08 Noyabr 2024 11:29
523
COP29
A- A+
COP29 ərəfəsində Kişineuda agacəkmə aksiyası təşkil olunub  

COP29 ərəfəsində Kişineuda agacəkmə aksiyası təşkil olunub  

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində və 2024-cü ildə Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Moldovanın paytaxtı Kişineuda ağacəkmə aksiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Moldovadakı səfirliyi, Kişineu şəhər Meriyası, BMT-nin Moldovadakı Rezident Əlaqələndiricisinin Ofisi və Moldova Azərbaycanlıları Konqresinin birgə təşəbbüsü, təşkilatçılığı ilə keçirilən ağacəkmə aksiyasında Kişineunun vitse-meri İrina Qutnik, Moldova Respublikası parlamentinin deputatı Vitali Jakot, BMT-nin Moldovadakı Rezident Əlaqələndiricisi Miloş Popoviç, diaspor nümayəndələri, ictimai fəallar iştirak ediblər.

Kişineunun Bukuriya küçəsindəki parkda dekorativ bənövşəyi alma ağaclarından ibarət xiyaban salındıqdan sonra çıxış edən Azərbaycanın Moldovadakı səfiri Ülvi Baxşəliyev bildirib ki, COP29 iqlim dəyişikliyinə qarşı mübarizəyə öz töhfəsini verəcək.

“Bu gün Kişineuda həyata keçirilən bu aksiya da yaşıl həmrəyliyin bariz nümunəsidir. Azərbaycan dövləti iqlim dəyişiklikləri və onun mənfi təsirləri ilə mübarizəyə xüsusi önəm verir və bu istiqamətdə layihələri gerçəkləşdirir”, - deyə səfir əlavə edib.

Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov isə çıxışında bildirib ki, bu aksiyalar dünya birliyinin diqqətini ekologiyaya cəlb etmək baxımından önəmlidir. Moldovada Azərbaycan diasporu həmişə yaşıl həyat naminə müxtəlif aksiyalar keçirib və bu istiqamətdə işlərini davam etdirəcək.

Kişineunun vitse-meri İrina Qutnik, Moldova Respublikası parlamentinin deputatı Vitali Jakot, BMT-nin Moldovadakı Rezident Əlaqələndiricisi Miloş Popoviç isə çıxışlarında ətraf mühitin qorunması istiqamətində reallaşdırılan bu cür aksiyaların əhəmiyyətindən danışıblar. Həmçinin Bakıda keçiriləcək COP29-un dünyada iqlim dəyişikliyinə qarşı mübarizəyə töhfə verəcəyini vurğulayıblar.

Qeyd edək ki, aksiya iştirakçılarının səyi nəticəsində Kişineunun Bukuriya küçəsindəki meydanda 21 ağacdan ibarət yeni xiyaban salınıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNƏCƏK  

19:35
08 Dekabr

Prezident İlham Əliyev: Bağlantılar və nəqliyyat sahəsinə əlavə vəsait qoyaraq imkanlarımızı genişləndirəcəyik  

19:34
08 Dekabr

Yaponiyada 7,2 bal gücündə zəlzələ olub

19:21
08 Dekabr

Prezident: Mərkəzi Asiyanı Avropa ilə birləşdirən ən etibarlı və ən təhlükəsiz marşrut Azərbaycandan keçir  

19:20
08 Dekabr

Bratislavada Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiya Prezidenti ilə geniş tərkibdə görüşü olub YENİLƏNƏCƏK  

19:20
08 Dekabr

Azərbaycan Prezidenti: Yeni qaz yataqlarının işlənməsi nəticəsində əlavə resurslar əldə ediləcək  

19:18
08 Dekabr

Slovakiya Prezidenti: Azərbaycan Cənubi Qafqazın ən böyük iqtisadiyyatına malik ölkədir

19:17
08 Dekabr

Peter Pelleqrini: Slovakiya Azərbaycanı yerləşdiyi regionda strateji əhəmiyyətə malik tərəfdaş hesab edir  

19:17
08 Dekabr

Prezident İlham Əliyev: Slovakiya və Azərbaycan dost ölkələr və strateji tərəfdaşlardır  

19:16
08 Dekabr

“Gömrük-Biznes Forumu 2025: Dialoq və Etimad” forumu keçirilib  

19:15
08 Dekabr

Xüsusi icra məmurlarının standart və əlavə icra haqları təsdiqlənib QƏRAR  

19:14
08 Dekabr

İqtisadiyyat nazirinin müavini Şabranda vətəndaşlarla görüşüb  

19:13
08 Dekabr

Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiya Prezidenti ilə təkbətək görüşü olub  

19:11
08 Dekabr

Ölkəmizdə süni intellekt sahəsində istedadların formalaşdırılması üçün genişmiqyaslı proqram həyata keçirilir  

19:07
08 Dekabr

“Qarabağ KOB-ları layihəsi”nin 2025-ci ildə icrasına dair tədbir keçirilib

19:05
08 Dekabr

Prezident İlham Əliyevin Bratislavada rəsmi qarşılanma mərasimi olub  

18:26
08 Dekabr

Dmitri Pineviç: Azərbaycan-Belarus münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır  

18:24
08 Dekabr

Baş nazirin müavini Şahin Mustafayev İranın xarici işlər naziri ilə görüşüb  

18:22
08 Dekabr

Misli Premyer Liqası: “Qəbələ” – “Turan Tovuz” oyunu təxirə salınıb - YENİLƏNİB

18:22
08 Dekabr

BMT-dən 135 milyon insana 33 milyard dollarlıq qlobal humanitar çağırış   

18:21
08 Dekabr

Turizm şirkətlərinin Qarabağ və Şərqi Zəngəzura tanışlıq səfərləri təşkil olunub  

18:19
08 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!