02 Dekabr 2022 10:57
516
Təhsil
A- A+

DİM yoxlama materiallarının ekspertizası üçün mütəxəssisləri əməkdaşlığa dəvət edir

 

Dövlət İmtahan Mərkəzi (DİM) xarici dillər üzrə ümumi (9 illik) orta və tam (11 illik) orta təhsil səviyyələri üzrə yoxlama-ölçmə materiallarının hazırlanması və ekspertizası üçün xarici dil və Azərbaycan dili (dövlət dili kimi) üzrə mütəxəssisləri əməkdaşlığa dəvət edir.

DİM-dən AZƏRTAC-a bildirilib ki, maraqlanan şəxslər xarici dil üzrə fənn kurikulumunu bilməli, orta məktəb dərs vəsaitləri ilə dərindən tanış olmalı və dil biliyinin qiymətləndirilməsində istifadə olunan dillər üzrə ümum-Avropa çərçivə sənədindən (CEFR) xəbərdar olmalıdırlar.

Dil bacarığını göstərən beynəlxalq sertifikatın (IELTS, TOEFL, APTIS, Cambridge English Qualifications, Delf, Dalf, TesDaf, Telc Deutsch, Goethe-Institut, ТРКИ) olması arzuolunandır. Müraciət etmək istəyən mütəxəssislərin “CV” və müvafiq xarici dil üzrə sertifikatı [email protected]. ünvanına göndərmələri xahiş olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video