17 İyun 2026 08:40
213
CƏMİYYƏT
A- A+
Daha funksional, daha çevik, daha səmərəli

Daha funksional, daha çevik, daha səmərəli


Ölkədə MEDİA və Audiovizual Şuranın bazasında yeni qurum yaradılması təklif olunur


Dünən Milli Məclisin İnsan hüquqları komitəsində "Dövlət qulluğu haqqında" və "Media haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) müzakirə olunub. Layihəyə əsasən, Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurasının yaradılması təklif olunur. 

Yeni yaradılacaq şura Azərbaycanda media və yayım sahəsinin tənzimlənməsi, inkişafı və nəzarəti üzrə səlahiyyətli vahid dövlət orqanı kimi fəaliyyət göstərəcək. Bu istiqamətdə aparılan müzakirələr göstərir ki, informasiya mühitinin sürətlə dəyişməsi, rəqəmsal platformaların genişlənməsi və media sahəsində sərhədlərin getdikcə aradan qalxması Azərbaycanda media idarəçiliyinə yeni yanaşmanın formalaşdırılmasını zəruri edir. Bu baxımdan təklif olunan dəyişikliklər vahid və çevik idarəetmə mexanizminin yaradılmasına, eləcə də informasiya məkanında daha sistemli tənzimləmənin təmin olunmasına hədəflənib. Yeni qurum ölkədə media mühitinin daha sistemli şəkildə idarə olunmasını təmin etmək məqsədi daşıyır. Əvvəl mövcud olan Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın ayrı-ayrılıqda yerinə yetirdiyi bir sıra funksiyalar bundan sonra Media və Yayım Şurasının səlahiyyətlərinə daxil ediləcək və bu istiqamətdə bütün əsas tənzimləyici mexanizmlər vahid strukturda cəmləşdiriləcək. Eyni zamanda şuraya əlavə hüquq və vəzifələrin verilməsi onun fəaliyyət dairəsini daha da genişləndirəcək və müasir media mühitinin tələblərinə uyğunlaşdıracaq. Bu çərçivədə Media və Yayım Şurası media subyektlərinin iqtisadi dayanıqlığının gücləndirilməsi, dövlət qurumları ilə media arasında əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı etimad mühitinin formalaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirəcək. Bununla yanaşı, jurnalistlərin peşəkarlığının artırılması, media mütəxəssislərinin hazırlanması və onların davamlı təhsilinin təşkili məqsədilə müxtəlif təlimlər, seminarlar və müsabiqələr təşkil olunacaq.

Qurum həmçinin ictimai əhəmiyyət daşıyan mövzuların işıqlandırılması, maarifləndirici proqramların hazırlanması və onların mediada yayımlanmasının təşkili sahəsində  dövlət sifarişi əsasında fəaliyyət göstərəcək. Audiovizual məhsulların istehsalı və yayımı üzrə dövlət sifarişlərinin verilməsi, bu istiqamətdə müsabiqələrin keçirilməsi də şuranın səlahiyyətlərinə daxil ediləcək. Bunlardan əlavə, media mühitində obyektivliyin və peşə etikası prinsiplərinin qorunması, informasiya təhlükəsizliyinin təmin edilməsi, eləcə də dezinformasiyanın qarşısının alınması və onun təsirlərinin minimuma endirilməsi istiqamətində kompleks tədbirlər görülməsi yeni qurumun əsas prioritetlərindən olacaq. Media sahəsində rəqəmsal məzmunun təhlili, ictimai rəyin öyrənilməsi, sosioloji sorğuların keçirilməsi və media subyektlərinin fəaliyyətinin analitik qiymətləndirilməsi də şuranın fəaliyyət istiqamətlərinə daxil ediləcək. Bu yanaşma dövlət və cəmiyyət arasında informasiya mübadiləsinin daha səmərəli qurulmasına xidmət edəcək.

Şura həmçinin Media Reyestrinin formalaşdırılması və idarə olunması, jurnalist vəsiqələrinin və media subyektlərinə şəhadətnamələrin verilməsi kimi mühüm inzibati funksiyaları da yerinə yetirəcək. Paralel olaraq, sahə üzrə müsabiqələrin təşkili, xüsusi nəşrlərin buraxılması, beynəlxalq tədbirlərdə iştirak və dövlət satınalmalarının həyata keçirilməsi kimi geniş səlahiyyətlərin də yeni quruma həvalə olunacağı nəzərdə tutulur.

