23 Yanvar 2024 19:18
2859
PARLAMENT
A- A+
Daha üç qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub

Daha üç qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub

 

Yanvarın 23-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin 2024-cü ilin yaz sessiyasında ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası açan komitə sədri Hicran Hüseynova ötən il baş verən və bu il bizi gözləyən əlamətdar hadisələr barədə fikirlərini bölüşüb. 2023-cü ilin xalqımızın həyatında unudulmaz hadisələrlə əlamətdar olduğunu xatırladan komitə sədri bu gün Azərbaycanın geosiyasi proseslərə nüfuz edən bir ölkəyə çevrildiyini vurğulayıb. O, Azərbaycanın uğurlarını, xüsusilə də ərazi bütövlüyünü və suverenliyini təmin etməsini bir çox ölkələrin həzm edə bilmədiklərini xatırladaraq, qarşıdan gələn prezident seçkilərində qədirbilən xalqımızın fəal iştirakına əminliyini vurğulayıb.

Sonra komitə sədri iclasın gündəliyinə 5 məsələnin - 2023-cü ilin payız sessiyası dövründə komitədə görülən işlər barədə hesabatın, 2024-cü ilin yaz sessiyası üçün komitənin iş planının layihəsi və bəzi qanunlara dəyişikliklərin edilməsi ilə bağlı qanun layihələri daxil edildiyini bildirib.

H.Hüseynova əvvəlcə 2023-cü ilin payız sessiyası ərzində komitədə görülən işlər barədə hesabatı təqdim edib. Bildirib ki, hesabat dövründə komitənin 9 iclası keçirilib, 11 məsələyə baxılıb. Bununla yanaşı, sessiya ərzində komitədə aktual mövzulara həsr olunmuş 2 ictimai dinləmə keçirilib.

Komitənin 2024-cü ilin yaz sessiyası üçün iş planı ilə bağlı qeyd olunub ki, layihədə cari ilin yaz sessiyasında qanunvericilik təşəbbüsü qaydasında təqdim edilmiş qanun layihələrinə baxılması və komitənin fəaliyyət sahəsinə aid digər məsələlərə dair tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Gündəliyin 3-cü məsələsi olan Mülki Prosessual Məcəllədə, Ailə Məcəlləsində və "Məişət zorakılığının qarşısının alınması haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) barədə bildirilib ki, sənəd uşaq hüquqlarının müdafiəsinin dövlət təminatı istiqamətində qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Dəyişikliklərdə valideynlərin valideynlik hüquqlarının məhdudlaşdırılması və valideynlik hüquqlarından məhrum edilməsi barədə iddia qaldırmaq hüququ olan şəxslər sırasına prokurorluq orqanlarının da əlavə edilməsi nəzərdə tutulub.

Dördüncü məsələ olan "Məişət zorakılığının qarşısının alınması haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) barədə məlumat verən komitə sədri təklif olunan dəyişikliklərin heç bir halda milli-mənəvi və ailə dəyərlərinə mənfi təsir göstərmədiyini, əksinə, sənədin ailə institutunun möhkəmləndirilməsinə, ailədaxili münasibətlərin daha yaxşı tənzimlənməsinə, vətəndaşın konstitusion hüquqlarının müdafiəsinə xidmət etdiyini vurğulayıb.

Beşinci məsələ - Mülki Prosessual Məcəllədə, Cinayət-Prosessual Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" və "Təhsil haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı diqqətə çatdırılıb ki, sənəd məişət zorakılığının qarşısının alınması sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, məişət zorakılığından zərər çəkmiş şəxslərin hüquqlarının daha səmərəli təmin edilməsi məqsədilə hazırlanıb.

Gündəlikdəki məsələlərin müzakirəsində Ailə, qadın və uşaq məsələləri komitəsi sədrinin müavini Jalə Əliyeva, komitə üzvləri Sədaqət Vəliyeva, Tamam Cəfərova, Pərvin Kərimzadə, Rauf Əliyev, Könül Nurullayeva çıxış edərək fikirlərini bildirib, rəy və təkliflərini səsləndiriblər.

Müzakirələrin sonunda komitənin ötən sessiya dövründə fəaliyyəti nəzərə alınıb, qarşıdakı sessiya üçün iş planının layihəsi təsdiqlənib, müzakirə olunan qanun layihələri baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanlı alpinist 9-cu yüksək zirvəni fəth edib

23:02
19 Aprel

Zelenski: Kiyevdə terror aktından sonra polis orqanlarında kadr islahatları aparılacaq

22:09
19 Aprel

Vens İranla İslamabadda keçiriləcək növbəti danışıqlarda iştirak edəcək

19:28
19 Aprel

Tramp: İranla razılaşma əldə etmək prosesi çox sürətlə getməlidir  

19:08
19 Aprel

Antalya Diplomatiya Forumu başa çatıb

17:28
19 Aprel

Prezidentin Mətbuat Xidmətinin məlumatı

16:07
19 Aprel

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib

15:14
19 Aprel

DİM: Bu gün keçirilən imtahanların nəticələri 6 həftədən sonra elan ediləcək  

14:48
19 Aprel

Aktoti Raimkulova: Azərbaycan regionda balanslı və sülhpərvər siyasəti ilə seçilir

14:23
19 Aprel

Antalyada Bakı Türkoloji Qurultayının türk kimliyinə təsirləri barədə danışılıb 

14:13
19 Aprel

Baş Qərargah: Ukrayna “Neptun” raketi ilə Rusiyanın hərbi zavodunu vurub

13:51
19 Aprel

Türk Dil Qurumunun sədri: Əlifba birliyi ortaq dəyərlərimizi daha aydın və hiss olunan səviyyəyə yüksəldəcək  

13:29
19 Aprel

Ramil Həsən: Biz müxtəlif millətlərin planlarının bir hissəsi deyilik, biz eyni millətin övladlarıyıq, türkük  

13:19
19 Aprel

Sultan Raev: Dünya Türk Dilləri Ailəsi Gününün təsis olunması türk irsinin qlobal səviyyədə tanınmasını gücləndirir  

12:59
19 Aprel

Sabaha olan hava proqnozu açıqlanıb

12:39
19 Aprel

Aktoti Raimkulova: Bu gün həyata keçirdiyimiz bir çox təşəbbüs bir əsr əvvəl dövrün ziyalıları tərəfindən irəli sürülən ideyalara əsaslanır  

12:16
19 Aprel

Şahin Mustafayev: Bakı Türkologiya Qurultayında Türk dünyasının gələcəyi baxımından mühüm qərarlar qəbul edilib  

11:47
19 Aprel

TDT-nin Baş katibi: Bakı Türkologiya Qurultayı Türk dünyasının inteqrasiyasının təməlini qoyan tarixi bir mərhələ idi  

11:38
19 Aprel

“Shandian” adlı robot Pekin robot-insan yarımarafonunun qalibi olub

10:57
19 Aprel

Azərbaycan ilə Meksika arasında diaspor fəaliyyətinə dair memorandum imzalanıb  

10:56
19 Aprel

Nazir Ceyhun Bayramov Tailanda işgüzar səfərə yola düşüb

10:55
19 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!