22 Aprel 2025 08:00
1316
SİYASƏT
A- A+
Dəmir iradənin qüdrəti

Dəmir iradənin qüdrəti


Ərazi bütövlüyündən suverenliyin tam təminatınadək gedən möhtəşəm yol


Tarixi Zəfərimizdən ötən 5 ilə yaxın müddətdə Azərbaycan tarixinə yazılan çox əlamətdar günlərin, hadisələrin sayı xeyli dərəcədə artıb. Həmin günlərdən biri də 2023-cü il aprelin 23-də Laçın rayonunda - Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsinin yaradılmasıdır. 

Şanlı Zəfərimizdən sonra nə qədər beynəlxalq basqılara, təzyiqlərə məruz qalmasına baxmayaraq, Müzəffər Ali Baş Komandan kimi İlham Əliyev bir daha iradə, cəsarət, öz gücünə əminlik nümayiş etdirərək bu addımı da atdı. Təzyiqlərin, hədə-qorxuların sayı çoxaldı, amma sözü imzası qədər keçərli olan, nəyi nə zaman edəcəyini hər kəsdən yaxşı bilən Qalib Sərkərdə sərhəd-buraxılış məntəqəsini yaratmaqla Azərbaycanın ərazi bütövlüyünü təmin etdi. 

Bütün baş verənləri, yaşanan hadisələri isə İlham Əliyev belə qiymətləndirdi: "Bu gün də müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində Ermənistan və onun arxasında dayanan onlara bənzər məxluqlar bizə qarşı müxtəlif fitnələr ortaya atırlar. Heç bir şey bizi yolumuzdan döndərə bilməz. 23 aprel bizim ərazi bütövlüyümüzün tam bərpası deməkdir. Sərhəd-buraxılış məntəqəsinin qurulması ərazi bütövlüyümüzün tam bərpası deməkdir və bunu biz beynəlxalq hüquq çərçivəsində etdik, biz öz ərazimizi qoruyuruq, öz sərhədlərimizi qoruyuruq və qoruyacağıq".

Bəs Azərbaycan dövləti nədən bu qədər təzyiqlər, hədə-qorxular fonunda sözügedən sərhəd-buraxılış məntəqəsini açdı? Beş il öncə baş verən proseslərə nəzər yetirsək, bunu açıq-aşkar aydın etmiş olarıq: qələbədən sonra Azərbaycan Ermənistana sülh müqaviləsi təklif edirdi. Üzdə, sözdə buna razılıq ifadə edən Hayastan rəhbərliyi isə yenə də əsl xislətindən əl çəkməyərək revanş üçün gizlicə hazırlıqlar görürdü. Yəni 2020-ci il tarixli üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq Ermənistan bu yoldan hərbi məqsədlər üçün istifadə edir, Azərbaycan ərazilərində qalan tör-töküntülərinə silah-sursat, hərbi vasitələr, canlı qüvvə göndərirdi. Eyni zamanda aprelin 22-də Ermənistan tərəfindən bu qanunsuz daşımaların daha rahat şəkildə həyata keçirilməsi üçün Azərbaycan ilə sərhəddə Laçın yolunun girişində nəzarət-buraxılış məntəqəsi qurdular. Buna adekvat olaraq aprelin 23-ü saat 12:00-da Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsi açıldı. Təbii ki, bu sərhəd-keçid məntəqəsinin qurulmasından ölkəmizə qarşı istifadə etmək istəyən, bunu qanunsuz hesab edən qüvvələr də az olmadı. Amma bu məntəqə ölkəmizin suveren hüquqları çərçivəsində atılmış legitim addım və beynəlxalq hüquq normalarına tam uyğun idi. 

Ötən ilin bu günləri Azərbaycanın Laçın rayonunda Ermənistanla sərhəddə buraxılış məntəqəsi açması Qarabağda qalan qanunsuz erməni silahlı birləşmələrinin silahla təchizatını məhdudlaşdırmağa başladı. İndi həmin tarixi günü bütün Azərbaycan xalqı qeyd edir. Çünki bu tarixi nailiyyət 44 günlük Vətən müharibəsində qazandığımız böyük qələbənin nəticəsi, qətiyyətin və dəmir iradənin təntənəsi idi. 