Media və Yayım Şurasının yaradılması ölkədə informasiya mühitinin daha çevik, şəffaf və müasir idarəetmə prinsiplərinə uyğun şəkildə tənzimlənməsinə xidmət edən mühüm institusional islahat kimi çıxış edir. Bu yanaşma media sahəsində mövcud idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, müxtəlif istiqamətlər üzrə pərakəndə şəkildə həyata keçirilən funksiyaların vahid və sistemli çərçivəyə salınması baxımından xüsusi əhəmiyyət daşıyır. Yeni model informasiya axınının daha səmərəli idarə olunmasına, media subyektləri arasında sağlam rəqabət mühitinin formalaşdırılmasına və peşə standartlarının yüksəldilməsinə şərait yaradacaq. Üstəlik dövlət və cəmiyyət arasında informasiya körpüsünün daha dayanıqlı və etibarlı əsaslar üzərində qurulmasını, ictimai rəyin formalaşmasında obyektivlik və balans prinsiplərinin gücləndirilməsini hədəfə alır.

Qeyd edək ki, bu islahatların milli informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi baxımından strateji əhəmiyyəti var. Müasir dövrdə dezinformasiya, manipulyativ məlumat axınları və rəqəmsal platformalarda sürətlə yayılan qeyri-dəqiq informasiya riskləri nəzərə alınaraq vahid koordinasiya mexanizminin yaradılması dövlətin informasiya mühitinə operativ və çevik müdaxilə imkanlarını genişləndirir ki, bu da informasiya təhlükəsizliyinin daha effektiv qorunması deməkdir. 

Media və Yayım Şurasının fəaliyyəti yerli medianın iqtisadi dayanıqlığının gücləndirilməsi və onun rəqabət qabiliyyətinin artırılması üçün yeni imkanlar açacaq. Eləcə də media subyektləri institusional dəstək mexanizmləri ilə əhatə olunaraq əsaslı maliyyələşdirmə və dövlət sifarişləri vasitəsilə media bazarının inkişafı stimullaşdırılacaq. Bu da öz növbəsində medianın daha müstəqil və peşəkar fəaliyyət göstərməsinə şərait yaradacaq.

Bu gün milli informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi və medianın iqtisadi baxımdan daha dayanıqlı və müstəqil fəaliyyət göstərməsi zərurəti yeni idarəetmə yanaşmalarını aktuallaşdırır. Bu kontekstdə çap, onlayn və audiovizual media arasında sərhədlərin getdikcə aradan qalxması informasiya sisteminə vahid və çevik yanaşmanın tətbiqini labüd edir. Ona gödə də  "Media haqqında" qanuna təklif edilən bu dəyişikliklər ölkənin informasiya məkanının təhlükəsizliyinin təmin olunmasına, yerli medianın inkişafının stimullaşdırılmasına və müasir tələblərə uyğun daha çevik idarəetmə modelinin formalaşmasına şərait yaradacaq.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sabah ölkə ərazisində havanın temperaturu 36 dərəcəyə yüksələcək

12:51
17 İyun

Malayziya Mərkəzi Bankı: İslam maliyyəsinin uzunmüddətli iqtisadi inkişafın təmin olunmasına xidmət etməsini hədəfləyirik  

12:38
17 İyun

BƏƏ səhralaşmaya qarşı mübarizəni gücləndirir

12:16
17 İyun

Xəzər dənizində zəlzələ qeydə alınıb

12:09
17 İyun

“Politico”: ABŞ Hörmüz boğazından keçid üçün rüsum tətbiq edə bilər

12:03
17 İyun

Azərbaycan ilə Çad arasında iqtisadi əlaqələrin mövcud vəziyyəti və gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib  

11:58
17 İyun

İran xam neft ixracına başlayıb

11:49
17 İyun

Daşkənd Forumunda Azərbaycanın yaşıl enerji və investisiya potensialı təqdim olunub

11:43
17 İyun

Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası ilə Azərbaycan arasında 295 milyon dollarlıq sazişlər imzalanıb  

11:40
17 İyun

Bu ilin beş ayında müavinət alanların sayı açıqlanıb

11:37
17 İyun

Osama Fqeeha: Son onilliklərdə quraqlıqların tezliyi və intensivliyi artıb

11:36
17 İyun

Baş icraçı direktor: Biz Azərbaycanda İslam maliyyəsinin inkişafının şahidiyik

11:35
17 İyun

Bu ilin beş ayında sığortaedənlərin sayı açıqlanıb

11:21
17 İyun

Sami Əl-Suvaylem: Hazırda qlobal İslam maliyyə sənayesinin dəyəri təxminən 4 trilyon dollardır  

11:16
17 İyun

Səhiyyə Nazirliyi Tibb İşçilərinin Peşə Bayramı Gününü qeyd edib

11:07
17 İyun

İİB rəsmisi: Quraqlığa qarşı mübarizə üçün beynəlxalq əməkdaşlıq gücləndirilməlidir

11:07
17 İyun

DİN: Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

11:01
17 İyun

“Sabah”ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşir

10:57
17 İyun

İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində 4,7 milyard dollar dəyərində müqavilələr imzalanacaq  

10:48
17 İyun

Baş nazir Əli Əsədov Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub

10:41
17 İyun

Dünya çempionatı: Avstriya millisi İordaniyanı məğlub edib

10:39
17 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!