Dəniz canlılarını mühafizə etmək lazımdır ki, nəsilləri kəsilməsin
XX əsrdə sənayenin sürətli inkişafı zəhərli maddələrin, tullantıların miqdarının kəskin artması dünya okeanında yaşayan canlılar üçün əsil fəlakətə çevrilmişdir. Atmosfer təbəqəsi ilə yanaşı, hidrosferin zəhərli tullantılarla çirklənməsi bəşəriyyəti narahat edən ən ciddi məsələlərdəndir. Belə bir vəziyyət dünya təşkilatlarını hərəkətə gətirib dəniz məməlilərini qorumaq, mühafizə etmək zərurətini gündəmə gətirdi. 1986-cı ildən hər il fevralın 19-u Ümumdünya Su Məməlilərinin Mühafizəsi günü kimi qeyd olunur.
Suda yaşayan canlılar aləmi ciddi təhlükə ilə qarşılaşmış, onların bir çoxunun nəsli kəsilmək üzrədir. Suda yaşayan məməlilər kimi balinalar, delfinlər və suitilər digər su canlılarına nisbətən azlıq təşkil edirlər. Onların nəslinin daha tez kəsilmək qorxusu vardır. Artıq su məməlisi olan Beyci çay delfinləri və Karib suitlərinin nəsli kəsildiyi ehtimal olunur. 1979-cu ilə qədər balinaların ovlanmasına heç bir qadağa yox idi. Lakin sonralar balinaların ovlanmasına qoyulan məhdudiyyət onların nəslinin kəsilməsinin qarşısını aldı. Bu gün iri balinaların ovlanması və balina ətinin ticarəti qanunla qadağandır. Problemin bir hissəsi həllini tapsa da, ortaya çıxan anormal hallar narahatedicidir. Ancaq 2010-2011-ci illərin qış aylarında planetdə heyvanların kütləvi müəmmalı ölümü qeydə alındı. 2010-cu ildə İngiltərənin sahillərində 25 min yengəc - qısa quyruqlu xərçəng özünü dənizdən ataraq öldü. Sonrakı il onların sayı 40 minə çatdı. Yeni Zelandiya sahillərində yüzlərlə balina sahilə atılaraq məhv oldu. Özlərini sahilə atıb öldürən balıqlar, balina və delfinlər dəniz sakinlərinin müəmmalı ölümü kimi dəyərləndirildi.
Xəzərdə belə hallar müşahidə olunmasa da, dəniz fauna və florasının zənginliyinə görə özünəməxsus unikallığı ilə fərqlənir. Bura nadir və qiymətli balıq növləri, yeganə məməli heyvan Xəzər suitisinin məskənidir. Xəzər suitisi dünya suitilərinin ən kiçik növü kimi "Qırmızı Siyahı"ya və "Ginnesin Rekordlar kitabı"na daxil edilib. Eyni zamanda "Qırmızı Kitab"a düşən kələmə, ilanbalığı, qızılxallı kimi balıq növlərinin də vətəni Xəzərdir. Dünyadakı nərə balıqlarının 85-90 faizinin yaşadığı Xəzər dənizi endemik növlərlə zəngin olan su hövzəsidir.
Lakin çirkab sularının okeanlara, dənizlərə axıdılması suda turşuluq dərəcəsini artırmaqla canlıların sürətlə azalmasına səbəb olur. Kimyəvi maddələr suyun və qruntun tərkibini dəyişdirir. Bu da öz növbəsində su flora və faunasına öldürücü təsir göstərir və orada olan canlıların məhvinə səbəb olur. Beş dövlətlə həmsərhəd olan Xəzərə axıdılan tullantıların, çirkab sularının miqdarını, dənizin faunasına hansı dövlətin daha çox ziyan vurmasını dəqiq hesablayan yoxdur. Aydın olanı isə odur ki, Xəzəryanı dövlətlərin içərisində ekoloji problemlərin həllinə Azərbaycan qədər də vəsait sərf edən ikinci dövlət yoxdur. Nəzərə alsaq ki, Xəzərə tökülən çayların bir qisminin mənbəyi qonşu ölkələrdən başlanır, onda zəhərli suyun xaricdən gəlmə ehtimalı da böyükdür. Son məlumatlara görə çaylar vasitəsi ilə Xəzər dənizinə ildə 75 mln. ton neft tullantıları axıdılır və bunun 95 faizi Volqa çayının payına düşür.
Qeyd edək ki, Xəzərlə həmsərhəd olan beş ölkədən Azərbaycan istər balıq ovu kvotasının mənimsənilməsi, istər su bioresurslarının artırılması, istərsə də dənizin ekologiyasının qorunmasında xüsusilə fərqlənir. Bu məsələ 2008-ci ildə Xəzəryanı ölkələrin - Azərbaycan, Qazaxıstan, İran, Rusiya, Türkmənistanın nümayəndəliklərinin də iştirak etdiyi Aşqabad şəhərindəki toplantısında geniş müzakirə olunmuşdur. Təkcə 2010-cu ildə Azərbaycan Prezidenti Xəzərin çirklənməsinin qarşısını almaq məqsədilə iki sərəncam imzalamışdır. Bu gün Azərbaycan BMT-nin Ətraf Mühit, Sənayenin İnkişafı proqramları, NATO, ATƏT, Qlobal Ekoloji Fond, Avropa İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Ümumdünya Vəhşi Təbiət Fondu kimi böyük təşkilatlarla əməkdaşlıq edir.
Ekosistemlərin və biomüxtəlifliyin təbii mühitinin qorunub saxlanması və ətraf mühitin mühafizəsi müasir dövrdə ən ciddi məsələlərdən bir kimi qiymətləndirilir. Hər il fevralın 19-da su canlılarının müdafiəsi məqsədi ilə təşkil olunan aksiyalar dünyanın əksər ölkələrində qeyd olunur. Bəşəriyyət dərk edir ki, okean və dənizlərdə canlı həyatın yox olması insanlar üçün də problem yaradacaq. Belə çıxır ki, biz dənizlərdəki canlı mühiti qorumaqla özümüzü də problemlərdən sığortalayırıq.
Elnur HADIYEV,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub
04 May
Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu gö...
04 May
Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib ...
04 May
Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib ...
04 May
AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb
04 May
DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib ...
04 May
Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə ...
04 May
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!