13 May 2025 15:51
708
CƏMİYYƏT
A- A+
DİN: Bank əməkdaşı zəng edib, vətəndaşdan kartın məxfi şifrələrini istəmir

DİN: Bank əməkdaşı zəng edib, vətəndaşdan kartın məxfi şifrələrini istəmir

İnternet resurslarında vətəndaşların etibarından sui-istifadə etməklə onların şəxsi və bank kartı məlumatlarının, daha sonra isə maliyyə vəsaitlərinin ələ keçirilməsi halları polis əməkdaşları tərəfindən diqqət mərkəzində saxlanılır. İnternet məkanında müxtəlif cəlbedici vədlərlə maskalanan dələduzların üsul və vasitələri fərqli, niyyətləri isə eynidir: bank kartlarının talanması. Onlar özlərini müxtəlif adlarla təqdim edə bilərlər: özünü ailə üzvünüzün tanışı olduğuna inandırıb yaxın qohumlarınızın xəstə olduğunu, müalicəsinə təcili pul lazım olduğunu bildirə, bank əməkdaşı kimi “bankdandır, kartınıza müdaxilə var” deyə, müştəri adıyla satdığınız əşyaya görə beh ödəmək istəyə və ya digər üsullarla sizi öz əməllərinin qurbanına çevirə bilərlər. Naməlum xarici nömrələrdən gələn zənglər və ya göndərilən mesajlara inanan vətəndaşlar dəqiqləşdirmə aparmadan tanımadıqları şəxslərin istədikləri məbləğləri onlara göndərirlər və məlumatı dəqiqləşdirdikdən sonra aydın olur ki, kiberdələduzluqla üzləşiblər. Həmçinin müxtəlif qurumların domen adına bənzər fişinq məqsədlər üçün yaradılmış saxta saytlar da dələduzların növbəti tələsidir. Polis əməkdaşları tərəfindən belə hallarla üzləşən vətəndaşların hər bir müraciəti diqqətdə saxlanılmaqla araşdırma aparılır və zəruri tədbirlərin görülməsi təmin olunur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib.

Lumu İsrəfilli qeyd edib ki, DİN tərəfindən kiberdələduzluqla mübarizə istiqamətində maarifləndirmə, təbliğat-təşviqat işləri də həyata keçirilir. Onun sözlərinə görə, respublikanın şəhər və rayonlarında ərazi polis orqanları tərəfindən kibertalamalara qarşı mübarizə üsulları ilə bağlı mütəmadi görüşlər təşkil olunur: “Həmçinin əhalinin sıx olduğu məkanlarda, o cümlədən bankomat və ödəmə terminallarının ətrafında bu mövzuda məlumatverici lövhələr asılır, vətəndaşlarla profilaktik söhbətlər aparılır, üzləşə biləcəkləri kibertəhlükələrlə bağlı zəruri məlumatlar verilir.

Digər bir tərəfdən mütəmadi olaraq nazirliyin sosial media hesablarında maarifləndirici postlar paylaşılır və vətəndaşların həmin şəxslərə inanmamaları barədə çağırışlar edilir. Hər gün periodik olaraq vətəndaşların bank kartlarından talanan vəsaitlərin məbləği, tətbiq olunan üsul və vasitələri ictimaiyyətə açıqlanır.

Hər bir vətəndaş bilməlidir ki, kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır. Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabda olan pullar, yaxud pul yoxdursa, kredit formasında onlara zərər vurula bilər. Əgər qarşı tərəf bank əməkdaşı olduğunu iddia edirsə, yalnız kartın ilk və ya son 4 rəqəmini, sistemdə qeydiyyatda olan əlaqə nömrəsini və şəxsiyyət vəsiqəsinin FİN kodunu istəyə bilər. Heç bir halda bank əməkdaşı zəng edib, vətəndaşdan bank kartının məxfi şifrələrini istəmir, bunun üçün link, SMS, yaxud elektron məktub göndərmir. Bilməliyik ki, bank kartının tam nömrəsini, PİN, CVV, OTP kodlarını və digər şəxsi məlumatları istəyən, SMS göndərən şəxslər dələduzlardır.

