22 Aprel 2024 14:42
230
İQTİSADİYYAT
A- A+

“Dərinsulu Günəşli” platformasından indiyədək 18 milyard kubmetrdən çox qaz hasil edilib

 

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun “Dərinsulu Günəşli” platformasından indiyədək təqribən 638 milyon barel neft, 18,2 milyard kubmetr qaz hasil edilib.

SOCAR-dan AZƏRTAC-a bildirilib ki, ötən ilin sonunadək gündəlik hasilat orta hesabla 67 min 300 barel təşkil edib.

Qeyd edək ki, “Əsrin müqaviləsi” çərçivəsində AÇG yatağının işlənməsinin 3-cü fazası olan “Dərinsulu Günəşli” platforması 2008-ci il aprelin 22-də istismara verilib. “Dərinsulu Günəşli” kompleksi “Günəşli” yatağının şərqində, suyun dərinliyinin 175 metr olduğu ərazidə yerləşir. Hasil edilən məhsul bu kompleksi “Azəri” yatağında yerləşən əvvəlcədən quraşdırılmış sualtı boru kəmərləri şəbəkəsinə birləşdirən 30 düymlük iki neft kəməri və 28 düymlük tək qaz kəməri ilə qurudakı Səngəçal terminalına nəql edilir.

Bundan əlavə, AÇG layihəsinin qalan hissəsindən fərqli olaraq “Dərinsulu Günəşli” işlənməsində üç sualtı suvurma quyusu quraşdırılıb. “Bakı-Tbilisi-Ceyhan” əsas ixrac boru kəmərinə vurulan AÇG neftində “Dərinsulu Günəşli”nin böyük rolu var.

“Azəri-Çıraq-Günəşli” Xəzərin Azərbaycan sektorundakı ən iri neft yatağıdır. Ötən il AÇG yataqlar blokundan hasilat 133 milyon barel, yəni 18 milyon ton təşkil edib. AÇG-dən ümumi hasilat gündəlik orta hesabla 363 min barel olub. İl sonunda AÇG-də ümumilikdə 137 neft hasilat quyusu, 45 su injektor quyusu və 8 qaz injektor quyusu istismarda olub. Keçən il AÇG-də 8 neft hasilatı, 6 su injektoru və 1 qaz injektoru quyusu tamamlanıb.

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) AÇG yatağından cari ilin əvvəlindən aprelin 1-i tarixinə 1 milyard 447,8 milyon dollar gəlir əldə edib.

AÇG-də tərəfdaşların yeni iştirak payları bu nisbətdədir: BP - 30,37 faiz, “AzAÇG” (SOCAR) - 25 faiz, “MOL Group”- 9,57 faiz, “Inpex” - 9,31 faiz, “Equinor” - 7,27 faiz, “ExxonMobil” - 6,79 faiz, “TPAO” - 5,73 faiz, “Itochu” - 3,65 faiz və “ONGC Videsh Limited” (OVL) - 2,31 faiz.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video