Prezident İlham Əliyevin tapşırığı ilə yaradılan bu sərhəd-keçid məntəqəsi Ermənistanı və onun havadarlarını ciddi narahat etməyə bilməzdi. Bu səbədən də yenə dünyaya car çəkib bəyan edirdilər ki, guya Azərbaycan bu məntəqəni yaratmaqla Qarabağın erməni əhalisinə qarşı "humanitar blokada" tətbiq edib. Ancaq bütün cəhdləri puç oldu. Azərbaycan bir addım da geri çəkilmədi. Çünki bu, Azərbaycanın dövlət təhlükəsizliyinin təmin olunması istiqamətində atılmış zəruri addım idi. Dövlət sərhədində buraxılış məntəqəsinin fəaliyyətə başlaması nəticəsində isə Xocalıda və işğal altında olmuş digər ərazilərdə cinayət törətmiş bəzi terrorçuların saxlanılaraq istintaqa təhvil verilməsi təmin edildi.

Sərhəd-keçid məntəqəsinin yaradılması Qarabağdakı separatçılar üçün nəfəsliyin bağlanması, Ermənistanın onları qanunsuz silahlandırmasının qarşısının alınması demək idi. Bu səbəbdən də təkcə "böyük Ermənistan" xülyası ilə yaşayanlar deyil, onlardan geosiyasi alət kimi faydalanan və faydalanmaq istəyən bütün güclər onun bağlanması üçün səylərini səfərbər etdilər. Amma bacarmadılar. Burada təbii ki, lider faktoru çox mühüm, hətta həlledici rol oynadı. Prezident İlham Əliyev bir daha göstərdi ki, Qarabağı "dəmir yumruq"la necə düşməndən təmizlədisə, ondan sonrakı bütün proseslərdə də dəmir iradəsi ilə qətiyyət nümayiş etdirir. 

Bu hadisələrdən sonra Qarabağdakı sabiq separatçı rejimin tör-töküntüləri təxribatlara başladılar. Sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törətdi. Erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları şəhid oldular və yaralandılar. Bununla yanaşı, ordumuzun bölmələri minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutuldu. Nəticədə Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralandı. Həmin gün Azərbaycanın Qarabağ bölgəsində qanunsuz yerləşdirilmiş erməni silahlı qüvvələrinin növbəti terror aktı nəticəsində Ağdam və Şuşa şəhərlərində iki mülki əməkdaş həlak oldu. 

Qanunsuz erməni silahlı birləşmələrinin döyüş mövqelərini gücləndirməsi və bölmələrini yüksək döyüş hazırlığı səviyyəsinə gətirməsi Azərbaycan Ordusunun bölmələri tərəfindən təsbit edildi. Bütün bu təxribatların qarşısının alınması, üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olundu və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırıldı. 

Antiterror tədbirləri ilə Azərbaycan tarixinin ən qüdrətli sərkərdəsi kimi İlham Əliyev xalqına verdiyi vədi gerçəkləşdirib 200 illik münaqişəyə, 30 illik müharibəyə yekun vurdu və Qarabağdakı separatizmi birdəfəlik məhv etdi. Prezidentin də söylədiyi kimi, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı imkan verdi ki, Azərbaycan nəinki beynəlxalq hüququ və öz milli qürurunu bərpa etdi, həmçinin  bütün dünyaya ədalətsizliyin əbədi davam edə bilməyəcəyini nümayiş etdirdi. 


Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə uşaq evini ziyarət ediblər  

17:15
07 Dekabr

XIII Qlobal Bakı Forumuna hazırlıq məqsədilə Çində toplantı keçirilib  

17:12
07 Dekabr

Premyer Liqa: “Şamaxı” səfərdə qalib gəlib  

16:26
07 Dekabr

AFFA rəhbərliyi cənub bölgəsində futbol infrastrukturunun vəziyyəti ilə tanış olub  

16:10
07 Dekabr

HƏMAS tərksilah olmaq üçün şərtini açıqlayıb  

15:48
07 Dekabr

Türkiyəli professor: Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülhün davamlı olması üçün zəruri şərtdir  

14:08
07 Dekabr

Sabah Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir  

14:05
07 Dekabr

Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib 

13:50
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər  

13:16
07 Dekabr

Ukrayna ordusu Dnepropetrovsk vilayətinin kəndini azad edib  

11:47
07 Dekabr

Qırğızıstan nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib  

11:33
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

Timişoarada Azərbaycan Rumıniya münasibətləri barədə müzakirə aparılıb  

20:20
06 Dekabr

Almaniya Kansleri İordaniya və İsrailə səfər edib  

19:51
06 Dekabr

Misli Premyer Liqasında XIV tura start verilib  

19:21
06 Dekabr

Cənubi Afrikada bir otelə basqın nəticəsində 11 nəfər qətlə yetirilib  

17:53
06 Dekabr

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib YENİLƏNİB  

17:48
06 Dekabr

 Xalq artisti Qədir Rüstəmovun anadan olmasının 90 illiyi qeyd edilib

17:41
06 Dekabr

Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

16:59
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!