23 Aprel 2024 22:32
355
Mədəniyyət
A- A+

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

 

Bu gün Azərbaycanın tanınmış rəssamı Aida Mahmudovanın əsərləri İstanbulda “Vision Art Platform”da sərgilənir. Onun bu gözəl sərgisinə ev sahibliyi etdiyimiz üçün özümüzü çox xoşbəxt hiss edirik.

Bu fikirləri tanınmış azərbaycanlı rəssam, “YARAT” Müasir İncəsənət Məkanının təsisçisi Aida Mahmudovanın İstanbulda açılan fərdi sərgisi ilə bağlı AZƏRTAC-a müsahibəsində “Vogue” jurnalının Türkiyə üzrə təmsilçiliyinin baş redaktoru Debora Zakuto söyləyib.

Əsərlərdən olduqca təsirləndiyini dilə gətirən Debora Zakuto deyib: “Rəssamın bir çox əsərini xaricdə açılan sərgilərdə də görmək şansım olmuşdu. Açığı Aida Mahmudovanın əsərlərində təbii materiallardan istifadəsinə heyran qaldım. Sənətkar təbii, ilham verən daşları çox gözəl bir şəkildə 3D formatda istifadə edib. Bununla da Aida Mahmudova yaratdığı əsərlərini kətan üzərində boya ilə çəkilmiş rəsmdən çox heykələ çevirib. Əsərlərdə ən çox diqqətimi çəkən qaranlıqdan işıqlığa keçidlərdir. Fikrimcə bu ahəng sənətkarın təbiətə olan sonsuz sevgisi və təbiətin onun həyatındakı rolunu göstərir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video