26 Fevral 2026 16:43
225
İQTİSADİYYAT
A- A+
Gürcüstan-Azərbaycan-Türkiyə biznes-forumu keçirilib  

Gürcüstan-Azərbaycan-Türkiyə biznes-forumu keçirilib  


Gürcüstanın Kaxeti regionunda ölkənin İqtisadiyyat və Davamlı İnkişaf, Azərbaycanın İqtisadiyyat, Türkiyənin Ticarət nazirliklərinin dəstəyi, Gürcüstanın Ticarət və Sənaye Palatası (GCCI), Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Türkiyənin Xarici İqtisadi Əlaqələr Qurumunun (DEİK) birgə təşkilatçılığı ilə Gürcüstan-Azərbaycan-Türkiyə biznes-forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə dövlət rəsmiləri ilə yanaşı, hər üç ölkədən sənaye, maliyyə, energetika, İKT, nəqliyyat, logistika, kənd təsərrüfatı, və digər sahələrdə fəaliyyət göstərən şirkət nümayəndələri iştirak ediblər.

İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana işgüzar səfər çərçivəsində Tbilisidə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib.

Forumun açılış mərasimində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili və Türkiyənin ticarət naziri Ömer Bolat çıxış ediblər.

Vurğulanıb ki, Gürcüstan-Azərbaycan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı regionda sabitliyin və dayanıqlı iqtisadi inkişafın möhkəmlənməsinə, enerji, nəqliyyat-logistika və ticarət əlaqələrinin genişlənməsinə mühüm töhfə verir. Qeyd olunub ki, bu işbirliyi formatı çərçivəsində reallaşdırılan layihələr regionun enerji mənzərəsini yenidən formalaşdırıb və Avropanın ənənəvi enerji mənbələrindən asılılığını azaldıb. Regional bağlantıların gücləndirilməsi üçün strateji imkanlar vurğulanıb. Enerji resurslarından effektiv istifadə, Orta Dəhlizin potensialının reallaşdırılması, rəqəmsal tranzit infrastrukturunun təkmilləşdirilməsi, ölkələrimizin ixrac imkanlarının artırılması və ticarət əlaqələrindəki dinamikanın davamlı dəstəklənməsinin önəmi diqqətə çatdırılıb. Bildirilib ki, təchizat zəncirlərinə investisiyaların cəlb edilməsi və işgüzar dairələr arasında sinerjinin təşviqi dayanıqlı iqtisadi ekosistemin formalaşdırılmasına xidmət edir.

Tədbirdə üç ölkə arasında iqtisadi inteqrasiyanın gücləndirilməsi və tərəfdaşlığın səmərəliliyinin daha da artırılması imkanları dəyərləndirilib, ikitərəfli ticarət münasibətləri barədə məlumat verilib.

Forum çərçivəsində “Biznes liderlərinin perspektivləri” mövzusunda panel müzakirəsi keçirilib. Müzakirələrdə ticarət və investisiya əlaqələrinin dərinləşdirilməsi, həmçinin yeni tərəfdaşlıqların qurulması imkanları haqqında fikir mübadiləsi aparılıb.

Forumda regional bağlantıların gücləndirilməsi üçün strateji imkanlar vurğulanıb və B2B görüşlər keçirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dövlət Komitəsində Xocalı faciəsinin qurbanları anılıb

19:11
26 Fevral

SOMDA-nın əməkdaşları Xocalı soyqırımı abidəsini ziyarət ediblər  

19:10
26 Fevral

Xankəndi, Ağdərə və Xocalıda soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib

18:58
26 Fevral

Müdafiə Sənayesi Nazirliyinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib  

18:49
26 Fevral

DTX-nin əməkdaşları Xocalı soyqırımı qurbanlarının xatirəsini anıb 

18:42
26 Fevral

Şuşada Xocalı faciəsi qurbanlarının xatirəsinə ehtiram 

18:41
26 Fevral

İqtisadi Şuranın iclası keçirilib

18:30
26 Fevral

Prezident İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib YENİLƏNİB-3

18:30
26 Fevral

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

18:19
26 Fevral

Xocalı soyqırımı qurbanları Əlcəzairdə də anılıb

18:12
26 Fevral

ETSN-in kollektivi Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib

18:10
26 Fevral

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib  

18:07
26 Fevral

BMT: 2025-ci ildə miqrasiya marşrutlarında təxminən 8 min nəfər ölüb

18:01
26 Fevral

Prezident: Bu gün Azərbaycan dövləti o qədər güclüdür ki, heç kimin ağlına bizə qarşı hər hansı bir təxribat törətmək gəlməsin  

17:56
26 Fevral

Prezident: Xocalı Soyqırımı Memorialı silinməz yaddaşımızın təcəssümü olacaq  

17:51
26 Fevral

Dövlət Sərhəd Xidmətində Xocalı soyqırımının qurbanları anılıb  

17:43
26 Fevral

Prezident İlham Əliyev: Memorial Kompleksin timsalında biz Azərbaycan xalqının əyilməz ruhunu görürük  

17:39
26 Fevral

Vəkillər Kollegiyasının rəhbərliyi Xocalı soyqırımı abidəsini ziyarət edib  

17:33
26 Fevral

Fövqəladə Hallar Nazirliyinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib

17:23
26 Fevral

Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub

17:03
26 Fevral

Prezidentin Mətbuat Xidmətinin məlumatı

17:01
26 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!