26 Fevral 2026 16:46
145
CƏMİYYƏT
A- A+
Selçuk Karakılıç: Azərbaycan Ordusu 30 illik işğala son qoyaraq yeni reallıq yaratdı

Selçuk Karakılıç: Azərbaycan Ordusu 30 illik işğala son qoyaraq yeni reallıq yaratdı


XX əsrin sonlarında Cənubi Qafqazda baş verən proseslər sıradan ərazi mübahisəsi deyildi. Bu, beynəlxalq hüququn selektiv tətbiqinin, böyük güclərin susqunluğunun və regional balansın pozulmasının nəticəsi idi. Azərbaycanın tarixi torpağı olan Qarabağın işğalı təkcə bir ölkənin suverenliyinə deyil, bütövlükdə post-sovet məkanında sərhədlərin toxunulmazlığı prinsipinə qarşı açıq meydan oxuma idi. Bu işğalın ən qanlı və insanlıq tarixində qara hərflərlə yazılan səhifəsi isə 1992-ci il fevralın 25-dən 26-a keçən gecə baş verən Xocalı soyqırımı oldu.

Bunu AZƏRTAC-a açıqlamasında Türkiyənin Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin sabiq rəhbəri Selçuk Karakılıç deyib.

O bildirib ki, Azərbaycan dövləti işğal dövründə diplomatik müstəvidə ardıcıl mübarizə aparıb, beynəlxalq hüquqa istinad edib və regional balansı dəyişdirəcək strateji hazırlıq həyata keçirib. Məhz bu mərhələdə Azərbaycanın xarici siyasəti reaktiv deyil, proaktiv xətt üzrə qurulub. Bakı artıq hadisələrə cavab verən deyil, prosesləri formalaşdıran aktora çevrilib.

“2020-ci ildə başlanan 44 günlük Vətən müharibəsi regional geosiyasəti dəyişdirdi. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 30 illik işğala son qoyaraq yeni reallıq yaratdı. Bu tarixi mərhələdə Türkiyənin mövqeyi xüsusi əhəmiyyət daşıdı. Türkiyənin siyasi, diplomatik və mənəvi dəstəyi bölgədə güc balansına ciddi təsir göstərdi. “Bir millət, iki dövlət” prinsipi real strateji əməkdaşlıq modelinə çevrildi. Türkiyənin dəstəyi təkcə hərbi müstəvidə deyil, beynəlxalq platformalarda Azərbaycanın haqlı mövqeyinin müdafiəsində də özünü göstərdi”, - deyə Selçuk Karakılıç deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan və Türkiyə strateji müttəfiqlik modelini yeni mərhələyə daşıyır. Qarabağın yenidən qurulması, regional əməkdaşlıq platformalarının yaradılması və sülh gündəliyinin formalaşdırılması gələcəyin əsas istiqamətləridir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dövlət Komitəsində Xocalı faciəsinin qurbanları anılıb

19:11
26 Fevral

SOMDA-nın əməkdaşları Xocalı soyqırımı abidəsini ziyarət ediblər  

19:10
26 Fevral

Xankəndi, Ağdərə və Xocalıda soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib

18:58
26 Fevral

Müdafiə Sənayesi Nazirliyinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib  

18:49
26 Fevral

DTX-nin əməkdaşları Xocalı soyqırımı qurbanlarının xatirəsini anıb 

18:42
26 Fevral

Şuşada Xocalı faciəsi qurbanlarının xatirəsinə ehtiram 

18:41
26 Fevral

İqtisadi Şuranın iclası keçirilib

18:30
26 Fevral

Prezident İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib YENİLƏNİB-3

18:30
26 Fevral

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

18:19
26 Fevral

Xocalı soyqırımı qurbanları Əlcəzairdə də anılıb

18:12
26 Fevral

ETSN-in kollektivi Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib

18:10
26 Fevral

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib  

18:07
26 Fevral

BMT: 2025-ci ildə miqrasiya marşrutlarında təxminən 8 min nəfər ölüb

18:01
26 Fevral

Prezident: Bu gün Azərbaycan dövləti o qədər güclüdür ki, heç kimin ağlına bizə qarşı hər hansı bir təxribat törətmək gəlməsin  

17:56
26 Fevral

Prezident: Xocalı Soyqırımı Memorialı silinməz yaddaşımızın təcəssümü olacaq  

17:51
26 Fevral

Dövlət Sərhəd Xidmətində Xocalı soyqırımının qurbanları anılıb  

17:43
26 Fevral

Prezident İlham Əliyev: Memorial Kompleksin timsalında biz Azərbaycan xalqının əyilməz ruhunu görürük  

17:39
26 Fevral

Vəkillər Kollegiyasının rəhbərliyi Xocalı soyqırımı abidəsini ziyarət edib  

17:33
26 Fevral

Fövqəladə Hallar Nazirliyinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib

17:23
26 Fevral

Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub

17:03
26 Fevral

Prezidentin Mətbuat Xidmətinin məlumatı

17:01
26 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!