01 Sentyabr 2026 09:20
260
İQTİSADİYYAT
A- A+
Cari ilin 6 ayında xarici ticarətdə 9,3 milyard dollarlıqdan çox müsbət saldo yaranıb

Cari ilin 6 ayında xarici ticarətdə 9,3 milyard dollarlıqdan çox müsbət saldo yaranıb



Dünyada baş verən neqativ proseslər qlobal iqtisadiyyata təsir göstərməkdə davam edir. Ölkələr arasında ticarət əlaqələri zəifləyir, təchizat zəncirləri qırılır, investisiya mühiti pisləşir və s. Amerika-İran müharibəsi nəticəsində enerji resurslarının qiymətinin kəskin bahalaşması da bir tərəfdən.

Azərbaycan dünya iqtisadiyyatına açıq ölkədir. Ona görə dünyada baş verən proseslər ölkəmizdən də yan keçmir. Lakin aparılan məqsədyönlü iqtisadi siyasət sayəsində ölkəmiz bu təlatümlərdən minimum itki ilə çıxmağı bacarır.

Götürək xarici ticarəti. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, cari ilin yanvar-iyun aylarında Azərbaycan dünyanın 173 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmişdir. 119 ölkəyə məhsul ixrac, 155 ölkədən idxal olunmuşdur.

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış, ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla cari ilin yanvar-iyun aylarında xarici ticarət dövriyyəsinin dəyəri 26 milyard 54,2 milyon, o cümlədən ixracın dəyəri 17 milyard 713,1 milyon, idxalın dəyəri 8 milyard 341,1 milyon dollar olmuş, nəticədə 9 milyard 372,1 milyon dollar müsbət saldo yaranmışdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi cari qiymətlərlə 9,1 faiz artmış, real ifadədə isə 13,1 faiz azalmışdır.

Dövlət Gömrük Komitəsindən daxil olan məlumatlara əsasən, xarici ticarət dövriyyəsinin 89,5 faizi İtaliya, Birləşmiş Krallıq, Türkiyə, Çin, Rusiya, Almaniya, Gürcüstan, Yunanıstan, Bolqarıstan, ABŞ, İsveçrə, Rumıniya, Çexiya, İran, Ukrayna, Portuqaliya, Belarus, Hindistan, Fransa, Tunis və Suriya ilə aparılmış ticarət əməliyyatlarının payına düşmüşdür.

Hesabat dövründə idxalda maşınların, mexanizmlərin, elektrotexniki avadanlıq və aparatların, nəqliyyat vasitələrinin, kimya sənayesi məhsullarının, azqiymətli metalların və onlardan hazırlanan məmulatların, hazır qida məhsulları, içkilər və tütün məmulatlarının, bitki mənşəli məhsulların, plastmas və ondan hazırlanan məmulatların, mineral məhsulların, tekstil materialları və məmulatlarının dəyəri üstünlük təşkil etmişdir.

İxracın strukturunda isə xam neft, təbii qaz və neft-qaz məhsullarından əlavə,  meyvə və tərəvəzlər, plastmas və ondan hazırlanan məmulatlar, alüminium və ondan hazırlanan məmulatlar, pambıq lifi və ipliyin, kimya sənayesi məhsullarının, şəkərin, qara metallar və ondan hazırlanan məmulatlar, alkoqollu və alkoqolsuz içkilərin, bitki yağlarının payı yüksək olmuşdur.

Hesabat dövründə qeyri-neft-qaz məhsullarının ixracının payı yüksək olaraq qalmışdır. Belə ki, bu növ məhsullar üzrə artım keçən ilin yanvar-iyun aylarındakı dövrə nisbətən cari qiymətlərlə 3,2, real ifadədə isə 2,2 dəfə artmışdır.

 

Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan 46 cinayətin üstü açılıb

13:15
01 Sentyabr

Azərbaycanda ilk dəfə “Fotoqrafiya sənəti” ixtisası üzrə tədris proqramı hazırlanıb

13:10
01 Sentyabr

Azərbaycan Prezidenti azad edilmiş ərazilərimizin bərpasında Slovakiyanın iştirakını yüksək qiymətləndirib

13:05
01 Sentyabr

Prezident: Azərbaycan ilə Slovakiya arasında qarşılıqlı hörmətə əsaslanan münasibətlər məmnunluq doğurur  

13:00
01 Sentyabr

Slovakiya Respublikasının Prezidenti Zati-aliləri cənab Peter Pelleqriniyə

12:55
01 Sentyabr

Azərbaycan və İran XİN başçıları Bişkekdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər  

12:50
01 Sentyabr

ŞƏT dövlət başçılarının danışıqlarının yekununda 30-dan çox sənəd imzalanıb

12:45
01 Sentyabr

Ölümdən sonra süni intellektlə yaradılan rəqəmsal yaşam

12:40
01 Sentyabr

Çində nəhəng qızıl və mis yatağı aşkar edilib  

12:37
01 Sentyabr

Hörmüz boğazında tanker vuruldu 

12:35
01 Sentyabr

Cey. Di. Vens: ABŞ ordusunda sursat çatışmazlığına görə Bayden Administrasiyası məsuliyyət daşıyır  

12:30
01 Sentyabr

Karina qasırğasının şiddəti 4-cü kateqoriyaya yüksəldi 

12:25
01 Sentyabr

Süni intellekt dezinformasiyasına qarşı standart yanaşma kifayət etmir

12:20
01 Sentyabr

Nyu Yorkun mərkəzində qadın ər-arvada bıçaqla hücum edib

12:15
01 Sentyabr

Lionel Messi Argentina milli komandasında karyerasını bitirdi  

12:10
01 Sentyabr

ANAMA: Ötən ay 7 min hektardan çox ərazi mina və partlayıcılardan təmizlənib  

12:05
01 Sentyabr

Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir YENİLƏNİB  

12:00
01 Sentyabr

Kəlbəcərdə qayıdışın ritmi: Sazlı-sözlü “Yallı” coşqusu 

11:55
01 Sentyabr

Folklorşünas-alim: Atüstü oyunlar xalqın həyat tərzini, dünyagörüşünü və fiziki hazırlığını əks etdirir

11:50
01 Sentyabr

Bəzi rayonlarda fasilələrlə yağış yağacağı gözlənilir - XƏBƏRDARLIQ  

11:45
01 Sentyabr

Qırğızıstan Prezidenti: “ŞƏT-in gələcək inkişafının əsasında birlik dayanır“

11:40
01 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!