Bir daha vətəndaşlara naməlum nömrələrdən gələn şübhəli zənglərə və mesajlara qarşı diqqətli olmağı, şişirdilmiş vədlərə və cəlbedici təkliflərə araşdırma aparmadan inanmamağı, tanımadıqları şəxslərə onlayn qaydada ödəniş etməməyi, şəxsi və bank kartı məlumatlarını heç kimlə bölüşməməyi tövsiyə edirik.

Belə hallarla rastlaşdıqda, həmçinin bu istiqamətdə onlarda şübhə yarandığı təqdirdə onların polisə məlumat vermələri xahiş olunur”, - deyə DİN əməkdaşı vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şarl Mişel: Bakı qlobal dialoq və əməkdaşlıq üçün mühüm platformaya çevrilib

18:27
12 Mart

XIII Qlobal Bakı Forumunun məqsədi problemlərin daha da dərinləşməsinin qarşısını almaqdır

18:25
12 Mart

ÜST-nin Baş direktoru: Dünyada uşaqların 80 faizindən çoxu ölümcül xəstəliklərə qarşı peyvənd olunur  

18:11
12 Mart

Seneqalın sabiq Prezidenti: Qlobal çağırışların həlli üçün çoxtərəfli əməkdaşlıq gücləndirilməlidir  

18:06
12 Mart

BƏT nümayəndələri AHİK ilə əməkdaşlığın mövcud səviyyəsini yüksək qiymətləndiriblər  

18:01
12 Mart

Sabiq Prezident: Dünya məqsədsiz prosesə ehtiyac görmür

17:58
12 Mart

YAP-ın 2025-ci il üzrə maliyyə hesabatı təsdiqlənib

17:53
12 Mart

İşğaldan azad olunmuş ərazilərdə əhaliyə göstərilən tibbi xidmətlər daha da təkmilləşdiriləcək  

17:51
12 Mart

Əsaslı təmirdən sonra yaşayış binaları hərbi qulluqçuların istifadəsinə verilib 

17:48
12 Mart

Sabiq Baş nazir: Konfransın yüksək səviyyədə təşkilinə görə Azərbaycanı və Prezident İlham Əliyevi təbrik edirəm  

17:43
12 Mart

Ələt Azad İqtisadi Zonası Çin istehsalçıları üçün cəlbedici mərkəzə çevrilir  

17:41
12 Mart

Binəli Yıldırım: Türkiyə-Azərbaycan həmrəyliyi bölgədə sülhün və sabitliyin ən güclü təminatlarından biridir  

17:37
12 Mart

Azərbaycan iqtisadiyyatı böyüyüb

17:31
12 Mart

Rebeka Qrinspan: Qlobal Bakı Forumu dünyada dialoq və çoxtərəfli əməkdaşlıq üçün mühüm platformadır

17:30
12 Mart

Azərbaycan ilə Serbiya ailə siyasəti və qadın hüquqları sahəsində əməkdaşlığı genişləndirə bilər

17:27
12 Mart

Hikmət Hacıyev: Bizim üçün “orta güc” anlayışı problemlərin həllinə yönələn yanaşma deməkdir  

17:23
12 Mart

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Latviyanın Rifah Nazirliyi arasında əməkdaşlıq üzrə Tədbirlər Planı imzalanıb  

17:21
12 Mart

Hörmüz boğazından daşımalar Yaxın Şərqdəki münaqişədən əvvəlki səviyyənin 10 faizindən də azdır  

17:19
12 Mart

İran səfiri: Azərbaycan hökumətinə və xalqına dərin minnətdarlığımı bildirirəm

17:16
12 Mart

İsmail Serageldin: Qlobal Bakı Forumu beynəlxalq sistemdə dialoq üçün mühüm platformadır

17:13
12 Mart

Prezidentin köməkçisi: Azərbaycan çoxtərəfliliyi dəstəkləyir

17:11
12 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!