01 Sentyabr 2026 09:10
248
İQTİSADİYYAT
A- A+
Azərbaycan Çinin "ağıllı kənd təsərrüfatı"na maraq göstərir

Azərbaycan Çinin "ağıllı kənd təsərrüfatı"na maraq göstərir


Çin isə ölkəmizin aqrar sektordakı investisiya mühitini öyrənir


Son illər Azərbaycan və Çin arasında kənd təsərrüfatı əlaqələri qeyri-neft sektorunun inkişafı çərçivəsində strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Ölkələrimiz aqrar sahədə ticarət dövriyyəsinin artırılması, texnologiya transferi və qida təhlükəsizliyi istiqamətində fəal əməkdaşlıq edirlər.

Bu məsələ Prezident İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində keçən il aprelin 23-də Pekində imzalanan "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat"da da öz əksini tapıb. Belə ki, həmin sənədin 4-cü bəndində deyilir: "Tərəflər iki ölkənin ticarət və iqtisadiyyatının inkişafı üçün əlverişli şəraitləri birgə yaratmaqla ekoloji təmiz və yüksəkkeyfiyyətli kənd təsərrüfatı məhsullarının bazarlara qarşılıqlı çıxışını tədricən genişləndirmək niyyətindədirlər".

İki ölkə arasında aqrar sahədə idarəetməni gücləndirmək üçün Kənd Təsərrüfatı üzrə Birgə İşçi Qrupunun yaradılması qərara alınıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə ÇXR Baş Gömrük Administrasiyası arasında heyvan və bitki sağlamlığı sahəsində sıx koordinasiya mövcuddur. 

Azərbaycan Çinin böyük təcrübəyə malik olduğu baramaçılıq, çəltikçilik və çayçılıq sahələrində əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verir. 

Bu, "ağıllı kənd" təsərrüfatına da aiddir. Belə ki, Çinin müasir aqrar texnologiyalarının, rəqəmsal həllərinin və riskəsaslı təftiş sistemlərinin ölkəmizdə tətbiqi müzakirə mövzusudur. 

Eləcə də elmi əməkdaşlığa önəm verilir. Aqrar tədqiqatlar, laboratoriya işlərinin təkmilləşdirilməsi və birgə elmi layihələrin həyata keçirilməsi planlaşdırılır. 

Çin şirkətləri Azərbaycanın əlverişli investisiya mühitindən yararlanaraq aqrar sektora sərmayə qoymaqda maraqlıdırlar. Orta dəhliz və "Bir kəmər, bir yol" təşəbbüsü kənd təsərrüfatı məhsullarının daşınma müddətini və xərclərini minimuma endirərək logistik üstünlük təmin edir. 

Hədəflərdən biri də ixracın genişləndirilməsidir. 2026-cı ildə imzalanan yeni protokollara əsasən, Azərbaycandan Çinə vəhşi təbiətdən tutulmuş su məhsulları, akvakultura (süni su hövzələrində yetişdirilən) məhsulları və quş ətinin ixracı üçün rəsmi hüquqi baza yaradılıb. Azərbaycanın ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının (şərab, nar şirəsi, quru meyvələr və s.) Çin bazarına ixrac həcminin artırılması istiqamətində işlər davam etdirilir.

Beləliklə, Azərbaycandan Çinə əsasən daha hansı kənd təsərrüfatı və qida məhsulları ixrac olunur və ya ixracı üçün rəsmi razılaşmalar və icazələr əldə edilir? Bitkiçilik məhsulları sahəsində fındığın və badamın, eləcə də spirtli və spirtsiz içkilərın ixrac üçün icazələr əldə olunub. Potensial ixrac məhsulları isə alma, xurma, nar, zəfəran, albalı, həmçinin quş əti, akvakultura və yabanı dəniz məhsullarıdır.

Bəs biz Çindən nə alırıq? Azərbaycan Çindən müxtəlif növ ərzaq və kənd təsərrüfatı mənşəli mallar, o cümlədən qida sənayesi məhsulları, çörək və qənnadı məmulatları üçün xammallar idxal edir. Ümumilikdə Çin Azərbaycanın əsas idxal tərəfdaşlarından biridir, lakin qida təhlükəsizliyinə nəzarət məqsədilə zəruri hallarda müəyyən məhsul kateqoriyalarına qarşı nəzarət və ya müvəqqəti məhdudiyyətlər tətbiq edilə bilər. 

Hazırda Azərbaycanın Çində rəsmi olaraq 6 ticarət evi fəaliyyət göstərir. Bu ticarət evlərində Azərbaycan mənşəli aqrar, kənd təsərrüfatı və qida məhsulları satılır. 

Azərbaycanın Çindəki ticarət evləri paytaxt Pekin, Çindao, Canciaciye, Sian, Çendu, Nankin şəhərlərində yerləşir. Sonuncu ticarət evi 2024-cü ilin mayında açılıb. Ticarət evləri ilə yanaşı, Çinin müxtəlif regionlarında Azərbaycanın 4 ticarət bölməsi və 3 şərab evi də fəaliyyət göstərir.

"Made in Azerbaijan" brendi ilə təqdim olunan məhsullar çinli alıcılara həm topdan, həm də pərakəndə şəkildə təklif edilir. Bu pilyonlarda satılan əsas aqrar və emal məhsullarına bunlardır: meyvə şirələri (xüsusilə Çində çox populyar olan nar şirəsi), şərab və spirtli içkilər, mürəbbə, cem və kompotlar, müxtəlif konservləşdirilmiş məhsullar (məsələn, turşular), çay məhsulları və milli şirniyyatlar.

