07 May 2024 14:05
257
Elm və texnika
A- A+

Daha çox enerji saxlayan “su batareyası” istehsal edilib

 

Çin alimləri litium hüceyrələrindən daha çox enerji saxlaya bilən “su batareyası” hazırlayıblar. Yeni su əsaslı batareyalar ənənəvi akkumulyatorlardan iki dəfə çox enerji saxlayacaq.
Tədqiqatçıların fikrincə, bu yeni akkumulyator növü elektrik avtomobillərində istifadə oluna bilər və həmçinin çox tez alışan litium batareyalardan daha az təhlükəlidir. “Nature Energy” nəşrində dərc olunan araşdırmaya görə, yod və brom əsaslı su əsaslı akkumulyator, ənənəvi litium batareyaların 700Wh/L ilə müqayisədə litr başına 1200 vatt-saat (Wh/L) enerji sıxlığına malikdir.
Araşdırmaçılar bildirirlər ki, onların yeni həll üsulu yüksək enerji sıxlığı və təhlükəsiz təkrar doldurulan su əsaslı batareyaların yeni nəslinin inkişafı üçün perspektivli potensial yol göstərir. Bu gün avtomobillərdən tutmuş smartfonlara qədər geniş çeşiddə məhsullarda istifadə edilən litium batareyalara yüksək enerji sıxlığına malik olduğunu üçün daha çox üstünlük verilir. Bununla belə, ənənəvi litium batareyaları doldurmağa və boşaltmağa imkan verən bir komponent olan elektrolit yüksək alovlanma qabiliyyəti ilə risk faktoru olmağa davam edir. Su əsaslı elektrolitdən ibarət batareyalar isə eyni təhlükəsizlik risklərini daşımır.
Tədqiqatçılar qeyd edirlər ki, 200Wh/L-dən aşağı olan mövcud su əsaslı batareyalar litium batareyaları ilə müqayisədə daha az enerji sıxlığına malikdir. Enerji sıxlığı problemlərini aradan qaldırmaq üçün tədqiqatçılar brom və yoda əsaslanan elektrolit hazırladılar. Bu elektrolit kadmium əsaslı anodlu akkumulyatora quraşdırıldıqda, batareyanın 300-dən çox doldurma və boşalma dövrü üçün 78 faiz enerji səmərəliliyi ilə davamlı olaraq işlədiyi aşkar edildi. Tədqiqatçılar elektrolitlərini vanadium anod ilə sınaqdan keçirən zaman, batareyaların ömrünün 1000 dövrə qədər uzadıla bilinəcəyini kəşf etdilər.
Alimlər müəyyən edirlər ki, onların batareyasının enerji sıxlığı hətta bəzi bərk elektrod materiallarının enerji sıxlığını üstələyir və qiymət baxımından ənənəvi litium batareyaları ilə oxşar ola biləcəyini də ortaya qoyur. Bununla başqa, alimlər bu batareyaların şəbəkə miqyaslı enerji anbarında və hətta elektrikli nəqliyyat vasitələrində istifadə edilə biləcəyini qeyd edirlər.

Ülkər XASPOLADOVA,
“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video