faciəli hadisələrindən biri olan Xocalı faciəsinin 34-cü ildönümü münasibətilə Stokholmda keçirilən anım mərasimi haqqında məqalə dərc edib.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan səfirliyin anım tədbirini Raul Vallenberq memorialında təşkil etdiyi diqqətə çatdırılır. Qeyd olunur ki, iştirakçılar onun önünə əklil qoyub və soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Seçilmiş məkanın simvolizmi də vurğulanır: Vallenberq abidəsi humanizm, vətəndaş cəsarəti, soyqırımına müqavimət və etnik zəmində təqiblərlə əlaqələndirilir.

Məqalədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verən hadisələr, Xocalı şəhərində qadınlar və uşaqlar da daxil olmaqla 600-dən çox mülki şəxsin qətlə yetirilməsi barədə məlumat verilir, yüzlərlə yaralı və hələ də itkin düşmüş şəxslərdən bəhs olunur. Diqqətə çatdırılır ki, bütün ailələr məhv edilib və bir çox uşaq valideynlərindən birini və ya hər ikisini itirib. “Human Rights Watch” təşkilatının məlumatına görə, bu qırğın Ermənistan ilə Azərbaycan arasındakı münaqişədə ən böyük faciə olub, xüsusilə ağır bir akt kimi xarakterizə edilib, potensial olaraq müharibə cinayəti və ya insanlığa qarşı cinayətə bərabər tutulub.

Müəllif yazır: “Bu günə qədər 17 milli qanunverici orqan, ABŞ-nin 24 ştatı, eləcə də İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı qırğını pisləyən, onu insanlığa qarşı cinayət və soyqırımı kimi təsnif edən qətnamələr qəbul edib. Avropa İnsan Hüquqları Məhkəməsi də 2010-cu ildə verdiyi qərarda bu hərəkətləri o qədər ciddi adlandırıb ki, onlar müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi təqdim edilə bilər”.

Daha sonra qeyd edilib ki, Azərbaycanın İsveç, Norveç, Finlandiya və Danimarkadakı səfiri Zaur Əhmədov çıxışında tarixi yaddaşın qorunmasının, beynəlxalq maarifləndirmə səylərinin davam etdirilməsinin, Azərbaycan ilə Ermənistan arasında davamlı və ədalətli sülhün bərqərar edilməsinin vacibliyini vurğulayıb. Məqalədə, həmçinin Leyla Əliyevanın təşəbbüsü ilə irəli sürülən və 1992-ci il hadisələri haqqında məlumat yaymaq məqsədi daşıyan “Xocalıya ədalət!” beynəlxalq kampaniyasından da bəhs edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Vəkillər Kollegiyasının rəhbərliyi Xocalı soyqırımı abidəsini ziyarət edib  

17:33
26 Fevral

Fövqəladə Hallar Nazirliyinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib

17:23
26 Fevral

Prezident İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib YENİLƏNİB-3

17:17
26 Fevral

Prezidentin Mətbuat Xidmətinin məlumatı

17:01
26 Fevral

Selçuk Karakılıç: Azərbaycan Ordusu 30 illik işğala son qoyaraq yeni reallıq yaratdı

16:46
26 Fevral

Gürcüstan-Azərbaycan-Türkiyə biznes-forumu keçirilib  

16:43
26 Fevral

Hesablama Palatasının kollektivi Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib

16:33
26 Fevral

Milli Məclis Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı beynəlxalq parlamentlərə müraciət edib

16:28
26 Fevral

Nazir: Orta Dəhlizin səmərəliliyinin artırılması Cənubi Qafqazın regional ticarətdə rolunu daha da artıracaq  

16:27
26 Fevral

İtaliyalı ekspert: Prezident İlham Əliyevin Vaşinqtona səfəri Xəzər regionunun yeni geosiyasi kursunu nümayiş etdirir  

16:26
26 Fevral

Türkiyəli professor: Xocalı soyqırımı mövzusunun işıqlandırılması kollektiv yaddaşın inkişafı baxımından çox əhəmiyyətlidir  

16:25
26 Fevral

Nazir: Türkiyə-Azərbaycan-Gürcüstan arasında süni intellekt sahəsində əməkdaşlığın artacağına inanırıq  

16:10
26 Fevral

Xocalı faciəsi qurbanlarının əziz xatirəsi ehtiramla yad olunub

16:09
26 Fevral

Finlandiyada Xocalı soyqırımı ilə bağlı kampaniya həyata keçirilir 

16:01
26 Fevral

Sloveniya paytaxtında Xocalı soyqırımı ilə bağlı aksiya təşkil olunub

15:48
26 Fevral

“Sabah” qəzeti: Xocalı ağrısı Türk dünyasının yaddaşında silinməz izlər buraxıb  

15:34
26 Fevral

Mədəniyyət Nazirliyinin kollektivi Xocalı faciəsi qurbanlarının xatirəsini yad edib  

15:32
26 Fevral

Rus politoloq: Xocalıda baş verənlər etnik mənsubiyyətə görə məqsədli məhvetmə aktıdır  

15:18
26 Fevral

Ombudsman Aparatının kollektivi “Ana harayı” abidəsini ziyarət edib

15:13
26 Fevral

AFFA İntizam Komitəsi “Kəpəz”in futbolçusunu cəzalandırıb

15:01
26 Fevral

Kvirikaşvili: Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumu dostluğumuzu daha da möhkəmləndirəcək  

14:52
26 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!