22 Aprel 2024 22:26
745
PARLAMENT
A- A+

David Sonqulaşvili: Xalqlarımızın tarixi ənənələrə söykənən əlaqələri bu gün də dinamik inkişaf edir

 

Aprelin 22-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri Gürcüstan parlamentinin Sahə iqtisadiyyatı və iqtisadi siyasət komitəsinin sədri David Sonqulaşvilinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Azərbaycan ilə Gürcüstanın dərin tarixi köklərə malik qonşu və dost ölkələr olduğunu deyib. O, əlaqələrimizin möhkəmlənməsində dövlət başçılarının rolunu xüsusi qeyd edərək, xalqlarımız arasında mehriban münasibətlərin inkişaf etdiyini söyləyib.

Hazırda regionda yeni reallıqların yarandığını vurğulayan komitə sədri Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin öz əzəli torpaqlarını işğaldan azad etdiyini, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu diqqətə çatdırıb. Bildirilib ki, bu gün bölgədə sülhün və sabitliyin təmin olunması üçün Azərbaycan dövləti mühüm addımlar atır, o cümlədən Ermənistanla sülh müqaviləsinin bağlanması üçün səylərini əsirgəmir. Sülhün əsas prinsiplərinin bir-birinin suverenliyinin, ərazi bütövlüyünün qarşılıqlı tanınması, ərazi iddialarının olmaması, nəqliyyat və kommunikasiyaların açılması üçün şərait yaradılmasının olduğu qeyd edilib.

Gürcüstan parlamentinin Sahə iqtisadiyyatı və iqtisadi siyasət komitəsinin sədri David Sonqulaşvili iki ölkə arasında dostluq, qardaşlıq münasibətlərinin mövcudluğunu, belə görüşlərin əlaqələrin möhkəmləndirilməsi baxımından vacibliyini qeyd edib. O, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi və son prezident seçkilərinin ölkənin bütün ərazisində keçirilməsi münasibətilə təbriklərini çatdırıb. Dövlətlərimiz və xalqlarımız arasında tarixi ənənələrə söykənən sarsılmaz əlaqələrin bu gün də dinamik inkişaf etdiyini deyib. Regionda davamlı təhlükəsizliyin təmin edilməsi üçün səmərəli münasibətlərin inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb.

Gürcüstan parlamenti nümayəndə heyətinin üzvləri Gela Samxarauli, Bezhan Tsakadze, Qoça Enukidze çıxış edərək, ölkələrarası və parlamentlər səviyyəsində əlaqələrin möhkəmlənməsi, iqtisadi, ticari sahələrdə əməkdaşlığın inkişafı ilə bağlı fikirlərini açıqlayıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video