Azərbaycanın və Çinin sözügedən sahədəki qurumları və əməkdaşları yaxından əlaqə saxlayır, fikir mübadiləsi aparır, gələcək əmkdaşlıq yollarını müəyyənləşdirirlər. Məsələn, keçən ay İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Əməliyyat meneceri Elnur Əliyev Çin Xalq Respublikasının Şaansi əyalətinin Yanqlinq şəhərində keçirilən "Kənd təsərrüfatının inkişafı və yoxsulluğun azaldılması" mövzusunda beynəlxalq seminarda iştirak edib. Seminarda ölkəmiz İİTKM ilə yanaşı, Kənd Təsərrüfatı Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) nümayəndələri tərəfindən təmsil olunublar. 

Bu, Çin hökumətinin inkişaf etməkdə olan ölkələr üçün həyata keçirdiyi beynəlxalq təlim proqramı çərçivəsində təşkil olunan bir seminar idi. Tədbirin kənd təsərrüfatının modernləşdirilməsi, aqrar sektorda səmərəliliyin və rəqəmsal texnologiyaların tətbiqinin artırılması, kənd ərazilərinin inkişafı və yoxsulluğun azaldılması sahəsində Çin təcrübəsinin öyrənilməsi, habelə tərəfdaş ölkələr arasında təcrübə mübadiləsinin təşviq edilməsi məqsədini daşıyırdı.

Proqram çərçivəsində Azərbaycan, Əfqanıstan, Pakistan və Kambocadan olan nümayəndələr aqrar innovasiya ekosistemi, elmi-tədqiqat nəticələrinin istehsala inteqrasiyası, kənd təsərrüfatı məhsullarının emalı və dəyər zəncirinin formalaşdırılması ilə bağlı təqdimatlarla tanış olublar. İştirakçılar həmçinin Yanqlinq şəhərində yerləşən aqrar və elmi-tədqiqat müəssisələrinə, eləcə də qədim tarixi və müasir inkişaf modeli ilə seçilən Sian şəhərinə səfər ediblər.

Seminarın bağlanış mərasimində Azərbaycan nümayəndə heyəti adından İİTKM-in Əməliyyat meneceri Elnur Əliyev çıxış edib. O, iki ölkə arasında münasibətlərin dinamik inkişafını vurğulayıb və təşkilatçılara minnətdarlığını bildirib.

 

Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan 46 cinayətin üstü açılıb

13:15
01 Sentyabr

Azərbaycanda ilk dəfə “Fotoqrafiya sənəti” ixtisası üzrə tədris proqramı hazırlanıb

13:10
01 Sentyabr

Azərbaycan Prezidenti azad edilmiş ərazilərimizin bərpasında Slovakiyanın iştirakını yüksək qiymətləndirib

13:05
01 Sentyabr

Prezident: Azərbaycan ilə Slovakiya arasında qarşılıqlı hörmətə əsaslanan münasibətlər məmnunluq doğurur  

13:00
01 Sentyabr

Slovakiya Respublikasının Prezidenti Zati-aliləri cənab Peter Pelleqriniyə

12:55
01 Sentyabr

Azərbaycan və İran XİN başçıları Bişkekdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər  

12:50
01 Sentyabr

ŞƏT dövlət başçılarının danışıqlarının yekununda 30-dan çox sənəd imzalanıb

12:45
01 Sentyabr

Ölümdən sonra süni intellektlə yaradılan rəqəmsal yaşam

12:40
01 Sentyabr

Çində nəhəng qızıl və mis yatağı aşkar edilib  

12:37
01 Sentyabr

Hörmüz boğazında tanker vuruldu 

12:35
01 Sentyabr

Cey. Di. Vens: ABŞ ordusunda sursat çatışmazlığına görə Bayden Administrasiyası məsuliyyət daşıyır  

12:30
01 Sentyabr

Karina qasırğasının şiddəti 4-cü kateqoriyaya yüksəldi 

12:25
01 Sentyabr

Süni intellekt dezinformasiyasına qarşı standart yanaşma kifayət etmir

12:20
01 Sentyabr

Nyu Yorkun mərkəzində qadın ər-arvada bıçaqla hücum edib

12:15
01 Sentyabr

Lionel Messi Argentina milli komandasında karyerasını bitirdi  

12:10
01 Sentyabr

ANAMA: Ötən ay 7 min hektardan çox ərazi mina və partlayıcılardan təmizlənib  

12:05
01 Sentyabr

Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir YENİLƏNİB  

12:00
01 Sentyabr

Kəlbəcərdə qayıdışın ritmi: Sazlı-sözlü “Yallı” coşqusu 

11:55
01 Sentyabr

Folklorşünas-alim: Atüstü oyunlar xalqın həyat tərzini, dünyagörüşünü və fiziki hazırlığını əks etdirir

11:50
01 Sentyabr

Bəzi rayonlarda fasilələrlə yağış yağacağı gözlənilir - XƏBƏRDARLIQ  

11:45
01 Sentyabr

Qırğızıstan Prezidenti: “ŞƏT-in gələcək inkişafının əsasında birlik dayanır“

11:40
01 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!